Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2675/2023 09.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə inspektoru, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cü il tarixdə Qazax rayonunun Köçəsgər kəndinə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, ünvan 1i ünvanında qeydiyyatda olan, ünvan 2də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə inspektoru, polis mayoru X5 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X5 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs barəsində anası 102 xidmətinə zəng vuraraq döyüldüyü bildirdiyindən polis əməkdaşları onun yaşadığı ünvana getmişlər. Polis əməkdaşları Şəxs ilə evdən küçəyə çıxan zaman rastlaşmışlar. Bundan sonra özlərini təqdim etmişlər və onun barəsində şikayət olduğundan bu halın aydınlaşdırılması üçün polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Şəxs, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, polis şöbəsinə gəlməkdən imtina etmiş və onlara qarşı təhqiredici ifadələr işlətmişdir. Bundan sonra polis əməkdaşları onu avtomobilə əylşdirərək polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olan zaman Şəxs yenə də öz hərəkətlərini davam etdirmiş, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq onların göstərişlərini yerinə yetirməyək əlində olan özünə məxsus telefonu yerə çırparaq sındırmış və polis əməkdaşlarını söyməkdə davam etmişdir. Daha sonra o sərxoşluqla bağlı müayinədən keçirilmişdir. Hazırda Şəxs barəsində qanuna müvafiq qaydada inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11:00-12:00 radələrində anası ilə birlikdə yaşadığı Buzovna qsəbəsində yerləşən evdə spirtli içki içmişdir. Daha sonra həyətin çirkli olmasını görüb, anasından təmizlik işlərinin görməsini xahiş etmişdir. Bundan sonra anası onun barəsində 102 xidmətinə zəng vurmuşdur. Daha sona o, evdən çölə çıxan zaman polis əməkdaşları ilə rastlaşmışdır. O, polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Avtomobilə əyləşib polis şöbəsinə gəlmişdir. Sərxoş olması səbəbindən ola bilsin ki, polis əməkdaşlarının ünvanına söyüş söymüş və ya hansısa artıq hərəkətə yol vermişdir. Lakin, sərxoş olduğu üçün baş verənləri dəqiq xatırlamır. Polis şöbəsində onun əlində olan qandal sıxdığından polis əməkdaşlarından qandalı yumşatmalarını xahiş etmiş, onlar isə imtina etdiyindən otağın qapısını ayağı ilə vurmuş, əsəbləşərək telefonunu sındırmış və polis əməkdaşlarına qarşı söyüş söymüşdür. Hazırda əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili polis kapitanı X3 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə 102 xidmətində döyülmə ilə bağlı daxil olmuş məlumat əsasında bildirilən Buzovna qəsəbəsində yerləşən ünvana yollanmışlar. Ünvana çatanda Şəxs qapıdan küçəyə çıxan görmüşlər və ona yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində şikayətin oluğunu bildirərək araşdırma aprılması ilə bağlı onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Şəxs onlarla getməkdən imtina etmiş, onlara qarşı söyüş söyərək ictimai qaydanı pozmuş, onu intizama dəvət etmələrinə baxmayaraq hərəkətlərinə davam etmiş, hətta qaçmağa cəhd göstərmişdir. Bundan sonra məcbur qalıb onu polis patrul avtomobilinə əyləşdirərək 2-ci Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olan zaman Şəxs yenə də tabesizlik göstərməyə davam etmiş, əlində olan özünə məxsus mobil telefonu yerə çırparaq sındırmış və polis əməkdaşlarının göstərişlərinə tabe olmayaraq onlara qarşı söyüş söyməyə davam etmişdir. Məhkəmə, proses iştirakılarını izahatlarını, şahid ifadələrini dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan: - MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023cü il tarixdə Buzovna qəsəbəsində polis əməkdaşlarına qarşı qəsdən tabesizlik göstərmiş və bu səbəbdən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir. - MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokolun aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. - Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şamxal İsmayılovun raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə əməliyyat qrupunda olan zaman, NH-dən X4 DİN-nin 102 xidmətinə müraciət edərək oğlu Şəxs Nazım oğlu tərəfindən döyüldüyünü barədə məlumat verilmişdir. Bununla bağlı onlar dərhal qeyd olunan ünvana yaxınlaşmışlar. Ünvana çatan zaman Şəxs onlar görüb oradan qaçmaq istəmişdir. Ona yaxınlaşıb özlərini təqdim edib, onu 2-ci PŞ-nə dəvət etmişlər. Rövşən onlaın qanuni tələblərinizə tabe olmuyaraq nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Onu xidməti xidməti avtomaşına əyləşdirərək PŞ-nə gətirmişlər. PŞ-nə daxil olan zaman o, əlindəki mobil telefonu yerə çırparaq, ucadan söyüş söyərək xidməti fəaliyyətlərinə mane olmuşdur. Dəfələrlə onu intizama dəvət etmələrinə baxmayaraq o, öz əməllərinə davam etmişdir. -sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2023-cü il tarixli, 1/5135 nömrəli protokoldan görünür ki, Şəxs Nazım oğlunda orta dərəcədə alkoqol sərxoşluğu müəyyən edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-920/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 20 gün müddətinə inzibati həbs edilməsi, inzibati həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 12:00-dan hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.” Həmin Qanunun 3.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşının qanuni tələblərinə tabe olmaması halı, məhkəmə iclasında verilmiş izahatlarla və iş materialları ilə öz əksini tapmışdır. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, anasının onun tərəfindən döyülməsi ilə bağlı müraciəti əsasında yaşadığı Buzovna qəsəbəsində yerləşən evin qarşısında ictimai qaydanın mühafizə vəziflərini icra etmək üçün onun yaşadığı ünvana gedən və onu ictimai qaydaya riayət etməyə dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı pozmaqda davam etmiş, polis əməkdaşlarının ünvanına təhqiredici ifadələr işlədərək araşdırma ilə bağlı polis şöbəsinə gəlməkdən imtina etmiş, daha sonra isə polis şöbəsində olan zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bununla da müəyyən olunur ki, o ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu hal onun izahatı, iş üzrə dindirilmiş şahid ifadəsi və iş materialları təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən müəyyən edilməmişdir. Məhkəmə, polis əməkdaşlarının hüquqazidd hərəkəti dayandırmağı tələb etmələrinə baxmayaraq, bu hərəkətin davam etdirməsini, eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi, inzibati xətanı sərxoş halda törətməsi hallarını Şəxs məsuliyyətini ağırlaşdıran hallar kimi hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini ağırlaşdırılan halların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 25 (iyirmi beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X6 X1 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-2675/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2675/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver