Məhkəmə qərarları › İş №3(003)-2615/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2615/2025

17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2615/2025 17.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyevə Nigar Namizəd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “B.Sərdarov adına Maşınqayırma zavodu" MMC-nin nümayəndəsi X3 iştirakları ilə, “B.Sərdarov adına Maşınqayırma zavodu" MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azerbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən “B.Sərdarov adına Maşınqayırma zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material məhkəmənin icraatına daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi X4 izahatında bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-İn 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, X2 B.Sərdarov adına Maşınqayırma zavodunda işlədiyi dövrdə istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs olsa da, cəmiyyət özəlləşdirildiyinə görə, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydalarfna əsasən həmin şəxsə müvafiq ödənclər Cəmiyyətin hesabına və tərəfindən deyil, məhz dövlət büdcəsinin vəsaiti hesabına müvafiq dövlət qurumları (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri) tərəfindən aylıq müavinət şəklində ödənilir. Belə olduğu halda isə, yəni həmin ödənclərin verilməsi cəmiyyətin öhdəliyi olmadığı təqdirdə, inzibati orqan tərəfindən şikayətçi barədə istehsalatda baş vermiş qəza bədbəxt hadisə ilə bağlı İZ aktının və zərərə görə ödəncin hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surətinin cəmiyyətdən tələb edilməsi və cəmiyyət tərəfindən həmin sənədlərin təqdim olunmamasına görə onun barəsində inzibati xətalara dair icraatın başlanılması əsassız və qanunsuzdur.. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib edən səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İş materiallarına əlavə edilmiş: -MN ******* nörməli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-78041/2025 saylı sorğusuna əsasən "xxxx" MMC tərəfindən zəruri məlumatlar və sənədlər 7 iş günü müddətində təqdim edilmədiyinə görə "xxxx" MMC tərəfindən Azerbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin 01 09.2025-ci il tarixli 3-17-5/2- 78041/2025 saylı sorğusundan görünür ki, X1 "xxxx" MMC-do emək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına ünvanladığı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsində baxılarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən emək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini heyata keçirən orqan fəaliyyət İstiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan melumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azerbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malik olduğu "xxxx" MMC-yə yazılı olaraq bildmmiş, l Yazılı sorğuda qeyd edilənləri nəzərə alaraq X1 müraciətinə münasibət bildirilməsi ve vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X6 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114 Bakı şəhəri Svetlana Məmmədova küçəsi 107 və ya demx Elektron ünvan elektron poçt ünvanına) təqdim edilməsi xahiş olunmuşdur: 1 .İstehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı İZ aktı:

2. Zərərə görə ödəncin hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti (son 02 il üzrə); iş materiallarına əlavə edilmiş SS929740325AZ azərpoçt izlənməsindən görünür ki, xx.xx.2025-ci il tarixli 3-17-5/2- 78041/2025 məktub "xxxx" MMC tərəfindən 20 sentyabr 2025-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs - "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-54875/2025 saylı sorğusu - "xxxx" MMC-nə xx.xx.2025-ci il tarixdə "xxxx" MMC tərəfindən qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" MMC barəsində inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə tövsif etmiş və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1 -1 -ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Repubilkası İXM-nin 18-ci maddəsinə əsasən hüquqi şəxs idarə tənbeh yalnız hakim tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən "Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən ve ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, "xxxx" MMC-nin barəsində Azerbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqəsdəmüvafiq hesab edir. Azerbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən "İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir." Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC (VÖEN: **********) Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar