Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-26/2022 14.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi X1 iştirakı ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında EP seriyalı ******* nömrəli, 29 noyabr 2021-ci il tarixli protokola əsasən "xxxx" MMC 10500 ABŞ dolları məbləğində vəsaiti 08 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 10500 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 göstərdi ki, "xxxx" MMC «Koçaklar örme tekstil dış ticaret limited» şirkəti ilə bağladığı 07 noyabr 2019-cu il tarixli, 19/3 nömrəli razılaşmaya əsasən onun bank hesabına 08 noyabr 2019-cu il tarixdə köçürmüş olduğu 10500 ABŞ dolları məbləğində vəsaitin qarşılığında 18 ay ərzində, yəni 08 aprel 2021-ci ilə kimi istehsal avadanlığı göndərilməli idi. Lakin ciddi karantin məhdudiyyətləri ilə bağlı müqavilə öhdəliklərinin icrası mümkün olmamışdır. Buna görə də, razılığa əsasən 10500 ABŞ dolları məbləğində vəsait 20 sentyabr 2021-ci il tarixdə «Koçaklar örme tekstil dış ticaret limited» şirkəti tərəfindən geri qaytarılmışdır. "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını və təqdim olunmuş sənədləri araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə «Koçaklar örme tekstil dış ticaret limited» şirkəti arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli, 19/3 nömrəli razılaşmadan görünür ki, «Koçaklar örme tekstil dış ticaret limited» şirkəti 18 ay müddətində istehsal avadanlığı göndərməli idi. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin köçürmə ərizəsinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən «Koçaklar örme tekstil dış ticaret limited» şirkətinin xeyrinə 08 noyabr 2019-cu il tarixdə 10500 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə edilmiş «Koçaklar örme tekstil dış ticaret limited» şirkəti tərəfindən təsdiq edilmiş məktubdan görünür ki, "xxxx" MMC tərəfindən onlara göndərilmiş 10500 ABŞ dolları məbləğində pul 20 sentyabr 2021-ci il tarixdə Bəhram Qurbanova təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 27 sentyabr 2021-ci il tarixli, 049941 nömrəli kassa mədaxil orderindən görünür ki, «Koçaklar örme tekstil dış ticaret limited» şirkəti 08 noyabr 2019-cu il tarixli ödənişi, 10500 ABŞ dolları pulu geri qaytarmışdır. İş materiallarına əlavə edilmiş Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin X3 təsisçilərdən biridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmədə müəyyən olundu ki, "xxxx" MMC tərəfindən 07 noyabr 2019-cu il tarixli, 19/3 nömrəli razılaşmaya əsasən «Koçaklar örme tekstil dış ticaret limited» şirkətinin xeyrinə 08 noyabr 2019-cu il tarixdə 10500 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. 20 sentyabr 2021-ci il tarixdə «Koçaklar örme tekstil dış ticaret limited» şirkəti tərəfindən 10500 ABŞ dolları məbləğində pul geri qaytarılmış və "xxxx" MMC-nin təsisçisi X3 tərəfindən geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta hadisəsi olmadığına görə "xxxx" MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-26/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-26/2022
14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver