Məhkəmə qərarları › İş №3(003)-2617/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2617/2023

31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2617/2023 31.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X9 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi xx.xx.2023-cü il tarixli, 00800-00616/23 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC -nin adına “X23 AND CHOCOLATE MANUFACTURİNG L.L.C” şirkəti tərəfindən **********0 nömrəli aviaqaimə əsasında göndərilən, sərbəst dövriyyə buraxılış gömrük proseduru altında bəyan edilmiş “ŞOKOLAD içliksiz şokolad konfetəri” adlı yükə dair tərtib olunmuş xx.xx.2023-cü il tarixli **********6376 saylı gömrük bəyannaməsi üzrə sənədlərə yoxlama keçirilərkən, bəyənnamədə 500 kq şokolad yükünə CİF (çatdırılma və xərci və sığorta ödənmiş limanda təhvil) çatdırılma şərtinə uyğun olaraq 2025 ABŞ dolları olaraq 1 kq şokolada 4,05 ABŞ dolları qiymət qoyulmuş, lakin VAİS sistemi üzərindən araşdırılma aparılmış və eyni istiqamətdən digər şirkətlər tərəfindən eyni cinsli şokoladların dəfələrlə yüksək qiymətə idxal edildiyi müəyyən edilmişdir. X2 müddəalarına əsasən VAİS sistemi üzərindən araşdırılma zamanı Şəxs MMC tərəfindən idxal tarixinə təxmini uyğun tarixlərdə idxalçılar tərəfindən BƏƏ-dən idxal edilən şokoladın 1 kiloqramının dəyəri 32.01 manat, 42.19 manat və 32.17 manat olduğu müəyyən edilmişdir. Şəxs MMC-nin nümayəndəsi X4 iştirakı ilə xx.xx.2023-cü il tarixli **********6376 sorğu nömrəli gömrük bəyannaməsi üzrə bəyan edilən mallardan məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilməsi üçün 14 ədəd şokolad nümunəsi götürülmüşdür. Araşdırma zamanı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim edilmiş 20233816 saylı invoys sənədində malların sövdələşmə qiyməti təhrif olunduğu üçün yuxarıda qeyd olunan şokolad yükünün orta bazar qiymətini müəyyən etməkdən ötrü əmtəəşünaslıq ekspertizası təyin olunmuş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. “X16” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində şöstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Həmin Qanunun 18.1-ci naddəsinə əsasən, idxal olunan malların gömrük dəyərini bu Qanunun 13-17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən verilən xx.xx.2023-cü il tarixli, 9/5245 saylı ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “stühmer” yazıları olan kağızlarda bükülmüş müxtəlif formalı konfet (şokolad) nümunələrinin 1 kiloqramının xx.xx.2023-cü il tarixinə orta bazar qiyməti 47.90 manat, 500 kiloqramının qiyməti isə 23950.00 manat müəyyən edilmişdir. “HNBGİ-nin Rəsmiləşdirmə mərkəzində aparılmış hesablamalar nəticəsində bazar qiyməti 23950 manat olan şokoladların gömrük dəyəri 14707 manat, gömrük ödənişləri 5370.64 manat təşkil etdiyi müəyyən olunmuşdur. Beləliklə, Şəxs MMC-nin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında bəyan edilmiş “Şokoladlar” adlı yükə dair tərtib olunmuş xx.xx.2023-cü il tarixli **********6376 saylı gömrük bəyannaməsi üzrə 1288.98 manat ödənildiyini nəzərə alaraq, 4081.66 manat gömrük borcu yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən, gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, yəni həmin maddənin qeydinə əsasən iyirmi min manatdan yuxarı olmayan məbləğ inzibati məsuliyyətə səbəb olur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 00800/01037 nömrəli qərardadına əsasən yuxarıda qeyd olunan protokol və digər materiallar aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X10 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X15 tərtib edilmiş protokola yazılı etirazla müraciət etdi və etirazında bildirdi ki, iş təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizaları tərəfindən qəbul edilmiş ekspert rəylərində və MMC tərəfindən təyin edilən müstəqil ekspert rəyində şokoladın dəyərinin invoysda olan dəyərə uyğunluğu müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qəbul edilən 03 iyul 2023-cü il tarixli 9/4928 nömrəli ekspert rəyində tədqiqatın nəticəsi olara ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “stühmer” yazıları olan kağızlara bükülmüş, müxtəlif formalı konfet (şokolad) nümunələrinin 1 kq-nın xx.xx.2023-cü il tarixinə orta bazar qiyməti təxminən 11.50 manat, 500 kq-nın qiyməti isə 5750.00 manat müəyyən edilmişdir. Azərbaycan Resəsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qəbul edilən 20 iyul 2023-cü il tarixli 9/5245 nömrəli ekspert rəyində isə tədqiqatın nəticəsi olaraq ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “stühmer” yazıları olan kağızlara bükülmüş müxtəlif formalı konfet şokolad nümunələrinin 1 kq-nın xx.xx.2023-cü il tarixinə orta bazar qiyməti təxminən 47.90 manat, 500 kq-nın qiyməti isə 23950.00 manat müəyyən edilmişdir. Eyni zamanda, MMC tərəfindən təyin edilən Azərbaycan Respublikasının X3 tərəfindən qəbul edilən 02 avqust 2023-cü il tarixli 109 nömrəli qiymətləndirmə rəyinə əsasən tədqiqatın nəticəsi olaraq ekspertiza tədqiqatına təqdim edilmiş DUBAY-BƏƏ-də yerləşən "LA CRENA COCOA AND CHOCOLATE MANUFACTURİNG LLC” şirkətində, “Stühmer” brendi adı altında istehsal edilən şokolad çeşidlərinin bütün xərclər nəzərə alınmaqla Şəxs MMC-dən respublikadaxili 1 kq-nın satış qiyməti 11.56 manat məbləğində müəyyən edilmişdir. Həmçinin qoşma sənəd kimi əlavə etdikləri EBDJ seriyalı 479340 nömrəli xx.xx.2023-cü il tarixli və EBDJ seriyalı 493028 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimələrdən də 1 kq malın dəyərinin 9.8 manat təşkil etdiyi görünür. Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2023-cü il tarixli 9/4928 nömrəli rəyi və X3 tərəfindən qəbul edilən 02 avqust 2023-cü il tarixli, 109 nömrəli qiymətləndirmə rəyi, həmçinin elektron qaimələrdə göstərilən qiymətlər invoysun dəyəri ilə eynilik təşkil edir. Lakin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qəbul edilən 20 iyul 2023-cü il tarixli 9/5245 nömrəli ekspert rəyi digər rəylərdən fərqləndiyi üçün, əsas olaraq həmin rəyi nəzərə almaq düzgün deyil. Beləliklə qeyd edilənlərdən görünür ki Şəxs MMC hazırki iş üzrə təqsirli deyil, həqiqətən malın dəyəri invoysda olan dəyərə uyğundur. Həmçinin bildirmişdir ki, idxal etdikləri şokoladları Azərbaycan ərazisində pərakəndə formada deyil, topdan olaraq satırlar. Lakin gömrük orqanı tərəfin gömrük dəyərinin müəyyən edilməsi üçün ekspertiza keçirilərək alınmış rəylərdə həmin malların topdan deyil məhz pərakəndə satış qiyməti əsas götürülmüşdür. Bütün qeyd olunanlara əsasən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə rəy vermiş Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X5 bildirmişdir ki, tərəfindən rəy verilən zaman o, Bakı şəhərində olan ticarət obyektlərinə baxış keçirmiş, “Sədərək” ticarət obyektində olmuş və internet saytlarında satış qiymətlərini yoxlamışdır və müəyyən etmişdir ki, “Stühmer” adlı şokoladları orta bazar qiyməti 11,50 manat təşkil edir. Məhkəmə iclasında iş üzrə rəy vermiş Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X11 bildirmişdir ki, tərəfindən rəy verilən zaman o, Bakı şəhərində bir neçə ticarət obyektində olmuş, lakin “Stühmer” adlı şokoladları satışını görməmişdir. Lakin “Neptun” adlı marketdə olan zamanı həmin şokaladın digər şokoladlarla qarışıq (assorti) şəkildə 47,9 manata satıldığını görmüşdür. Həmçinin “Stühmer” brendinin rəsmi mağazasına getmiş, orada ona bildirilmişdir ki, 5-6 ay olarki, həmin şokolad Bakı şəhərinə gəlmir. Lakin mağazada olan zaman 80 manat qiymətindən başlaraq satış qiyməti olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, xonçaların satışı ilə məşğul olan mağazanın sahibidir. Belə ki, müvafiq tərkibdə xonçalar düzəldirlər və satışı ilə məşğul olurlar. “Stühmer” adlı şokoladların təkibi yaxşı olduğundan isə xonçaların içərisinin çox hissəsinə həmin şokoladlardan qoyurlar. O, 2014-cü ildən Şəxs əməkdaşlıq edir. Həmin MMC-dən şokoladları isə topdan satış qiyməti ilə 11.6 manata alır. Məhkəmə proses iştirakçılarını, iş üzrə rəy vermiş ekspertləri və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan (məhkəməyə təqdim edilən): -xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, (“X6”) adlı içliksiz şokolad konfetlərinin ümumi qiyməti 2025 ABŞ dolları məbləğində bəyan edilmişdir. -“X23 X7 LLC” şirkəti tərəfindən “X19 ” MMC-yə verilmiş qaimədən görünür ki, 500 kq olan “Assorted Chocolate”nin 1 kq 4.05 ABŞ dolları, ümumi dəyəri 2025 ABŞ dolları təşkil edir. -Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Vüsalə Şıxliyeva tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/4928 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təqdiqatına təqdim edilmiş üzərində “stühmer” yazıları olan kağızlara bükülmüş, müxtəlif formalı konfet (şokolad) nümunələrinin 1 kq-nın xx.xx.2023-cü il tarixinə orta bazar qiyməti təxminən 11,50 manat, 500 kq-nın qiyməti isə 5750 manat müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. -Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Vəfiq Sadıqov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/5245 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təqdiqatına təqdim edilmiş üzərində “stühmer” yazıları olan kağızlara bükülmüş, müxtəlif formalı konfet (şokolad) nümunələrinin 1 kq-nın xx.xx.2023-cü il tarixinə orta bazar qiyməti təxminən 47,90 manat, 500 kq-nın qiyməti isə 23950 manat müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. -“X8” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 109 nömrəli qiymətləndirmə rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, ekspertiza tədqiqatına təqdim edilmiş, Dubay -BƏƏ-də yerləşən “X23 AND CHOCOLATE MANUFACTURİNG L.L.C” şirkətində, “Stühmer” brendi adı altında istehsal edilən şokolad çeşidlərinin bütün xərclər nəzərə alınmaqla Şəxs MMC-dən respublikadaxili 1kq-nın satış qiyməti — 11.56 manat məbləğində müəyyən edilmişdir. -067201 nömrəli, xx.xx.2023-cü il tarixli və ******* nömrəli xx.xx.2023-cü qaimə fakturanın surətindən görünür ki, “Stühmer” adlı şokoladların çəki qiyməti 11.6 manata olmaqla Şəxs MMC tərəfindən “X24”-ya satılmışdır. -seriya EBDJ, 493028 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimədən “X19 ” MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş 201.400 kq “LaCrema assorted Chocolate” adlı malın 1 kq-nın qiyməti 9.8 manat olmuşdur. -seriya EBDJ, 479340 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimədən “X19 ” MMC tərəfindən “X14” MMC-yə göndərilmiş 41.600 kq “LaCrema Chocolate” adlı malın 1 kq-nın qiyməti 9.8 manat olmuşdur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 220.1-ci maddəsinə əsasən malların gömrük dəyəri bəyannaməni həyata keçirən şəxs tərəfindən bu Məcəllə və “X16” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur. “X16” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Həmin Qanununun 13.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 322.2-ci maddəsinə əsasən gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 322.1 və 322.1.8-ci maddələrinə əsasən malların gömrük dəyərinin təyin olunması gömrük ekspertizasının aparılmasının məqsədinə aiddir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 322.4-cü maddəsinə əsasən gömrük ekspertizası gömrük laboratoriyalarının ekspertləri və müqavilə əsasında cəlb edilmiş digər ekspertlər tərəfindən aparılır. İşin araşdırılmış hallarından görünür ki, Şəxs idxal olunan malların (Stühmer adlı şokolad konfetlərinin) bəyannaməsində qeyd olunan qiymətlə razılaşmayan gömrük orqanı, həmin malın qiymətinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizanın, daha sonra təkrar ekspertizanın keçirilməsi qənaətinə gəlmiş və təkrar verilmiş ekspert rəyi əsasında həmin malın orta bazar qiymətini 47,90 manat, ümumi qiymətinin (50 kq-nin) isə 23950 manat təşkil etməsini, bununla da həmin malın gömrük dəyərinin 14707 manat olmasını, bunun üçün gömrük ödənişlərinin 5370,64 manat təşkil etməsini, Şəxs MMC tərəfindən bəyannamə üzrə 1288,98 manat ödənildiyi nəzərə alaraq 4081,66 manat gömrük borcunun yarandığı müəyyən edilmişdir. Bu əsasdan həmin MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsi barədə protokol tərtib edilmişdir. İşin müəyyən edilmiş hallarından isə görünür ki, gömrük orqanı tərəfindən Şəxs MMC barəsində qeyd olunan protokolun tərtib edilməsi əsassız olmuşdur. Belə ki, iş üzrə verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Vüsalə Şıxliyeva tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/4928 nömrəli ekspert rəyindən, “X8” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 109 nömrəli qiymətləndirmə rəyindən və “X23 X7 LLC” şirkəti tərəfindən “X19 ” MMC-yə verilmiş qaimədən və iş materiallarında olan digər sənədlərdən görünür ki, gömrük orqanına “X19 MMC tərəfindən bəyan edilmiş malın (şokolad konfetlərin) qiyməti, həmin bəyannamədə göstərilən qiymətə uyğundur. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Vəfiq Sadıqov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/5245 nömrəli ekspert rəyə əsaslanmaqla “X19 MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsi qənaətinə gəlmək əsassızdır. Eyni zamanda həmin rəyi vermiş ekspert Vəfiq Sadıqov məhkəmə iclasında tədqiqatını aparmış şokolad konfetlərinin 1 kq-nın orta bazar qiymətinin 47,90 manat təşkil etməsinin müəyyən etməsi barədə əsaslı arqumentlər göstərməmiş, yalnız həmin konfetlərin qarışıq formada digər şokoladlarla birlikdə 1 kq-nın 47,90 manata satıldığını gördüyünü bildirmişdir. Bundan başqa “X19 MMC-nin nümayəndəsi tərəfindən idxal etdikləri şokoladları Azərbaycan ərazisində pərakəndə formada deyil, topdan olaraq satdıqlarını bildirmiş, lakin gömrük orqanı tərəfin gömrük dəyərinin müəyyən edilməsi üçün ekspertiza keçirilərək alınmış rəylərdə həmin malların topdan deyil məhz pərakəndə satış qiyməti əsas götürülmüşdür. Göründüyü kimi işdə olan bütün sənədlərlə idxal olunan şokoladların 1 kqnın 11 manat civarında müəyyən edilməsinə baxmayaraq gömrük orqanı bununla razılaşmamış və Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Vəfiq Sadıqov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/5245 nömrəli ekspert rəyini əsas götürməklə gömrük dəyərini müəyyən etmiş və bunun da əsasında “X19 MMC müvafiq protokol tərtib edilmişdir. Beləliklə məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanmaqla işdə olan bütün rəsmi sənədləri, ekspert rəylərini, şahid ifadələrini və digər sübutları bir-biri ilə müqayisə edib qiymətləndirməklə hesab edir ki, gömrük orqanı tərəfindən “X19 MMC barəsində tərtib olunmuş protokol əsassız olmuşdur. Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd:

1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 55.1 və 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İXM-in 115.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Qeyd olunanlara əsasən gömrük orqanında saxlanılan və xx.xx.2023-cü il tarixli **********6376 saylı gömrük bəyannaməsi ilə bəyan edilmiş 500 kq yük (şokolad, içliksiz şokolad konfetləri) (üzərindən götürülmüş 14 ədəd konfet nəzərə alınmaqla) Şəxs MMCyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ

Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. xx.xx.2023-cü il tarixli **********6376 saylı gömrük bəyannaməsi ilə bəyan edilmiş 500kq yük (şokolad, içliksiz şokolad konfetləri) (üzərindən götürülmüş 14 ədəd konfet nəzərə alınmaqla) Şəxs MMC-yə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər.

Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar