Məhkəmə qərarları › İş №3(003)-2625/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2625/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2625/2025 11.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Şəxs nümayəndəsi, direktoru Nümayəndə1, İnzibati protokol tərtib edən orqanın - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şəxs (bundan sonra – MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 1 saylı Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 1 saylı Bakı Regional Bölməsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib edən orqanın - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə aparılmış monitorinq zamanı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisinə baxış keçirilən zaman istixanalarda formalaşan çirkab və tullantı sularının təyinatsız olaraq ətrafa axıdılması və çöllük ərazidə iri gölməçənin əmələ gəlməsi faktı müəyyən edilmişdir. Bu səbəbdən Şəxs MMC-nin təsisçisi X1 idarəyə cəlb olunaraq, izahatı alınmış və ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra isə Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin Şəxs direktoru Nümayəndə1 bildirdi ki, qeyd olunan inzibati xəta həqiqətən də MMC tərəfindən törədilib. Bu barədə xəbərdarlıq olunduqdan sonra isə çirkab və tullantı suların axıntısı dayandırılmış və müsbət addımlar atılmışdır. Məhkəmə, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: - MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində fəaliyyət göstərən Şəxs MMC-yə (VÖEN **********) məxsus istixanada formalaşan texniki suların təyinatsız olaraq çöllük əraziyə axıdılması səbəbindən Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli monitorinq aktının surətindən görünür ki, aparılmış monitorinq zamanı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisinə baxış keçirilən zaman istixanalarda formalaşan çirkab və tullantı sularının təyinatsız olaraq ətrafa axıdılması və çöllük ərazidə iri gölməçənin əmələ gəlməsi faktı müəyyən edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, çirkab və tullantı sular təyinatsız olaraq ətrafa axıdılmış və çöllük ərazidə iri gölməçənin əmələ gəlməsinə səbəb olmuşdur. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində çöllük əraziyə çirkab və tullantı su axıldılmışdır. Bununla da müəyyən olunur ki, «Alza Holdinq-1” MMC, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən sudan özbaşına istifadə edilməsinə, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, fiziki şəxs tərəfindən törədilməsini nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində iki min manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar