Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-264/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli himayəsində dörd azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 480 və 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 00***-******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol və ona əlavə edilmiş material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 20 gün Rusiya Federasiyasının Moskva şəhərində yaşamış, Azərbaycan Respublikasına geri qayıdan zaman dostları biletini alacaqlarını, bunun müqabilində Bakı şəhərində çanta aparmasını xahiş etmişdir. Çantada kosmetikalar, maşın ləvazimatları olmasını demişdilər. Lakin siqaretlərin olmasını bilməmişdir. Mallar ona məxsus deyildir və müsadirə edilməsinə etirazı yoxdur. 2 ədəd çanta gətirmiş, təxminən 20 kiloqrama yaxın çəkiləri olmuşdur. Özünü təqsirli bilir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahid ifadələrini dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə iş üzrə icraata xitam verilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xətanın törədilməsi isə inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirildiyindən təqsirli bilinərək müvafiq qaydada tənbeh olunmalıdır. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli “yoxlama və götürmə haqqında” protokoldan görünür ki, AR Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsinin baş inspektoru, gömrük xidmət polkovnik-leytenantı X4, əməliyyat müvəkkili gömrük xidmət kapitanı X1 və iki nəfər hal şahidinin iştirakı ilə, xx.xx.2024-cü il tarixində İO 469 saylı Moskva-Bakı avareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs baqaj lentindn ona məxsus olan yükləri götürüb gömrük nəzarətinin “Kırmızı Kanalına” daxil olmuş və ona məxsus olan yükləri “X-Ray” rentgen aparatının lentinin üzərin yerləşdirmişdir. Bu zaman rentgen qurğusunun müşahidı monitorunda şübhəli cizgilərin olduğu müşahidə edilmişdir. Şəxs Ağmayıs oğlundan ona məxsus olan yüklərin arasında gömrük orqanına bəyan edilməli olan hər hansı bir əşyanın olub-olmadığı barədə soruşulduqda, sonuncu gömrük orqanına bəyan edilməli olan hər hansı bir əşyanın olmadığını bildirmişdir. Daha sonra həmin yüklərə yoxlama keçirilməsi məqsədi ilə Qurban Alıyev yoxlama otağına dəvət olunmuşdur. X3 T1 Terminalında yerləşən gömrük nəzarəti zonasında olan, yüklərin yoxlandığı otaqda aparılmış, yoxlama aparılan zaman Şəxs adına olan qara çanta açılmış, qara çantanın içərisində üzərində “T.H Onion” yazısı olan və qara rəngli flomasterlə üzərin “Pərviz” adı qeyd olunmuş karton qutu, yuxarı hissəsinə flamasterlə “EMİL” yazılmış 1 ədəd üzərində “Салют Север” yazısı olan qutu qablaşdırma, 9 ədəd avtomobil ehtiyat hissəsi və 3 ədəd şəffaf rəngli plastik qablaşdırmada maye olduğu müəyyən edilmiş, sözügedən iriölçülü karton qutuda yoxlama aparıldığı zaman qutunun alt hissəsinə yapışqan lentlə yapışdırılmış və aşkarlanmanı çətinləşdirən üsuldan istifadə etməklə gizlədilmiş, ümumilikdə 90 qutu (9 blok) Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan məcburi nişanlanma ilə nişanlanmayan “Marlboro seventy twos” markalı siqaretlər aşkar olunmuş, yoxlama davam etdirilmiş, sözügedən karton qutunun içərisində şərti olaraq “1” və “2” rəqəmləri ilə işarələnmiş iki ədə ağ rəngli qutunun olduğu müəyyən edilmiş, “1” rəqəmi ilə işarələnmiş ağ rəngli qutu açılmış v qutunun içərisindən üzərində “Cattin made in İtaly” yazısı olan 1 ədə rarı rəngli meyvə qabı, 9 qutu üzərində “Darkside cola 100 г” yazısı olan tütün, 5 qutu üzərində “LeMat Evo 5 ml” yazısı olan süni kiprik” yapışdırıcısı, 21 qutu üzərində “Echelle İndigo 7 ml” yazısı olan süni kiprik yapışdırıcısı” mobil telefon üçün nəzərdə tutulmuş 24 ədəd ekran qoruyucusu, 1 ədəd üzərində “Xmax” yazısı olan qablaşdırmada 5 ədə mobil telefon üçün ekran çərçivəsi, 2 ədəd üzərində “Black Chocolate 20 X 125 ml” yazısı olan lasyon, hər birində 10 ədəd olmaqla 5 qablaşdırmada ümumilikdə 50 ədəd üzərində “Dark Bronzer 30 X” yazısı olan lasyonlar, 10 ədəd qablaşdırmada ümumilikdə 99 ədəd üzərində “Black Bronzer 50X” yazısı olan lasyonlar, 1 qablaşdırma ümumilikdə 10 ədəd üzərində “Black Chocolate 20X” yazısı olan lasyonlar, 1 qablaşdırmada 10 ədəd olmaqla ümumilikdə 50 ədəd üzərində “Gold Bronzer 25 X” yazısı olan lasyonlar aşkar edilmiş, daha sonra 2 rəqəmi ilə işarələnmiş qutu açılmış, qutuya baxış keçirilərkən qutunun içərisindən üzərindən “Cattin madde in İtaly” yazısı olan 1 ədəd meyvəqabı, üzərində “Lovely” yazısı olan 1 ədəd qablaşdırmada süni kiprik, üzərində “Lemat Bronze” yazısı olan 1 ədəd qablaşdırmada süni kiprik, hər birində 10 ədəd olmaqla 3 ədəd sarı rəngli karton qutuların içərisində ümumilikdə 30 ədəd üzərində “Lasay” yazısı olan 10 ədəd süni kiprik, 1 ədəd sarı rəngli karton qutuda 8 ədəd üzərində “Lemat Bronze” yazısı olan süni kiprik aşkar olunmuş, yoxlama davam etdirilmiş, üzərində “T.H. Onion” yazısı olan və qara rəngli flomasterlə “Pərviz” adı qeyd olunmuş karton qutunun içərisindən 1 ədəd sarı rəngli karton qutunun içərisindən 20 ədəd üzərində “Brusko medium 50 G” yazısı olan qəlyan tütünü, açıq şəkildə 15 ədəd üzərində “Misthave Undercoal 125 G” yazısı olan qəlyan tütünü aşkar edilmiş, daha sonra Şəxs məxsus olan 1 ədəd qarışıq rəngli çantanın içərisindən 2 ədəd üzərində “Pro Konditer 1000 g” yazısı olan qida əlavəsi, 3 ədəd üzərində “Уралит-У 280 g” dərman vasitəsi, hər birində 10 ədəd olmaqla 5 qutu üzərində “Natriyo Tiaculfat 300 mg” yazısı olan ümumilikdə 50 ədəd ampula, hər birində 5 ədəd olmaqla 3 ədəd üzərində “Qonadotropin 9 mg” yazısı olan 15 ədəd ampula, 5 qutu hər birində 10 ədəd olmaqla 15 ədəd üzərində konvalyutda 150 ədəd üzərində “Омник Окас” yazısı olan həblər, 1 qutu üzərində “Aktoveqin 40 mg/5ml” yazısı olan 5 ədəd ampul, içərisində 84 kapsul olmaqla 1 qutu üzərində “Ксеникал капсулы 120 мг” yazısı olan dərman vasitəsi, 5 ədəd şüşə qablaşdırma üzərində “Треза-Интер» yazısı olan dərman vasitəsi, 15 flakon üzərində “Natrium-xlorid 1 mg” yazısı olan dərman vasitəsi aşkar edilmiş, eyni zamanda Şəxs əl çantasında gömrük orqanına şifahi, yaxud yazılı formada bəyan edilməyən aksiz markası ilə markalanmayan məcburi nişanlanma ilə nişanlanmayan 9 qutu üzərində “SOBRANİE LONDON” yazısı olan tütün məmulatı olduğu müəyyən edilmişdir. Yoxlama zamanı Qurban Alıyev yuxarıda göstərilən yüklərin adına vurulmuş baqaj olmasına baxmayaraq, quturların heç birinin ona aid olmadığını və aşkar olunan mallar barədə məlumatsız olduğunu bildirmişdir. Göstərilənlərdən başqa Şəxs məxsus olan yüklər arasında gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən, yaxud qanunvericiliklə qadağan edilmiş hər hansı predimet aşkar edilməmişdir. Faktla əlaqədar olaraq, hal şahidlərinin də, iştirakı ilə yoxlama və götürmə protokolu tərtib edilmiş, həmin protokol əsasında yuxarıda qeyd edilmiş mallar müvafiq qaydada xüsusi qablaşdırma vasitəsində qablaşdırılaraq götürülmüşdür. -“Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış materialda Azərbaycan Respublikası CMnin 200-1.1, 206.1, və 213-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmaması səbəbi ilə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən rədd edilməsi və Şəxs barəsində toplanmış materialda Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati qaydada müvafiq tədbirlərin görülməsi üçün qəbul edilmiş qərar və zəruri sənədlərin surəti Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə göndərilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 00***-******* saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 480.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla 200 ədəddən artıq siqareti, eləcə də dərman preparatlarını və müxtəlif növ əşyaları gömrük nəzarətindən gizlədilməklə keçirilmişdir. Bununla da onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə nəzərdə tutulan inzibati xətalar törədilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinin tərkibi əlamətləri mövcuddur. Lakin məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibi əlamətlərinin mövcud olması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda Şəxs əməli İXM-in 480-ci maddəsi ilə əhatə olunmuşdur. Qeyd olunan qanunvericilik normalarının tələblərini və iş üzrə müəyyən olunmuş halları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan o, həmin maddə ilə təqsirli bilinməli, lakin onun əməlində həmin Məcəllənin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə, Şəxs himayəsində 4 azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını və öz izahatını da nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olmuş malların müsadirə edilməsi növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, “T.H Onion” yazısı olan və qara rəngli flomasterlə üzərin “Pərviz” adı qeyd olunmuş karton qutu, yuxarı hissəsinə flamasterlə “EMİL” yazılmış 1 ədəd üzərində “Салют Север” yazısı olan qutu qablaşdırma, 9 ədəd avtomobil ehtiyat hissəsi və 3 ədəd şəffaf rəngli plastik qablaşdırmada maye olduğu müəyyən edilmiş, sözügedən iriölçülü karton qutuda yoxlama aparıldığı zaman qutunun alt hissəsinə yapışqan lentlə yapışdırılmış və aşkarlanmanı çətinləşdirən üsuldan istifadə etməklə gizlədilmiş, ümumilikdə 90 qutu (9 blok) Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan məcburi nişanlanma ilə nişanlanmayan “Marlboro seventy twos” markalı siqaretlər, aşkar olunmuş, “1” rəqəmi ilə işarələnmiş ağ rəngli qutu açılmış və qutunun içərisindən üzərində “Cattin made in İtaly” yazısı olan 1 ədə rarı rəngli meyvə qabı, 9 qutu üzərində “Darkside cola 100 г” yazısı olan tütün, 5 qutu üzərində “LeMat Evo 5 ml” yazısı olan süni kiprik” yapışdırıcısı, 21 qutu üzərində “Echelle İndigo 7 ml” yazısı olan süni kiprik yapışdırıcısı” mobil telefon üçün nəzərdə tutulmuş 24 ədəd ekran qoruyucusu, 1 ədəd üzərində “Xmax” yazısı olan qablaşdırmada 5 ədəd mobil telefon üçün ekran çərçivəsi, 2 ədəd üzərində “Black Chocolate 20 X 125 ml” yazısı olan lasyon, hər birində 10 ədəd olmaqla 5 qablaşdırmada ümumilikdə 50 ədəd üzərində “Dark Bronzer 30 X” yazısı olan lasyonlar, 10 ədəd qablaşdırmada ümumilikdə 99 ədəd üzərində “Black Bronzer 50X” yazısı olan lasyonlar, 1 qablaşdırma ümumilikdə 10 ədəd üzərində “Black Chocolate 20X” yazısı olan lasyonlar, 1 qablaşdırmada 10 ədəd olmaqla ümumilikdə 50 ədəd üzərində “Gold Bronzer 25 X” yazısı olan lasyonlar, 2 rəqəmi ilə işarələnmiş qutunun içərisindən üzərində “Cattin madde in İtaly” yazısı olan 1 ədəd meyvəqabı, üzərində “Lovely” yazısı olan 1 ədəd qablaşdırmada süni kiprik, üzərində “Lemat Bronze” yazısı olan 1 ədəd qablaşdırmada süni kiprik, hər birində 10 ədəd olmaqla 3 ədəd sarı rəngli karton qutuların içərisində ümumilikdə 30 ədəd üzərində “Lasay” yazısı olan 10 ədəd süni kiprik, 1 ədəd sarı rəngli karton qutuda 8 ədəd üzərində “Lemat Bronze” yazısı olan süni kiprik aşkar olunmuş, yoxlama davam etdirilmiş, üzərində “T.H. Onion” yazısı olan və qara rəngli flomasterlə “Pərviz” adı qeyd olunmuş karton qutunun içərisindən 1 ədəd sarı rəngli karton qutunun içərisindən 20 ədəd üzərində “Brusko medium 50 G” yazısı olan qəlyan tütünü, açıq şəkildə 15 ədəd üzərində “Misthave Undercoal 125 G” yazısı olan qəlyan tütünü, 1 ədəd qarışıq rəngli çantanın içərisindən 2 ədəd üzərində “Pro Konditer 1000 g” yazısı olan qida əlavəsi, 3 ədəd üzərində “Уралит-У 280 g” dərman vasitəsi, hər birində 10 ədəd olmaqla 5 qutu üzərində “Natriyo Tiaculfat 300 mg” yazısı olan ümumilikdə 50 ədəd ampula, hər birində 5 ədəd olmaqla 3 ədəd üzərində “Qonadotropin 9 mg” yazısı olan 15 ədəd ampula, 5 qutu hər birində 10 ədəd olmaqla 15 ədəd üzərində konvalyutda 150 ədəd üzərində “Омник Окас” yazısı olan həblər, 1 qutu üzərində “Aktoveqin 40 mg/5ml” yazısı olan 5 ədəd ampul, içərisində 84 kapsul olmaqla 1 qutu üzərində “Ксеникал капсулы 120 мг” yazısı olan dərman vasitəsi, 5 ədəd şüşə qablaşdırma üzərində “Треза-Интер» yazısı olan dərman vasitəsi, 15 flakon üzərində “Natrium-xlorid 1 mg” yazısı olan dərman vasitəsi, 9 qutu üzərində “SOBRANİE LONDON” yazısı olan tütün məmulatı müsadirə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-264/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-264/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver