Məhkəmə qərarları › İş №3(003)-2665/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2665/2025

12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2665/2025 12.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, EP0233672 saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 503-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, EP0233672 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Müraciətdə qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə tanışlarını vasitəsi ilə ölkəyə gətirdiyi doqquz ədəd mobil telefonları, beş ədəd ətir və telefon aksessuarlrı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən götürülmüşdür. Həmin telefonlar ölkəyə gətirilərkən bəyan olunmuş və rüsumlar yerində ödənilmişdir. Buna baxmayaraq İXM-nin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində, yəni 12.614,5 (on iki min altı yüz on dörd manat əlli qəpik) manat məbləğində inzibati cərimə edilmişdir. Odur ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2025ci il tarixli, EP0233672 saylı qərarı qanunsuz olduğundan ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş inzibati orqan xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən X6 ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Müraciətlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, EP0233672 saylı qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydalar pozulmaqla, eyni zamanda müxtəlif yollarla gətirilən Azərbaycan Respublikası malların Bakı şəhə ərazisində realizə olunması barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqa İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Heydər Əliyev adın X10 xarici ölkələrdən gələn sərnişinlərin köməkliyi ilə sözügedən malları gətirildikdən və gömrük nəzarətindən keçdikdən sonra hava limanının ərazisində şəxs yaxud şəxsl tərəfindən toplanması, daha sonra isə realizə olunması faktı müəyyən olunmuşdur. Bununla əlaqəd olaraq müvafiq əməliyyat qrupu yaradılmış və zəruri tədirlər həyata keçirilmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında, həqiqətən də xarici ölkələrdən sərnişin qismində gələn və şəxsiyyəti hələlik məlum olmayan şəxslər tərəfindən gətirilən mobil telefonlar, qulaqcıqlar, elekrton qələmlər və ətirlər həmin şəxslər vasitəsilə gömrük nəzarətindən keçirilib gömrük nəzarət zonasını tərk etdikdən sonra Hava Limanı-Şəhər Mərkəzi istiqamətində ilk "Socar Petrolium" yanacaq doldurma stansiyasında dayanan və həmin sərnişinlərlə eyni aviareysdən gələn Azərbaycan Respublikası vətəndaşı X4 vermələri, sonuncunun malları X3 istifadəsində olan "BMW X1" markalı "** ZM ***" qeydiyyat nişanlı nəqliy vasitəsinə yerləşdirdiyi müəyyən olunmuşdur. Faktla əlaqədar mövcud hallar nəzarətdə saxlanılmış və əməliyyat qrupunun üzvləri həmin tarixdə Hava Limanı-Şəhər Mərkəzi istiqamətində ilk "Socar Petrolium" yanacaq doldurma stansiyasında dayanmış "BMW X1" markalı "** ZM ***" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yaxınlaşmış sürücü X5 nəqliyyat vasitəsindəki mallara baxış keçirməli olduqlarını bildirilmiş və bu səbəbdən X7 və X12 Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət olunmuşdur. Orada vətəndaşın ərizəsi alındıqdan sonra videoçəkilişdən istifadə olunmaqla aparılan baxış zamanı, X7 ona məxsus dayanmış "BMW X1" markalı "** ZM ***" dövlət qeydiyyat nişanlı minik avtomobilin arxa yük yerində və salonunda olan paketlərin içərisindən 1 ədəd "İphone 15 Pink 128 GB" (İmei: **********91130/**********29889), 1 (bir) əǝdǝd "İphone Black 128 GB" (İmei: **********21506/**********10640), 1 (bir) ədəd "İphone 15 Blue 128 (İmei: **********39838/**********39232), 1 (bir) ədəd "İphone 15 Blue 128 GB" (İmei: **********27370/**********58291), 1 (bir) ədəd "İphone 17 air Space black 256 GB" (İmei: **********28950/**********31509), 1 (bir) ədəd "İphone 17 air Space black 256 GB" (İmei **********43237/**********45368), 1 (bir) ədəd "İphone 17 air Space black 256 GB" (İmei **********01000/**********67668), 1 (bir) ədəd "İphone 17 pro max cosmic orange 256 GB (İmei: **********90179/**********45122), 1 (bir) ədəd "İphone 17 pro max cosmic orange 25 GB" (İmei **********32417/**********39560) markalı mobil telefonlar, 8 (səkkiz) ədəd "Appl pencil USB-C" markalı ve 7 (yeddi) ədəd "Apple pencil 2nd generation" markalı qələmlər, 4 (dörd) ədəd "Airpods 4" markalı və 4 (dörd) ədəd "Airpods Pro 2nd generation" markalı qulaqcıqlar, 2 (iki) ədəd "Dolce Gabbana 100ml" markalı, 2 (iki) ədəd "Victoria's Secret Bombshell 100ml" markalı və 1 (bir) ədəd "X14 passione 100ml" markalı ətirlər aşkar olunmuşdur. İlkin sorğu-sual zamanı aşkar olunan malların X4 məxsus olduğu məlum olmuşdur. Göstərilənlərdən başqa nəqliyyat vasitəsindən qanunvericiliklə qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. Baxış başa çatdıqdan sonra aşkar olunmuş mallar protokol əsasında götürülmüşdür. Faktla bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində araşdırma başlanılmışdır. Araşdırma çərçivəsində aşkar olunmuş malları dəyərini müəyyənləşdirmək üçün Azərbaycan Respublikası Ticarət və Sənaye Palata: "Azərekspertiza" Birliyinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Ticaret ve Sanay Palatası "Azərekspertiz" Birliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli 263 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş malların xx.xx.2025-ci il tarixə olan bazar qiyməti ilə ümumi dəyəri 25229,00 manat müəyyən edilmişdir. Araşdırma çərçivəsində X6 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixində ondan aşkar olunmuş malları satış məqsədilə almış və eyni aviareyslə gəldiyi müxtəlif sərnişinlərə paylayaraq həmin malları "Socar Petrolium" yanacaq doldurma stansiyasında qəbul etmişdir. X6 tərəfindən inzibati məsuliyyəti müəyyən edən hallar öz təsdiqini tapdığından o, İXM-nin 503-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İXM-nin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğində cərimə edilir. Bu maddənin dispozisiyasından görünür ki, şəxs kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə məsuliyyət daşıyır. Müraciət müəllifinin ərizəsindən də görünür ki, o, müxtəlif şəxslərin vasitəsi ilə doqquz ədəd mobil telefon, mobil telefon aksessuarları və ətirlər ölkəyə gətirmişdir ki, bu hal da onun tərəfindən həmin malları aşkar olaraq məhz kommersiya məqsədləri üçün gətirilməsinə dəlalət edir. İXM-nin müddəalarına əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İXM-nin 9.1-ci maddəsi). Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İXM-nin 31.2-ci maddəsi). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (İXM-nin 32.2-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin X4 İXM-nin 503-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EP0233672 saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından X6 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, inzibati orqan şəxsin barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, təqsirinin dərəcəsini və əmlak vəziyyətini tam nəzərə almamış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş yüksək həddə cərimə tənbeh növünü tətbiq etmişdir. Məhkəmə hesab edir ki, X4 İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab edilən inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində, yəni 7.568,7 manat (yeddi min beş yüz altmış səkkiz manat yetmiş qəpik) məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 21, 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X6 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməsin. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin X4 İXM-nin 503-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EP0233672 saylı qərarı X4 təyin edilmiş tənbeh tədbirinin məbləği hissəsində dəyişdirilsin. X4 inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində, yəni 7.568,7 manat (yeddi min beş yüz altmış səkkiz manat yetmiş qəpik) məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin X4 İXM-nin 503-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EP0233672 saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar