Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2604/2025 26.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Lerik rayonu Tikəband kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Lerik rayonu Tikəband kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi yeni tikilidə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru X5 tərəfindən Şəxs İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən böyük icra məmuru X5 izahatında bildirdi ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs X4 xeyrinə 2 uşağın saxlanılmasına görə, ümumilikdə 386 manat həcmində sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi ilə bağlı borcun ödənilməməsinə dair materiallar xx.xx.2024-cü ildə İcra şöbəsinə daxil olmuş və dərhal qərar borcluya təqdim olunmuşdur. Aliment borcunun ödənilməsi ilə bağlı borcluya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, o, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. 2024-cü il tarixdə borclu icra sənədi üzrə öhdəliyini yerinə yetirmədiyinə görə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra da dəfələrlə borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilsə də, Şəxs təkrarən borcunu ödəməkdən yayınmış və icra şöbəsinə axtarışla gətirilmiş, maddi imkanının olmadığını və yalnız ay ərzində ümumilikdə 200 manat ödəyə biləcəyini bildirmişdir. Şəxs bu günə olan borcu 12.796 manat təşkil edir. Sonuncu dəfə 2025-ci ilin aprel ayında borcu ilə bağlı 400 manat məbləğində ödəniş etmişdir. Odur ki, icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borc tələbinin ödənilməsindən boyun qaçırmadığını, lakin imkanı az olduğundan və xəstəliyi ilə əlaqədar öhdəliyini tam yerinə yetirə bilmədiyini, bu səbəbdən hər ay üçün ödənilməli olan 386 manat məbləğdən, cəmi 200 manat ödəyəcəyini bildirib, onun inzibati məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X6 bildirmişdir ki, Şəxs sonuncu dəfə ödənişi xx.xx.2025ci ildə etmiş və həmin tarixdən etibarən heç bir ödəniş etməmişdir. 4 aydır ki, xəstəliyinə görə ödəyə bilmədiyini əsas gətirsə də, həmin müddətədək də aliment borcununa dair ödəniş etməməmişdir. İzahatına əlavə olaraq Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə qərarının icrasından yayınmasına və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs X4 xeyrinə 2 uşağın saxlanılmasına görə,hər uşaq üçün, hər ay 193 manat həcmində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın icra sənədi barədə məlumatı olmuş, lakin icra sənədi üzrə tələbi icra məmuru tərəfindən verilmiş müddətdə yerinə yetirməmiş və icra məmurunun çağırışlarına gəlməkdən qəsdən boyun qaçırmış, nəticədə barəsində axtarış elan olunmuş və icra şöbəsinə axtarışla gətirilmişdir. İcra sənədi üzrə tələbin yerinə yetirilməməsinin səbəbi isə maddi durumunun aşağı olmamasıdır. Bu səbəbin isə üzrlü hesab edilməsi əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru X5 tərəfindən Şəxsnın hərəkəti düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif etmiş və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in müddəalarına görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İXM-nin 31.2-ci maddəsi). İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır (İXM-nin 21-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Məhkəmə tərəfləri dinləyib, icra sənədlərini və işə əlavə edilmiş materialları, o cümlədən inzibati xəta törətməsi barədə tərtib olunmuş inzibati xəta haqqında protokolu, icra vərəqəsini və digər sənədləri araşdıraraq, məhkəmənin qərarını qərəzli icra etmədiyini nəzərə alıb hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli tam sübuta yetirildiyinə görə o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməklə barəsində İXM-in 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 26 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 15:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X8 X3 həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə şikayət və ya protest verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(003)-2604/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2604/2025
26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver