Məhkəmə qərarları › İş №3(003)-2608/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2608/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2608/2025 09.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, X2 iştirakı ilə X2 Azərbaycan Respublikası DİN-in Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 30516926 nömrəli protokol üzrə inzibati tənbeh vermə barədə qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-in Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 30516926 nömrəli protokol üzrə inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yol hərəkəti qaydalarını pozduğu əsas gətirilərək EQ 30516926 nömrəli inzibati protokol tərtib edilmiş və 80 manat məbləğində cərimə tətbiq olunmuşdur. Lakin həmin vaxt nəqliyyat vasitəsini idarə edən şəxs o yox, avtomobilin sahibi X8 olmuşdur. O yalnız onun etibarnamə verdiyi şəxsdir. Göstərilən pozuntu halı düzgün qiymətləndirilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq AR DİN-in Baş X10 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR DİN-in Baş X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, avtomobil ona məxsusdur. X3 onun qardaşıdır. O, qardaşının adına etibarnamə vermişdir. Protokolun tərtib edildiyi zaman o, maşı idarə etmişdir. Ona cərimə barədə sms-bildiriş gələn kimi polis idarəsinə gedib şikayət vermişdir. İş materiallarında olan DİN BDYPİ X4 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X3 tərəfindən idarə olunan nəqliyyat vasitəsilə İXM-nin 346.4-cü maddəsinin tələblərinin pozuduğu üçün barəsində EQ30516926 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə ilk öncə inzibati tənbehvermə barədə qərardan verilmiş şikayətin ötürülübötürülməməsi məsələsinə qiymət verərək hesab edir ki, şikayətçi tərəfindən yuxarı səlahiyyətli orqanlara şikayət verilmiş, eyni zamanda məhkəməyə verilmiş şikayət sənədlərin natamam olmasıəsası ilə geri qaytarılmışdırt. Bu səbəbdən də məhjkəmə hesab edir ki, vəsatət təmin diləreək qərardan şikayət verilmə müddəti üzürlü olaraq ötürülmüş hesab edilməli və şikayətə mahiyyəti üzrə baxılıb qərar qaıbul edilməlidir. Məhkəmə işdə iştirak edən şəxsi, şahid ifadəsini, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 124.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 346.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz əlli manat məbləğində cərimə edilir. Göründüyü kimi, qanunverciliyə tələblərinə əsasən “Yol hərəkəti qaydaları əleyhinə” olan inzibati xəta törətmiş şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda isə səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. X1 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığını bildirir, buna baxmayaraq DİN BDYPİ X7 tərəfindən xx.xx.2025-ci il tarixli EQ seriyalı 30516926 nömrəli inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, X1nun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair material üzrə DİN BDYPİ X7 tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. İşin araşdırılmış hallarından görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında X3, **-CQ-*** dövlət qeydiyyat nişanlı Changan Qiyuan Q07 plug-in hybrid minik markalı nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması səbəbindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Şikayətin əsasını isə inzibati xətanın törədilməsi istinad edilən əməlin digər şəxs tərəfindən törədilməsi təşkil edir. Eyni zamanda müəyyən olunur ki, törədilməsində istinad edilən inzibati xəta ilə bağlı X2 razılaşmaması nəzərə alınmamış və bu razılaşmamanın əsasları ətrafında səlahiyyətli orqan tərəfindən əlavə araşdırma aparılmadan X3 barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu hal inzibati tənbeh tədbiri haqqında qərarda göstərilməməklə şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə məlumat verilməsinə baxmayaraq xx.xx.2025-ci il tarixli, EQ seriyalı 30516926 nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasına dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqanın gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Ona görə də, şikayət qismən əsaslı hesab edilməklə DİN BDYPİ X7 tərəfindən X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 30516926 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə inzibati xəta törətməsinə dair barəsində xx.xx.2025-ci il tarixli EQ seriyalı 30516926 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN-in Baş X10 İdarəsinə göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar