Məhkəmə qərarları › İş №3(003)-2668/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2668/2025

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2668/2025 07.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X17 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X6, Qərardan şikayət vermiş şəxs X2 vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 00800/01564 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X9 şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 00800/01564 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X9 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tələbi əsas gətirilərək xx.xx.2025-ci il tarixli, 00800/01564 nömrəli qərar qəbul edilmiş və 14.471.36 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bildirir ki, protokol, qərar, iş üzrə tərtib edilmiş sənədlər, eləcə də digər mötəbər sübutlar, qanunvericilik normaları da göstərir ki, tənbeh tədbiri işin hallarına adekvat olmayaraq prinsipial mövqe sərgilənməklə qanunsuz şəkildə tətbiq edilmişdir. Bu səbəbdən də mübahisə predmeti olan sözügedən qərarı xx.xx.2025-ci il tarixində müdafiəçi vasitəsilə imza etməklə götürərək aidiyyəti qaydada məhkəməyə müraciət edərək bildirir ki, bu əsassız qərarın ləğv edilməsi qanunvericiliyin birbaşa tələbidir. Məlumat üçün bildirir ki, araşdırma zamanı dəfələrlə məsələyə aydınlıq gətirəcək sənədləri təqdim etmiş, aidiyyəti yuxarı instansiyalara şikayətlər edərək qəbul edilməyini tələb etmişdir. Onu da nəzərə almaq lazımdır ki, hər zaman bildirdiyi kimi onun əməlində hansısa təqsirin, xətanın əlamətləri yoxdur, qəsdən hansısa pozuntuya yol verməmiş, ölkədə baş verən prosedura uyğun şəkildə hərəkət elmiş, lakin buna baxmayaraq əsl həqiqətdə cavabdeh idarə ikili standart tətbiq edərək, işi prinsipə salaraq, ona qarşı kobudluq edərək, qanunun normasını istədikləri kimi kimə gəldi tətbiq edərək onun hüquqlarını pozmuş, əmlakı əsassızcasına bu günə kimi özündə saxlamış və nəticədə də özlərini haqlı çıxardan qərar qəbul edilmişdir. Odur ki, tərəfindən hansısa pozuntu qəsdən törədilmədiyi səbəbindən onların Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tələbini formal olaraq qeyd edərək onu cərimə etməsi qanunsuzdur. İşin əsl hallarının aydın olması üçün qeyd edir ki, protokolda və qərarda yazılanların əksinə olaraq o ikili standartla, qanunsuzluqla, kobudluqla qarşılaşmışdır. Belə ki, o uzun illərdir ki X3 yaşayır və orada da işləyir. Xarici ölkədə dövləti işlədiyi sahə üzrə təmsil edərək bir iş adamı kimi öz töhfəsini verməkdədir. Onu xüsusilə vurğulayır ki, o və ailəsi hörmətli insanlardır, bütün fəaliyyətində X23 Əliyevin, onun layiqli davamçısı olaraq Prezident cənab İlham Əliyevin prinsipiallığını, humanistliyini örnək götürmüş və bu istiqamətdə də addımlayırlar. O X3 yaşasa da öz dövlətinə çox bağlı, vaxt olduqca ailəsinə baş çəkmək üçün qısa müddətlik də olsa ölkəsinə qayıdır. Sonuncu dəfə 04 sentyabr 2025-ci il tarixində ailəsini görmək üçün ölkəyə qayıdanda X13 iki nəfər şəxs ona yaxınlaşmış və yoxlanışdan keçməli olduğu bildirilmişdir. O da heç bir etiraz etmədən yoxlanışdan keçmiş və bu zaman adlarını bilmədiyi şəxslər artıq 10 ildir ki ona məxsus, istifadəsində olan əmlakını, yəni “Audemars Piguet" brendinə məxsus qızıl saatını kobud şəkildə almışlar. Bu kobudluğun səbəbini soruşduqda isə deyilmişdir ki, saat bəyan edilməmişdir. O da haqlı etirazını bildirərək demişdir ki, o əvvəllər də gəlmiş, hər zaman da qolunda saat olub və heç bir zaman bu münasibətlə qarşılaşmamışdır, hazırda bəyanın tələb edildiyini bilmir, çünki əksər insan qızıl taxır və hazırkı dönəmdə kimsənin bəyan etmədiyi aşkardır, əgər bəyan şərtdirsə problem deyil bəyan edir, saatını saxlanca verir, hava limanında qalsın, geri qayıdanda isə özü ilə qaytarır. Onlar isə bəyana şərait yaratmadan və hətta onun haqlı etirazlarına baxmayaraq onu təxminən 9 saat ərzində orada saxlamış, nə üçün onun saxladıqlarını, qanuni əsas gətirmələrini, hüququnun müdafiəsinin təmin edilməsini tələb etsə də ona kobudluq göstərərək, psixoloji təsir edərək gözlətmişlər. Hətta orada başqasının baqajını ona daşıtdırmış, buna etiraz etdikdə isə kobudluqla dediyimizi et demişlər, halbuki o vətəndaşdır, kiminsə yükünü qaldırmalı deyildir, yəni bu barədə ona hansısa tapşırığın verilməsi qanunsuzdur. Onu da qeyd edir ki, onun telefonunu da əlindən almağa cəhd etmişlər, lakin buna imkan verməmişdir. Onu da bildirir ki, saatın ona məxsus olmasını Azərbaycanda olan zaman da saatdan istifadə etdiyini, yəni hava limanından əvvəllər də saatla keçdiyini təsdiq edən şəkilləri göstərsə də saatını ona geri qaytarmamışlar. Onu polisə aparacaqlarını demişlər, o da bəyan etməyə imkan vermədiklərini, o cümlədən saatını geri qayıdanda özü ilə aparmağı üçün saxlanca verməyinə şərait yaratmadıqlarını gördükdə və onun hüquqlarının pozulduğundan, kobudluğa məruz qaldığından yaxşı gedək polisə, sizdən şikayətim var dedikdən sonra yenə də kobudluq göstərərək onu öz idarələrinə gətirmiş və rəislə görüşdürmüşlər, o da ona qarşı edilən pozuntunun əsassız olduğunu, bu hərəkətin X23 Əliyevin gömrük yoxlamaları zamanı insanların qollarından saatlarının çıxarılmamasının vacibliyi ilə bağlı dediklərinin, göstərişlərinin əksinə olduğunu, şəxslərə, fərdlərə qarşı ikili standart irəli sürüldüyünü, hamıdan bəyan tələb edilmədiyini dedikdə ona deyilmişdir ki, onların öz qaydaları vardır. Bir daha diqqətə çatdır ki, Ulu Öndər bu cür pozuntuların vətəndaşların incidilməsinin qarşısının alınması üçün keçirdiyi iclasda xüsusilə vurğulamışdır ki, insanları incitməyin, qollarından saatlarını, qulaqlarından sırğalarını almayın, cavabında isə ona deyilmişdir ki, nə sitat gətirirsən, biz deyirik olmaz, demək olmaz. Soruşanda ki, niyə indiyə kimi bu cür bəyannamə bəhanəsi ilə üzləşməmişdir, niyə bəyan tələb edilməmişdir, başqalarına qarşı niyə bu qayda tətbiq edilmir dedikdə cavabında deyilmişdir ki, fərqi nədir ki, indi istəyirlər, indi də tətbiq edirlər. Bu cür pozuntudan sonra o heç bir sənədə imza atmamış, çünki ona qarşı edilən haqsızlıqdan, prinsipdən narahat olmuş və o da etirazını imza atamamaqla bildimiş, onlar isə ona heç sənəd də verməmişlər. Onu zorla orada saatlarla saxlamaqlarının qanunsuz olduğunu vurğuladıqdan, şikayət edəcəyini dedikdən sonra onu gecə vaxtı buraxmışlar, ki, get biz nə vaxt desək onda gələcəksən. Qeyd etdiyi kimi nə desə də heç bir təsiri olmamış, ona qarşı psixoloji təsir edilərək onu 9 saata yaxın müddətə idarədə gözlədərək, ona məxsus əmlakını özbaşına əsassızcasına götürərək kobudluq etmələri qızıl saatla gömrükdən buraxılma üzrə həmişə mövcud olmuş vəziyyətə, ən əsası da Ulu Öndərin ölməz göstərişlərinə adekvat deyildir. Bir daha vurğulayır ki, o hər zaman ölkəyə gəlmiş, eləcə də başqa ölkələrə səfər etmiş və heç bir zaman bu cür kobudluğa məruz qalmamış, ən azından yerindəcə bəyan edilməsinə və saxlanca verilməsinə şəraitin yaradılması mümkün olduğu halda bunu da etməyə şərait yaratmamışlar. Haqlı sual yaranır, nə üçün indiyə kimi bəyan istənilməyib, lakin sonuncu səfərində bəyan bəhanə gətirilib? Sual olunur nə üçün bu dəfə saatını yerindəcə bəyan etməyinə və qayıdanda özü ilə qaytarmağı üçün saxlanca verməyinə şərait yaradılmamışdır? Axı yerində bəyan etmək, eləcə də müvəqqəti saxlanmasını təmin etdirmək onun qanunvericilikdə təsbitini tapan hüququdur. Bununla yanaşı axı Ulu Öndərin çıxışında vurğuladığı kimi kim saatını bəyan edir ki? Ulu Öndər sözügedən məlum çıxışında çox gözəl qeyd edib ki, yeniliyə doğru gedirik, heç bir ölkədə bu cür məhdudiyyət yoxdur və göstəriş də vermişdir ki, bu cür özbaşınalıq, əsassız məhdudiyyət aradan qaldırılsın. Lakin görünür ki, sərf etməyəndə Ulu Öndərin çıxışını, göstərişini və bu göstəriş üzrə tətbiq edilən vəziyyəti görməzdən gələrək addım atılır və nəticədə də ikili standartlara məruz qalınır. Xüsusilə vurğulayır ki, adicə bir saatlıq müşahidə aparılsa o zaman qızıl-zinət əşyalarını üzərilərində keçirən, bəyan etməyən şəxslərin kifayət qədər olduğu və heç birinə də bu formada məhdudiyyət qoyulmadığı, hüquqları məhdudlaşdırılmadığı, qanunvericiliyin bəyan tələbinin yox sayıldığı bəlli olar. Bir daha qeyd edir ki, əsassız maneələrin aradan qalxması üçün təklif etmişdir ki, əgər indi problem yaradırsınızsa, indiyə kimi tələb etmədiyiniz Ulu Öndərin dediklərinin əksinə bəyannaməni tələb edirsinizsə o zaman saatını verin o heç hava limanından çıxmadan geri qayıdır, lakin ona birmənalı olaraq bildirmişlər kı, sən ki, bizim yanımızda Ulu Öndərin çıxışını sitat gətirib bizə qanun, norma izah edirsən ona görə də artıq gecdir, rəsmiləşdirmə aparılacaqdır. Görəcəksən ki, olmaz deyiriksə demək olmaz. Bir sözlə göründüyü kimi onun haqqını tələb etməyi, ikili standarta haqlı olaraq etiraz etməyi xoşlarına gəlməmiş və nəticədə o haqsızlıqla, əsassız məhrumiyyətlərlə üzləşməkdədir. Baş vermiş pozuntularla əlaqədar cənab Prezidentə, digər səlahiyyətli orqanlara şikayətlərlə müraciət elsə də ona qarşı edilmiş pozuntu aradan qaldırılmamış, təqsiri olmadan baş verən hala görə onu günahkar çıxarmağa çalışmışlar. Halbuki bir daha bildirir ki, o hansısa pozuntuya bilərəkdən yol verməmiş, tətbiq edilən mövcud vəziyyətdən istifadə edərək hərəkət elmişdir. İş materialında olan çəkilişlərə, o cümlədən onun ölkəyə gəlişi ilə bağlı sistemdəki videolara baxılsa onun əksərən qolunda saatının olduğu müəyyən edilər. Yəni, işin mübahisəsiz, halıdır ki, onun əməlində hansısa pozuntu olsa idi o sərbəst şəkildə hərəkət etməzdi ki, bir halda ki iş üzrə onun barəsində verilmiş sorğuların cavabı olaraq əməlində, ümumiyyətlə fəaliyyətində hansısa qanun pozuntusunun aşkar olunmadığı bir daha təsdiqini tapmışdır. Video görüntüdən də göründüyü kimi yaşıl kanaldan keçən zaman ona əməkdaşlar qırmızı kanala keçməli olduğunu deyirlər və o da problem yaratmadan keçir və hətta yoxlama aparatından keçən zaman da saatını da gizlətmir. Deməyi odur ki, o nəyisəni gizlətmək niyyətində olsa idi saatı qoluna taxmazdı, yaxud da qırmızı kanala dəvət edilən zaman buna etiraz edərdi. Görüntülərdən də göründüyü kimi o saatın ona məxsus olduğunu deyir və o cümlədən yuxarıda təsbitini tapan formada bəyannamə ilə bağlı fikrini ifadə edir. Lakin buna baxmayaraq ona dediyi formada kobudluq edərək, psixoloji təsir göstərərək barəsində araşdırmanın aparılmasını təmin etdirmişlər, halbuki onun əməlində hansısa xətanın tərkibi olmamışdır. Saatın ona məxsus olduğunu, şəxsi əşyası sayıldığını nə qədər bəyan etsə də diqqətə alan olmamışdır. Dəfələrlə işi ilə maraqlandıqda işin ekspertizada olduğu qeyd edilmiş, daha sonra ekspertizanın tam rəy verməsi mümkün olmadığından müstəqil mütəxəssisdən rəy alınması təmin edilmiş və nəticədə də rəy əsas tutularaq barəsində tənbeh tədbiri tətbiq edilmişdir. Mövcud hadisə ilə bağlı ümumi maraqlandıqda bir daha məlum olur ki, onun Ulu Öndərin məlum çıxışını sitat gətirməyi qərəzə səbəb olmuşdur, çünki bildirilir ki, demək olar hər kəs hansısa növdə qızıl-zinət əşyasını üzərində aparır və heç biri də bu formada davranışa məruz qalmır. Belə olanda haqlı sual olunur, bəyan etmək qanunvericiliyin birbaşa imperativ tələbidirsə nə üçün bu seçmə üsulla tətbiq edilir? Nə üçün şəxsən ona münasibətdə bu formada hərəkət tətbiq edilib, qanunda bəyan etmək barədə müddəanın icrası guya təmin edilib, məgər bu ikili siyasət qanuna adekvatdırmı? Sual olunur bu nəyin prinsipidir? Sübuta yetirilibmi ki o xəta dedikləri hərəkəti qəsdən etmişdir? Əlbəttə ki xeyr, çünki bir daha qeyd edir ki, araşdırma materialında barəsində əldə edilən məlumatların hər biri müsbət xarakterizə edilən hallardır ki, belə olan halda hansı qanun pozuntusundan söhbət gedə bilər, onun məqsədli, qəsdən hansısa xəta törətmək ehtimalı yarana bilər? Ona qarşı edilmiş hərəkət üzrə obyektiv araşdırmanın aparılmasına dair şübhələri olduğundan bu barədə hər zaman müvafiq instansiyalara müraciət etmiş, lakin çox təəssüflər olsun ki, müraciətləri üzrə qanuni araşdırma yekunlaşmadan rəylər əsas tutularaq barəsində tələsik tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilib. Bu da belə qənaətə gəlməyə imkan verir ki, o həqiqətən də qanunun vox, hansısa şəxsi maraqların, prinsipin qurbanı olmuşdur. Bildirir ki, inzibati tənbeh tədbiri adı altında aparılan araşdırma da, eləcə də ona qarşı edilmiş haqsızlıqlar da qanunvericiliyin prinsiplərinə adekvat deyildir. Bununla yanaşı nəzərə almaq lazımdır ki, törədildiyi iddia edilən xəta subyektiv cəhətdən qəsdlə törədilməlidir. Bildirir ki, yuxarıda əks edilənlər, işdəki video görüntülər onun əməlində hansısa qəsdin olmadığını birbaşa sübut edir. Əməldə qəsd olmadığından hər hansı inzibati xətanın da baş verməsindən söhbət gedə bilməz. Qəsd olmadığı səbəbindən də bildirir ki, barəsində düzgün araşdırma aparılmamış, əmələ düzgün hüquqi qiymət verilməmiş və nəticədə o əsassız məhrumiyyətlərlə üzləşmiş, artıq üç ay olar ki qanuni əsaslarla ona məxsus əşayadan, əmlakından istifadə məhdudlaşmışdır. Onu da qeyd edir ki, şikayət edəcəyi təqdirdə saatını geri qaytarmayacaqlarını da iddia edirlər. Halbuki bu qanuna əsaslanmayan tələb onun hüquqlarının bir daha pozulmasına, əlavə məhkəmələrdə qalmağına, vaxt ilkisinə səbəb olacaqdır və bütün bunlar da cavabdeh idarənin bu işi prinsipə saldığını göstərən hallardır. Əksi olsaydı onun daimi olaraq xaricdə yaşadığı, orada işlədiyi, Azərbaycana müvəqqəti qısa müddətli gəlib-qayıtdığı nəzərə alınardı və saatının ona geri qaytarılmasına heç bir əlavə müdaxilə, maneə edilməzdi. Görünən odur ki, hazırki şikayətinin təmin edilməsi ilə yanaşı saatının heç bir rüsum alınmadan yaşadığı X5 geri qaytarmağı barədə məhkəmə tərəfindən qərarın qəbul edilməsi mütləqdir, əks yanaşma qeyd etdiyi kimi cavahdeh idarə tərəfindən qanunvericiliyin tələbləri ilə uzlaşmayan prinsiplərin irəli sürülməsinə şərait yaradacaqdır. Bildirir ki, onun yerindəcə bəyan etməyinə şərit yaradılmamış, hansısa məqsəddən iş prinsipə salınaraq, hüquqları pozularaq tələsik rəsmiləşdirmə aparılmış, haqlı etirazları, tələbləri, xahişləri diqqətə alınmamış, ona münasibətdə kobudluğa yol verilmiş, qanunvericiliyin bərabərlik prinsinipinin, təqsirsizlik prezumpsiyasının tələbi görməzdən gəlinmişdir. Halbuki işdəki bütün şübhəli halların, idarə tərəfindən fərdlərə münasibətdə tətbiq etdiyi ikili standartların, ziddiyyətli halların onun xeyrinə həll edilməli olduğu Məcəllədə birbaşa təsbitini tapmışdır. O cümlədən də qeyd etdiyi kimi onun əşyası, saatının ona geri qaytarılmasına dair qanunvericiliyin tələbi hazırda da pozulmaqdadır. Nəzərə alınmalıdır ki, şəxsi əşyası olan saatı heç bir maneə olmadan, problem yaradılmadan ona verilməlidir ki, yaşadığı X5 geri aparsın. Əks yanaşma qanunun tələblərindən sui-istifadə, əsassız məhdudiyyət və məhrumiyyətdir ki bu da birbaşa olaraq qanun pozuntusu olmaqla qurumun əməkdaşlarının öz vəzifələrini düzgün yerinə yetirmədiklərini göstərir. Odur ki, şəxsi əşyası olan, uzun illərdir ki, istifadəsində olmaqla ona məxsus saatının əlavə vaxt itkisinə, süründürməçiliyə şərait yaradılmadan ona geri qaytarılması da mütləqdir. Qeyd etdiyi işin hallarına və Azərbaycan Republikasımn müvafiq qanunvericiliklərinin tələblərinə əsasən bildirir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Çünki, onun əməlində qeyd olunan maddə üzrə inzibati xəta tərkibi yoxdur və bununla yanaşı sözügedən qərar qanunvericiliyin tələbləri pozulmaqla, yəni iş üzrə heç bir obyektiv araşdırma aparılmadan qəbul edilmişdir. Belə ki, şəxsi istifadəsində olan ona məxsus saatının pozuntularla ondan alınması, prinsipə salaraq bəyan tələbinin bəhanə edilərək cərimələnməyi işin hallarına, maddi və prosessual normaların tələblərinə adekvat dyildir. Çünki onun iddia edilən xətanı törətməyi, əməlində xəta tərkibinin olmasını təsdiq edəcək heç bir mötəbər sübut yoxdur, o cümlədən gəlinən nəticə, yəni qəbul edilmiş qərar işin faktiki halları ilə uzlaşmır, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün hallar obyektiv şəkildə araşdırılmamışdır. Odur ki, qurum tərəfindən pozuntularla aparılan araşdırmanın mötəbər hüquqi əsası olmadığından onun məsuliyyətə cəlb edilməyi, belə ki, barəsində hər hansı qərarın tərtib edilməsi, inzibati tənbeh tədbirinin tətbiqi edilməsi qanunsuzdur. Belə olan halda da qurum tərəfindən edilmiş pozuntunun məhkəmə tərəfindən aradan qaldırılması, qərarın ləğv edilməsi, saatının ona geri qaytarılması mütləqdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, 00800/01564 nömrəli qərarı ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş X2 vəkili Vəkil şikayətə uyğun izahat verərək xx.xx.2025-ci il tarixli, 00800/01564 nömrəli qərarı ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X14 izahatında bildirdi ki, X2 ölkə ərazisinə malları gətirməsinə dair şübhələr olduğundan o nəzarətə götürülmüşdür. X9 qanunvericiliyin tələblərini yaxşı bilir, belə ki, o əvvəllər gömrükdə rolex saatını bəyan etmişdir. X9 yaşıl dəhlizdən keçmiş, vodeogörüntüləri məhkəməyə təqdim etmişdir. X9 barəsində qanuni qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 00800/01564 nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati tənbeh tədbiri təbiq edilmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, barəsində inzibati tənbeh tədbiri təbiq edilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı gömrük xidməti polkovnik-leytenantı X14 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 00800/01564 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 04 sentyabr 2025-ci il tarixdə J012 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı X11 (AZE C0343062) 1 saylı terminalın gəliş zalında gömrük nəzarətinin “Yaşıl Kanal”ı vasitəsilə çıxışa doğru hərəkət edərkən gömrük nəzarətinin “Qırmızı Kanalı”na dəvət olunmuş, sərnişin metal dedektordan keçərkən qolundakı saatı çıxararaq kənara qoyması tələb edilmiş, həmin saatın qızıl materialından və bahalı brendə məxsus olması şübhəsi yarandığından saata ətraflı baxış keçirilməsi üçün sərnişin, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət olunmaqla baxış keçirilmiş və baxış zamanı X4 gömrük orqanına bəyan etmədiyi “AUDEMARS PİGUET” brendinə məxsus qol saatı araşdırma zərurəti ilə əlaqədar olaraq götürülmüşdür. Bundan əlavə X7 məxsus “X22” markalı əl çantasına baxış zamanı, həmçinin üzərində keçirilmiş şəxsi yoxlama zamanı əlavə olaraq hər hansı bir hüquqpozma predmeti aşkar edilməmişdir. Aparılan araşdırma ilə əlaqədar xx.xx.2025-ci il tarixdə "kompleks məhkəmə texniki və fiziki-kimyəvi ekspertizası” təyin edilmiş və qərar icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 6/3037-9/4244 nömrəli ekspert rəyinə əsasən: tədqiqata təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan qolbağı və korpusu, içərisində “Audemars Piguet” yazısı, alt tərəfində “Poyal Cak, №**********” və “Au750” yazıları və üzərində müxtəlif rəngli qaşları olan qol saatı - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, qaşları qiymətli qaşlara aid deyil, sferbladı leyko-sapfirdir, ümumi çəkisi 227.65 qramdır. Qeyd olunan “Audemars Piguet” brendinə məxsus qol saatının orijinal olub-olmadığını və buna əsasən qiymətinin müəyyən edilməsi üzrə mütəxəssis rəyinin verilməsi üçün xx.xx.2025-ci il tarixdə müvafiq qərar qəbul edilmiş və ekspertizanın aparılması "X8” MMC-yə həvalə edilmişdir. “X8” MMC-nin xx.xx.2025-ci il tarixli 416 №-li rəyinə əsasən: təqdim edilən Audemars Piguet” brendinə məxsus qol saatının orijinal olmadığı müəyyən edilməklə, xx.xx.2025-ci il tarixinə ölkədaxili orta bazar qiyməti - 36.178,42 (otuz altı min yüz yütmiş səkkiz manat qırx iki qəpik) manat olduğu qeyd edilmişdir. Araşdırma zamanı Azərbaycan Respublikası vətəndaşı X11 izahat verməkdən imtina etmişdir. İzahatı alınmış Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsinə təhkim olunmuş, “Azərterminalkompleks” Birliyi Gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin Gömrük işinə yardım şöbəsinin kiçik mütəxəssisi Hacı X12 bildirmişdir ki, 04 sentyabr 2025-ci il tarixdə X15 Aeroportunda işdə olan zaman J012 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı X11 1 saylı terminalın gəliş zalında gömrük nəzarətinin “Yaşıl Kanal”ı vasitəsilə çıxışa doğru hərəkət edərkən gömrük nəzarətinin “Qırmızı Kanalı”na dəvət olunmuşdur. Emin Abdullah metal dedektordan keçərkən qolundakı saatı çıxararaq kənara qoyması tələb edilmiş, sərnişin saatı kənara qoyduqdan sonra monitordan keçmiş, həmin vaxt onun saatına baxmış və saatın qızıl materialından, həmçinin bahalı brendə məxsus olması şübhəsi yaranmış və sərnişindən həmin saatı kimə məxsus olmasını soruşmuş və əvvəllər həmin saatı gömrük orqanına bəyan edib-etmədiyi ilə maraqlanmışdır. Sərnişin həmin saatın özünə məxsus olduğunu bildirərək bəyan etməkdən imtina etmiş və bildirmişdir ki, əvvəllər də həmin saatı bəyan etməmişdir və buna zərurət də yoxdur. Bu səbəbdən də qeyd olunan saata ətraflı baxış keçirilməsi üçün sərnişin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət olunmaqla hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. X4 təqdim etdiyi saata baxış zamanı müəyyən edilmişdir ki, həmin qol saatı “AUDEMARS PİGUET” brendinə məxsus qol saatıdır, siferblatın kənarları müxtəlif qaşlarla bəzədilmişdir, sferblatın içərisi şəffav şüşədən olmaqla iç mexanizmi görünür, siferblatın kənarları eləcə də bağlama hissəsi sarı rəngli qızılabənzər metaldan hazırlanmışdır. Qeyd olunanlarla bağlı protokol tətrtib olunmuş, lakin X11 protokolu imzalamaqdan imtina etmişdir. Beləliklə Azərbaycan Respublikası vətəndaşı X11 xx.xx.2025-ci il tarixdə sərnişin qismində gömrük sərhədini keçərkən ona məxsus olan 36,178.42 (otuz altı min yüz yütmiş səkkiz manat qırx iki qəpik) manat dəyərində “Audemars Piguet” brendinə məxsus qol saatını gömrük orqanına bəyan etməmişdir. Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən az miqdarda keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin maddənin aid edildiyi qeyd hissədə göstərilmişdir ki, “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. “X8” MMC-nin xx.xx.2025-ci il tarixli 416 №-li rəyinə əsasən X7 məxsus olan 36.178,42 (otuz altı min yüz yütmiş səkkiz manat qırx iki qəpik) manat olmaqla az miqdar təşkil etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən mövcud hallar onu deməyə əsas verir ki, X11 ona aid olan, mütləq bəyan edilməli olan malları bəyan etməmiş, bununla da onun tərəfindən törədilən əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci tərkib əlamətləri vardır. Bünunla, Azərbaycan Respublikası X11 tərəfindən törədilən əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci tərkib əlamətləri olduğuna görə sonuncu barəsində həmin maddə ilə Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində inzibati araşdırma başlanmışdır. Nəticədə Azərbaycan Respublikası X11 tərəfindən törədilmiş əməldə həm gömrük qanunvericiliyində, həm də inzibati qanunvericilikdə təsbit olunmuş inzibati məsuliyyəti müəyyən edən hallar öz təsdiqini tapmış, bu səbəbdən onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində müəyyən olunmuş inzibati xətanın tərkibi yaranmışdır. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 00800/01564 nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, 04 sentyabr 2025-ci il tarixdə J012 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı X11 (AZE C0343062) 1 saylı terminalın gəliş zalında gömrük nəzarətinin “Yaşıl Kanal”ı vasitəsilə çıxışa doğru hərəkət edərkən gömrük nəzarətinin “Qırmızı Kanalı”na dəvət olunmuş, sərnişin metal dedektordan keçərkən qolundakı saatı çıxararaq kənara qoyması tələb edilmiş, həmin saatın qızıl materialından və bahalı brendə məxsus olması şübhəsi yarandığından saata ətraflı baxış keçirilməsi üçün sərnişin, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət olunmaqla baxış keçirilmiş və baxış zamanı X4 gömrük orqanına bəyan etmədiyi “AUDEMARS PİGUET” brendinə məxsus qol saatı araşdırma zərurəti ilə əlaqədar olaraq götürülmüşdür. Bundan əlavə X7 məxsus “X22” markalı əl çantasına baxış zamanı, həmçinin üzərində keçirilmiş şəxsi yoxlama zamanı əlavə olaraq hər hansı bir hüquqpozma predmeti aşkar edilməmişdir. Aparılan araşdırma ilə əlaqədar xx.xx.2025-ci il tarixdə “kompleks məhkəmə texniki və fiziki-kimyəvi ekspertizası” təyin edilmiş və qərar icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 6/3037-9/4244 nömrəli ekspert rəyinə əsasən: tədqiqata təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan qolbağı və korpusu, içərisində “Audemars Piguet” yazısı, alt tərəfində “Poyal Cak, №**********” və “Au750” yazıları və üzərində müxtəlif rəngli qaşları olan qol saatı üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, qaşları qiymətli qaşlara aid deyil, sferbladı leyko-sapfirdir, ümumi çəkisi 227.65 qramdır. Qeyd olunan ‘Audemars Piguet” brendinə məxsus qol saatının orijinal olub-olmadığını və buna əsasən qiymətinin müəyyən edilməsi üzrə mütəxəssis rəyinin verilməsi üçün xx.xx.2025-ci il tarixdə müvafiq qərar qəbul edilmiş və ekspertizanın aparılması "X8” MMC-yə həvalə edilmişdir. “X8” MMC-nin xx.xx.2025-ci il tarixli 416 №-li rəyinə əsasən: təqdim edilən Audemars'Piguet” brendinə məxsus qol saatının orijinal olmadığı müəyyən edilməklə, xx.xx.2025-ci il tarixinə ölkədaxili orta bazar qiyməti - 36.178,42 (otuz altı min yüz yütmiş səkkiz manat qırx iki qəpik) manat olduğu qeyd edilmişdir. Araşdırma zamanı Azərbaycan Respublikası vətəndaşı X11 izahat verməkdən imtina etmişdir. İzahatı alınmış Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsinə təhkim olunmuş, “Azərterminalkompleks” Birliyi Gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin Gömrük işinə yardım şöbəsinin kiçik mütəxəssisi Hacı X12 bildirmişdir ki, 04 sentyabr 2025-ci il tarixdə X15 Aeroportunda işdə olan zaman J012 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı X11 1 saylı terminalın gəliş zalında gömrük nəzarətinin “Yaşıl Kanal”ı vasitəsilə çıxışa doğru hərəkət edərkən gömrük nəzarətinin “Qırmızı Kanalı”na dəvət olunmuşdur. Emin Abdullah metal dedektordan keçərkən qolundakı saatı çıxararaq kənara qoymasını tələb etmiş, sərnişin saatı kənara qoyduqdan sonra monitordan keçmiş, həmin vaxt onun saatına baxmış və saatın qızıl materialından, həmçinin bahalı brendə məxsus olması şübhəsi yaranmış və sərnişindən həmin saatı kimə məxsus olmasını soruşmuş və əvvəllər həmin saatı gömrük orqanına bəyan edib-etmədiyi ilə maraqlanmışdır. Sərnişin həmin saatın özünə məxsus olduğunu bildirərək bəyan etməkdən imtina etmiş və bildirmişdir ki, əvvəllər də həmin saatı bəyan etməmişdir və buna zərurətdə yoxdur. Bu səbəbdən də qeyd olunan saata ətraflı baxış keçirilməsi üçün sərnişin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət olunmaqla hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. X4 təqdim etdiyi saata - baxış zamanı müəyyən edildi ki, həmin qol saatı “AUDEMARS PİGUET” brendinə məxsus qol saatıdır, siferblatın kənarları müxtəlif qaşlarla bəzədilmişdir, sferblatın içərisi şəffav şüşədən olmaqla iç mexanizmi görünür, siferblatın kənarları eləcə də bağlama hissəsi sarı rəngli qızılabənzər metaldan hazırlanmışdır. Qeyd olunanlarla bağlı protokol tətrtib olunmuş, lakin X11 protokolu imzalamaqdan imtina etmişdir. Beləliklə Azərbaycan Respublikası vətəndaşı X11 xx.xx.2025-ci il tarixdə sərnişin qismində gömrük sərhədini keçərkən ona məxsus olan 36,178.42 (otuz altı min yüz yütmiş səkkiz manat qırx iki qəpik) manat dəyərində “Audemars Piguet” brendinə məxsus qol saatını gömrük orqanına bəyan etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən az miqdarda keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin maddənin aid edildiyi qeyd hissədə göstərilmişdir ki, “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. “X8” MMC-nin xx.xx.2025-ci il tarixli 416 №-li rəyinə əsasən X7 məxsus olan 36.178,42 (otuz altı min yüz yütmiş səkkiz manat qırx iki qəpik) manat olmaqla az miqdar təşkil etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən mövcud hallar onu deməyə əsas verir ki, X11 ona aid olan, mütləq bəyan edilməli olan malları bəyan etməmiş, bununla da onun tərəfindən törədilən əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci tərkib əlamətləri vardır. Azərbaycan Respublikası vətəndaşı X11 barəsində olan iş üzrə “X8” MMC-nin xx.xx.2025-ci il tarixli 416 №-li rəyinə əsasən dəyəri 36.178,42 (otuz altı min yüz yütmiş səkkiz manat qırx iki qəpik) manat təşkil edən “Audemars Piguet” brendinə məxsus qol saatına münasibətdə o, Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və inzibati xətanın bilavasitə obyekti olmuş malın dəyərinin 40 (qırx) % miqdarında, yəni 14.471,36 (on dörd min dörd yüz yetmiş bir manat otuz altı qəpik) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qeyd olunan mallar gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra X7 qaytarılması qərara alınmışdır. - Videodiskdə olan görüntüdən müəyyən olunur ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı X11 1 saylı terminalın gəliş zalında gömrük nəzarətinin “Yaşıl Kanal”ı vasitəsilə çıxışa doğru hərəkət edərkən gömrük nəzarətinin “Qırmızı Kanalı”na dəvət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının 7.1-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 231.1, 469.3 (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sərhəd sığorta müqaviləsinə və Azərbaycan Yaşıl Kartı növünə münasibətdə), 479 (Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq), 480 – 482, 483 – 505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Komitənin sədri, onun müavinləri, X1-İstintaq Baş İdarəsinin rəisi, onun müavinləri, ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin, gömrük idarələrinin və gömrük postlarının rəisləri və onların müavinləri baxmaq səlahiyyətinə malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər: 2.1.10. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz. Şikayətə baxılması ilə bağlı müəyyən edilmiş halları nəzərə alaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 6/3037-9/4244 nömrəli ekspert rəyinə əsasən: tədqiqata təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan qolbağı və korpusu, içərisində “Audemars Piguet” yazısı, alt tərəfində “Poyal Cak, №**********” və “Au750” yazıları və üzərində müxtəlif rəngli qaşları olan qol saatı - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, qaşları qiymətli qaşlara aid deyil, sferbladı leyko-sapfirdir, ümumi çəkisi 227.65 qramdır. “X8” MMC-nin xx.xx.2025-ci il tarixli 416 №-li rəyinə əsasən: təqdim edilən Audemars'Piguet” brendinə məxsus qol saatının orijinal olmadığı müəyyən edilməklə, xx.xx.2025-ci il tarixinə ölkədaxili orta bazar qiyməti - 36.178,42 (otuz altı min yüz yütmiş səkkiz manat qırx iki qəpik) manat olduğu qeyd edilmişdir. Göründüyü kimi, “Audemars Piguet” yazısı, alt tərəfində “Poyal Cak, №**********” və “Au750” yazıları və üzərində müxtəlif rəngli qaşları olan qol saatının ümumi çəkisi 227.65 qramdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən az miqdarda keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin maddənin aid edildiyi qeyd hissədə göstərilmişdir ki, “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. “X8” MMC-nin xx.xx.2025-ci il tarixli 416 №-li rəyinə əsasən X7 məxsus olan 36.178,42 (otuz altı min yüz yütmiş səkkiz manat qırx iki qəpik) manat olmaqla az miqdar təşkil etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən mövcud hallar onu deməyə əsas verir ki, X11 ona aid olan, mütləq bəyan edilməli olan malı bəyan etməmiş, bununla da onun tərəfindən törədilən əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci tərkib əlamətləri vardır. Qeyd olunanlarla bağlı məhkəmə nəzərə çatdırır ki, X9 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində məyyən olunmuş inzibati xəta törədildiyindən barəsində əsaslı olaraq xx.xx.2025-ci il tarixli 00800/01564 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru X10 tərəfindən xx.xx.2025-ci il tarixli, 00800/01564 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 00800/01564 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 00800/01564 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 00800/01564 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar