Məhkəmə qərarları › İş №3(003)-2663/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2663/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2663/2023 17.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, 17 avqust 2023-cü il tarixində, saat 20 radələrində J2 076 saylı İstanbul-Bakı aviarevsi ilə gələn Əhmədov X2 1-ci Terminalının gəliş zalında baqaj lentinin üzərindən çamadanlarını götürüb, “yaşıl kanal” vasitəsilə gəliş zalını tərk edərkən saxlanılaraq baqajlarına baxış keçirilməsi üçün əvvəlcə “qırmızı kanal” buraxılış sistemində yerləşən rentgen qurğusuna oradan isə yoxlama otağına yönləndirilmişdir. Yoxlama zamanı Şəxs məxsus “Escanna” yazılı idman çantasının içərisində olan şəxsi geyim əşyalarının arasından əvvəlcədən gömrük orqanına yazılı, şifahi və elektron formada bəyan edilməmiş dərman vasitəsi hesab olunmayan, kosmetologiya və dermotologiya sahəsində istifadə olunan az miqdarda, yəni 12940 manat dəyərində 14 qutu hər qutuda 5 flakon və 1 qutuda 4 flakon olmaqla cəmi 74 flakonda “Mezoeffect-Hair Revit 8ml”, 9 qutu hər qutuda 5 flakon və 1 qutuda 4 flakon olmaqla cəmi 49 flakonda “Mezoeffect Brightening 8ml”, 8 qutu hər qutuda 5 flakon olmaqla cəmi 40 flakonda “Mezoeffect Antiaging 8ml”, 9 qutu hər qutuda 5 flakon olmaqla cəmi 45 flakonda “Mezoeffect Firming 8ml”, 3 qutu hər qutuda 5 flakon olmaqla cəmi 15 flakonda “Mezoeffect Hyaluronic 8ml”, qutusuz vəziyyətdə 9 flakonda “Mezoeffect Antiaging 8ml”, 9 flakonda “X3 8ml” və 3 flakonda “Mezoeffect Firming 8ml” markalı tibbi vasitələr, dəyəri muüəyyən olunmayan 1 ədəd “Moi eyelash 7ml” markalı kiprik üçün və 1 ədəd “Moi eyebrow 7ml” markalı qaşa qulluq üçün kosmetoloji vasitə (serum), 60 manat dəyərində 2 ədəd “ST show quartz” markalı qol saatı və 420 manat dəyərində 1 ədəd “Apple Watch SE 40mm” markalı smart qol saatı olmaqla ümumilikdə 13420 manat dəyərində mallar aşkar olunaraq götürülmüşdür. Yoxlama və şəxsi yoxlama basa çatdıqdan sonra, aşkar olunan əşyalar qablasdırılaraq, hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülmüşdür. Şəxs götürülmüş mallar ekspertizadan keçirilməkdən ötrü Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Həmin mərkəzin xx.xx.2023-cü il tarixli 6/4517, 4518, 5/1195, 9/6523 saylı ekspert rəyində qeyd edilmişdir ki, təqdim olunmuş tibbi vasitələr 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursoların siyahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiqlənmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Təqdim edilmiş tibbi vasitələrin istifadəyə yararlı olub-olmaması barədə qoyulmuş sual materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlərə aid deyildir. Təqdim edilmiş bir ədəd “Apple Watch SE 40mm” markalı arxa məlumat lövhəsinə görə “A2722” modelli “KTW4PDYCY3” seriya nömrəli aktivləşdirilməmiş smart qol saatı hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 08 adda malların xx.xx.2023-cü il tarixə olan orta bazar qiymətilə ümumi dəyəri təxminən 13620,00 manat müəyyən edilir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 10000-00090/23 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən barəsində inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Şəxs inzibati xətanın bilavasitə obyekti olan kosmetik vasitələrin məhkəmə qaydasında müsadirə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 17 avqust 2023-cü il tarixində, saat 20 radələrində J2 076 saylı İstanbul-Bakı aviarevsi ilə gələn Əhmədov X2 1-ci Terminalının gəliş zalında baqaj lentinin üzərindən çamadanlarını götürüb, “yaşıl kanal” vasitəsilə gəliş zalını tərk edərkən saxlanılaraq baqajlarına baxış keçirilməsi üçün əvvəlcə “qırmızı kanal” buraxılış sistemində yerləşən rentgen qurğusuna oradan isə yoxlama otağına yönləndirilmişdir. Yoxlama zamanı Şəxs məxsus “Escanna” yazılı idman çantasının içərisində olan şəxsi geyim əşyalarının arasından əvvəlcədən gömrük orqanına yazılı, şifahi və elektron formada bəyan edilməmiş dərman vasitəsi hesab olunmayan, kosmetologiya və dermotologiya sahəsində istifadə olunan az miqdarda, yəni 12940 manat dəyəriində 14 qutu hər qutuda 5 flakon və 1 qutuda 4 flakon olmaqla cəmi 74 flakonda “Mezoeffect-Hair Revit 8ml”, 9 qutu hər qutuda 5 flakon və 1 qutuda 4 flakon olmaqla cəmi 49 flakonda “Mezoeffect Brightening 8ml”, 8 qutu hər qutuda 5 flakon olmaqla cəmi 40 flakonda “Mezoeffect Antiaging 8ml”, 9 qutu hər qutuda 5 flakon olmaqla cəmi 45 flakonda “Mezoeffect Firming 8ml”, 3 qutu hər qutuda 5 flakon olmaqla cəmi 15 flakonda “Mezoeffect Hyaluronic 8ml”, qutusuz vəziyyətdə 9 flakonda “Mezoeffect Antiaging 8ml”, 9 flakonda “X3 8ml” və 3 flakonda “Mezoeffect Firming 8ml” markalı tibbi vasitələr, dəyəri muüəyyən olunmayan 1 ədəd “Moi eyelash 7ml” markalı kiprik üçün və 1 ədəd “Moi eyebrow 7ml” markalı qaşa qulluq üçün kosmetoloji vasitə (serum), 60 manat dəyərində 2 ədəd “ST show quartz” markalı qol saatı və 420 manat dəyərində 1 ədəd “Apple Watch SE 40mm” markalı smart qol saatı olmaqla ümumilikdə 13420 manat dəyərində mallar aşkar olunmuşdur. Yoxlama və şəxsi yoxlama basa çatdıqdan sonra, aşkar olunan əşyalar qablasdırılaraq, hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülmüşdür. Şəxs götürülmüş mallar ekspertizadan keçirilməkdən ötrü Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Həmin mərkəzin xx.xx.2023cü il tarixli 6/4517, 4518, 5/1195, 9/6523 saylı ekspert rəyində qeyd edilmişdir ki, təqdim olunmuş tibbi vasitələr 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursoların siyahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiqlənmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Təqdim edilmiş tibbi vasitələrin istifadəyə yararlı olub-olmaması barədə qoyulmuş sual materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlərə aid deyildir. Təqdim edilmiş bir ədəd “Apple Watch SE 40mm” markalı arxa məlumat lövhəsinə görə “A2722” modelli “KTW4PDYCY3” seriya nömrəli aktivləşdirilməmiş smart qol saatı hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 08 adda malların xx.xx.2023-cü il tarixə olan orta bazar qiymətilə ümumi dəyəri təxminən 13620,00 manat müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə Şəxs əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır Məhkəmə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müsadirə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 296 (iki yüz doxsan altı) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 14 qutu hər qutuda 5 flakon və 1 qutuda 4 flakon olmaqla cəmi 74 flakonda “Mezoeffect-Hair Revit 8ml”, 9 qutu hər qutuda 5 flakon və 1 qutuda 4 flakon olmaqla cəmi 49 flakonda “Mezoeffect Brightening 8ml”, 8 qutu hər qutuda 5 flakon olmaqla cəmi 40 flakonda “Mezoeffect Antiaging 8ml”, 9 qutu hər qutuda 5 flakon olmaqla cəmi 45 flakonda “Mezoeffect Firming 8ml”, 3 qutu hər qutuda 5 flakon olmaqla cəmi 15 flakonda “Mezoeffect Hyaluronic 8ml”, qutusuz vəziyyətdə 9 flakonda “Mezoeffect Antiaging 8ml”, 9 flakonda “X3 8ml” və 3 flakonda “Mezoeffect Firming 8ml” markalı tibbi vasitələr, dəyəri müəyyən olunmayan 1 ədəd “Moi eyelash 7ml” markalı kiprik üçün və 1 ədəd “Moi eyebrow 7ml” markalı qaşa qulluq üçün kosmetoloji vasitə (serum), 60 manat dəyərində 2 ədəd “ST show quartz” markalı qol saatı və 420 manat dəyərində 1 ədəd “Apple Watch SE 40mm” markalı smart qol saatı müsadirə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 296 (iki yüz doxsan altı) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar