Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-266/2025 13.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Xəzər Rayon Polis İdarəsi Dövlət X7 polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan yetkinlik yaşına çatmamış şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan yetkinlik yaşına çatmamış şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2008-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Püsyan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Püsyan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Xəzər Rayon Polis İdarəsi Dövlət X7 inspektoru, polis leytenantı X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərək yetkinlik yaşına çatmamış şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati potokolu tərtib etmiş Xəzər Rayon Polis İdarəsi X10 İdarəsinin Dövlət X7 inspektoru, polis leytenantı X5 bildirdi ki, təhqiqatçının cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən inzibati haqqında xəta protokolu tərtib edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində “KİA” markalı, **-TB- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək yetkinlik yaşına çatmamış şəxs Quliyev X4 Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan saylı protokol tərtib edilərək yetkinlik yaşına çatmamış şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində yaşayış sahələrinin yerləşdiyi ərazidə sürücülük hüququ olmadan “KİA” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qarşısına avtomobil çıxmış və idarə etməni itirmişdir. Nəticədə yolun kənarında olan sərnişini vurmuşdur. Ford markalı avtomobil qarşısına çıxmışdır. Özünü təqsirli bilir. Əməlindən peşmandır. Məhkəmə iclasının yeri və müddəti barəsində prokurora vaxtında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə prokurorunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan: -“Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və “KİA” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati təsir tədbirləri görülməsi məqsədi ilə qərarın icra olunması üçün Xəzər RPİ-nin X10 şöbəsinin vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. -Həmin qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi “KİA” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində məhəlləarası yolla hərəkətdə olan zaman idarəetməni itirmiş və yolun kənarı ilə hərəkətdə olan piyada X2 vuraraq yüngül dərəcəli xəsarət almasına səbəb olmuşdur. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 1563 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1998-ci il təvəllüdlü X1 bədəni üzərində sağ dizin geniş ölçülü yarası aşkar edilmiş, qeyd olunan xəsarətlər küt əşya təsirindən onun “X8” Publik Hüquqi şəxsə müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. -Xəzər RPİ-nin DYPŞ-nin xx.xx.2025-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində “KİA” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək yetkinlik yaşına çatmamış şəxs Quliyev X4 Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Şəxs xx.xx.2008-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Püsyan kəndində doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yetkinlik yaşına çatmayan Şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi “KİA” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində məhəlləarası yolla hərəkətdə olan zaman idarəetməni itirmiş və yolun kənarı ilə hərəkətdə olan piyada X2 vuraraq sonuncunun yüngül dərəcəli xəsarət almasına səbəb olmuşdur. İş materiallarında görünür ki, Şəxs xx.xx.2008-ci ildə anadan olmuş və xx.xx.2024cü il tarixdə inzibati xəta törədən zaman yetkinlik yaşına çatmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Belə olan məhkəmə hesab edir ki, Şəxs xx.xx.2008-ci ildə anadan olmuş və xx.xx.2024-cü il tarixdə inzibati xəta törədən zaman on altı yaşına çatdığından inzibati məsuliyyətə cəlb olunmalıdır. Hazırda Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkib əlamətləri mövcuddur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci madəsinə əsasən “Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.1.2-ci maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hal hesab olunur. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 54.6-ci maddəsinə əsasən “Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın”. Həmin Məcəllənin 150.3-cü maddəsinə əsasən Yetkinlik yaşına çatmayanın müstəqil qazancı olmadıqda, inzibati cərimə onun valideynlərindən və ya digər qanuni nümayəndəsindən tutulur. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, yektinlik yaşına çatmamasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin yetkinlik yaşına çatmayan Şəxs müstəqil qazancı olmadığından barəsində təyin edilmiş cərimə onun qanuni nümayəndəsi, atası Qanuni nümayəndə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan yetkinlik yaşına çatmamış şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan yetkinlik yaşına çatmamış şəxs Şəxs barəsində tətbiq olunmuş 500 (beş yüz) manat məbləğində cərimə onun qanuni nümayəndəsi, atası Qanuni nümayəndə tutulsun. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-266/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-266/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver