Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2656/2025 10.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində İXM-nin 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli xx.xx.2025-ci il tarixli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin xəbərdar olunmasına baxmayaraq onlar öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmədən nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-5/2-86451/2025 №-li məktubla Şəxs MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V massivi (AZ1084) və ünvan 1 ünvanlarına ünvanlanmış məktubdan görünür ki, X1 müraciətinə əsasən ona aid sənədlərin 7 iş günü ərzində X4 Xidmətinə təqdim edilməsinə dair göstəriş verilmişdir. Şəxs MMC-nin barəsində tərtib edilmiş MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, yuxarıda qeyd olunan məktubda nəzərdə tutulan tədbirlər Şəxs MMC tərəfindən görülməmiş, nəticədə hüquqi şəxs İXM-nin 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsindən təqdim edilmiş reyestrdən edilmiş çıxarışa əsasən xx.xx.2025-ci il tarixli 86451/2025 nömrəli iki məktub sifarişli poçt göndərişi kimi "xxxx" MMC-ə də göndərilmişdir. Həmin məktubun çatdırılması kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən materiallara əlavə edilmiş SS929766950AZ kodu ilə poçt izlənməsinin çıxarışından görünür ki, məktub xx.xx.2025-ci il tarixdə saat 11.19-da Bakı AZ1045 poçt şöbəsinə qəbul olunmuş, xx.xx.2025-ci il tarixdə saat 12.52-də Bakı AZ1045 poçt şöbəsində çatdırılma cəhdi uğursuz olub. Burada ilk növbədə diqqət çəkən məqam odur ki, poçt izlənməsinin çıxarışına əsasən AZ1045 poçt şöbəsinin ünvanı ünvan 3atdırılmalarını həyata keçirir. Şəxs MMC-nin hüquqi ünvanı da məhz ünvan 4 İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasına əsasən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsi, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən təqdim edilmiş materiallara Şəxs MMC-yə ünvanlanmış yuxarıda qeyd edilən məktubların ünvana göndərilməsi barədə reyestrdən çıxarış əlavə edilsə də, bu çıxarışla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətindən çıxan xx.xx.2025-ci il tarixli 3-17-5/2-86451/2025 №-li məktubun “Halas MMC”-nin hüquqi ünvanına çatdırılması müəyyən edilmir. İXM-nin müddəalarına əsasən barəsində inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Şəxs tərəfindən inzibati xətanı törədilməsi sübuta yetirilmədiyindən inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir (İXM-nin 53.2-ci maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXM-nin 105-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli 86451/2025 nömrəli məktubun ünvan 5 ünvanda fəaliyyət göstərən Şəxs MMC-ə çatdırılması istər təqdim edilmiş sənədlərlə, istərsə də məhkəmə araşdırması zamanı təsdiq olunmadığı üçün Şəxs MMC-nin təqsirliliyi sübuta yetirilmədiyindən hüquqi şəxsin barəsində İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-40, 43, 53.2, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs MMC-nin İXM-nin 539.3-cü maddəsi ilə inzibati xətanı törətməsinə dair təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə şikayət və ya protest verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(003)-2656/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2656/2025
10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver