Məhkəmə qərarları › İş №3(003)-2671/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2671/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2671/2025 16.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, «X3 X2 Sanayi İç ve Dış Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxs «X3 X2 Sanayi İç ve Dış Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı barəsində İXM-nin 485.2-ci maddəsi ilə EP ******* saylı 19 noyabr 2025-ci il tarixli 00100- 03536/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış «X3 X2 Sanayi İç ve Dış Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı və Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, İXM-nin 64.3-cü maddəsinə əsasən işə «X3 X2 Sanayi İç ve Dış Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialının və Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilən 19 noyabr 2025-ci il tarixli 00100-03536/25 saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "X3 X2 Sanayi İç ve Dış Ticaret Anonim Şirketi'nin Azərbaycan Republikasındakı filialı (VÖEN: **********) ünvanına 61AAF540/61BN250 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə gətirilən, Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********2011 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallara dair qısa idxal bəyannaməsi, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələbləri pozularaq gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, BBGİ-nin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33- 1100/012/037315 nömrəli raporta əsasən olan "X3 X2 Sanayi İç ve Dış Ticaret Anonim Şirketi"nin Azərbaycan Republikasındakı Filialı ünvanına 61AAF540/61BN250 nömrəli nəqliyyat vasitəsi ilə ərazisinə daxil olmuş yüklər üçün, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" informasiya resursundan "malın çatdırılması və boşaldılması"-na dair çıxarışdan görünür ki, 61AAF540/61BN250 nömrəli nəqliyyat vasitəsi ilə "X3 X2 Sanayi İç ve Dış Ticaret Anonim Şirketi"nin Azərbaycan Republikasındakı Filialı ünvanına göndərilən mallar xx.xx.2025-ci il tarixdə saat 11:50 radələrində Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş, lakin həmin mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”na dair çıxarışdan görünür ki, **-ZA-*** nömrəli nəqliyyat vasitəsilə «X3 X2 Sanayi İç ve Dış Ticaret Anonim Şirketi» MMC-nin Azərbaycan Respublikasındakı filialının ünvanına göndərilən mallar xx.xx.2025ci il tarixdə saat 18:48 radələrində Qırmızı Körpü gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş və mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli **********2011 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, mallar 61AAF540/61BN250 nömrəli nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, «X3 X2 Sanayi İç ve Dış Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərini pozaraq gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, «X3 X2 Sanayi İç ve Dış Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. İXM-nin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Tədqiq edilmiş sənədlərlə «X3 X2 Sanayi İç ve Dış Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialının ünvanına göndərilmiş “bəzək üçün dekorativ ağac və kol” yükünün Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********2011 saylı gömrük bəyannaməsi ilə bəyan edilməsi, lakin qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməməsi sübuta yetirildiyindən məhkəmə hesab edir ki, «X3 X2 Sanayi İç ve Dış Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: «X3 X2 Sanayi İç ve Dış Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar