Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2624/2025 10.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin nümayəndələri X4 və X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs (MMC) nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 1 saylı Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 1 saylı Bakı Regional Bölməsindən Şəxs MMC-nin İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində müəssisələrin təyinatsız axıntıları nəticəsində gölməçənin yarandığı müəyyən olunmuşdur. Aparılan araşdırma nəticəsində sözügedən gölməçənin Şəxs MMC-yə məxsus istixanada formalaşan istehsalat texniki sularının əraziyə axıdılması nəticəsində əmələ gəldiyi aşkar olunmuş və bununla bağlı foto və videogörüntülər çəkilmiş, xx.xx.2025-ci il tarixdə monitorinq aktı və xx.xx.2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi X8 oğlu izahatında bildirmişdir ki, İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta içməli məişət, texniki və tullantı sularının ətrafa axıdılmasını nəzərdə tutur, müəssisə axıdılan suyun yağış suları olduğuğunu qeyd etsə də, həmin vaxt ümumiyyətlə yağıntılar olmamış, müəssisə tərəfindən istifadə olunmayan tullantı sular davamlı axıdıldığı üçün üç hektara yaxın ərazidə gölməçə və antisanitar vəziyyət yaranmışdır. Videogörüntülərdən müşahidə olunduğu kimi axıdılan sular müəssisədə istifadə olunmuş sulardır. İstinad edilən İXM-nin 262.2.3-cü maddəsində laborator analiz, rəsmi ekoloji rəyə ehtiyac görülmür, bütün növ suların axıdılması qeyd edilmişdir. Nazirlər Kabinentini qərarına əsasən mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan ərazilərdə müəssisələr tərfindən şambolar qazılmalı, suz sızmamalıdır. Qeyd edilən yağış və digər sular bura toplanıb, kənarlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi izahat verərək bildirmişdir ki, tərtib edilmiş xəta protokolunda qed olunan ittihamlarla razı deyil, "istehsalatda formalaşan texniki sular" kimi təqdim edilməsi faktiki hallara uyğun deyil. Söhbət çirkli və ya texniki istehsalat sularından getmir. Axıdıldığı iddia edilən su sırf yağıntı sulardır. Həmin sular istixananın üzərində və ərazisində formalaşan təbii yağış sularıdır və bu suların tərkibində ətraf mühitə zərər yetirə biləcək hər hansı kimyəvi, sənaye və ya texniki çirkləndirici maddə mövcud deyil. Bu sular məqsədli şəkildə axıdılmamış, texniki prosesin məhsulu olmamış və istehsalat tullantısı hesab edilə bilməz. Yağıntı sularının torpaq səthinə yönəlməsi ətraf mühit qanunvericiliyində çirkab suların axıdılması anlayışı ilə eyniləşdirilə bilməz və İXM-nin 262.2.3-cü maddəsinin tətbiqi üçün tələb olunan hüquqi tərkib burada mövcud deyil. Sübut kimi göstərilən foto və video materiallar suların texniki və ya istehsalat tullantısı olmasını təsdiq etmir. Hər hansı laborator analiz, rəsmi ekoloji rəy və ya mütəxəssis nəticəsi təqdim edilmədən sadəcə vizual müşahidə əsasında inzibati məsuliyyətə cəlb edilmək qanunun tələblərinə uyğun hesab edilə bilməz. Sözügedən inzibati xəta tərkibi mövcud deyil, axıdıldığı iddia olunan sular yağış sularıdır, çirkli və ya texniki su sayılmır və "xxxx" MMC-nin ətraf mühitə zərər vurmasına dair hüquqi əsaslandırılmış sübut yoxdur. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edir. xx.xx.2025-ci il tarixli monitorinq aktından və xx.xx.2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində Bakı şəhər, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus müəssisədə formalaşan istehsalat texniki sular təyinatsız olaraq çöllük əraziyə axıdılmış, bu səbəbdən Şəxs MMC İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə materiala əlavə edilmiş video və fotoşəkillərdən görünür ki, ərazidə diametri təxminən 500 mm-lik boru xətti vasitəsilə birbaşa Bakı şəhər, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən Şəxs MMC-ə məxsus istixanadan torpaq sahəsinə istehsalat texniki suları axıdılmışdır. Məhkəmə tərəfləri dinləyib, iş üzrə materialları, işə əlavə edilmiş video və fotoşəkilləri araşdıraraq hesab edir ki, Şəxs MMC İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, İXM-nin 263.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasından da görünür ki, inzibati məsuliyyət içməli məişət, texniki və tullantı sularının kənara təyinatsız axıdılmasına görə yaranır. Müraciət müəllifi suların təmsil etdiyi hüquqi şəxs tərəfindən axıdılmasını etiraf edərək sadəcə həmin suların yağış suyu olmasını vurğulamışdır ki, bu da heç bir halda hüquqi şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. İXM-nin müddəalarına əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM-nin 2-ci maddəsi). İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İXM-nin 9.1-ci maddəsi). Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (İXMnin 12.1-ci maddəsi). Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İXM-nin 31.3-cü maddəsi). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır (İXM-nin 76.1-ci maddəsi). Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi iş üzrə materiallardan, video və fotoşəkillərdən tam sübuta yetirildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sankasiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs MMC İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2.000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə şikayət və ya protest verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(003)-2624/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2624/2025
10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver