Məhkəmə qərarları › İş №3(003)-2676/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2676/2023

09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2676/2023 09.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1, Tələbkar Mahmudova (Abasova) Rəxşəndə Əmikişi qızının, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Qusar rayonunun Əcəxur-Oba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, subay, Qusar rayonu, Əcəxur ərazi dairəsi, Əcəxuroba kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni yaşayış massivində yaşayan Şəxs Haqqında Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş 09 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-3144/2022 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən 1 uşağın saxlanması üçün hər ay 194 manat sabit pul məbləğində alimenti Mahmudova (Abasova) Rəxşəndə Əmikişi qızına ödəməyərək xx.xx.2012-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3144/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə cavabdeh Şəxs iddiaçı Mahmudova (Abasova) Rəxşəndə Əmikişi qızının xeyrinə 27 iyul 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin, habelə 27 iyul 2020-ci il təvəllüdlü X2 3 yaşı tamam olana kimi hər ay 30 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlinin 04 may 2022-ci il tarixdən hesablanması qət edilmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixdə aidiyyati üzrə Bakı Şəhəri Xəzər Rayon İcra şöbəsinə gəndərilmişdir. Borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Şəxs bu günə olan aliment borcu 2251 manat təşkil edir. Tələbkar borcun tam olaraq ödənilməsini tələb edir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, pulu olmadığı üçün alimenti ödəyə bilməmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Mahmudova (Abasova) Rəxşəndə Əmikişi qızı göstərdi ki, borclu tərəfindən aliment məbləği ödənilməmişdir. O, hazırda alimentin ödənilməsini tələb edir. Əks halda, borclu Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses tərəflərini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 2(012)-3144/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs iddiaçı Mahmudova (Abasova) Rəxşəndə Əmikişi qızının xeyrinə 27 iyul 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin, habelə 27 iyul 2020-ci il təvəllüdlü X2 3 yaşı tamam olana kimi hər ay 30 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlinin 04 may 2022-ci il tarixdən hesablanması qət edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində məcburi gətirilmə qərarı qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115-117, 128-130 maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 09 oktyabr 2023-cü il tarixdən, saat 17:00-dan hesab edilsin. Qərarın icrası Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar