Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2684/2023 11.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxslər X1 və X5 iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X10 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 10 oktyabr 2023-cü il tarixli protokollar tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında potokol tərtib etmiş şəxs Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X10 oğlu bildirmişdir ki, X4 və X5 Şəxs barəsində şikayətləri daxil olmuş və həmin şikayətin araşdırılması zamanı Şəxs əvvəllər tanıdığı X2 xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanın yaxınlığında olan küçədə narahat etdiyi, ictimai yerdə kobud ictimai qayda pozuntusu törətdiyinə görə barəsində inzibati tədbir görülməsi qərara alınmış və toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlarla bağlı tərəfindən protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Aytənlə 2018-ci ildə “Facebook” sosial şəbəkədə tanış olmuş və aralarında dost kimi münasibətləri yaranmışdır. Çay içməyə, yemək yeməyə getmişlər və aralarında isti münasibətlər olmuşdur, əsasən telefon vasitəsilə ünsiyyət etmişlər. Bir müddət sonra onları gördüklərinə Aytən ona yazmamağı, zəng etməməyini bildirmişdir. O da həyatında kiminsə olduğunu soruşmuş, Aytən həyatında heç kim olmadığını bildirmişdir. O isə yalnız onunla münasibətinin pozulmamasını istəmişdir. Onunla görüşüb, bunun səbibini bilmək istəmişdir. Onlar görüşmüşlər, sonra telefonunu blokdan çıxarmış, münasibətləri düzəlmişdir. Sonra yenə də münasibətləri gərginləşmişdir. Onun fikri bu gərginliyi aradan qaldırmaq və səbəbini araşdırmaq olmuşdur. Başqa fikri olmamış, problemi aradan qaldırmaq istəmişdir. xx.xx.2023-cü il tarixdə Aytən rəfiqələri Arifə və Elmira ilə onlara gəlmişlər. O, oğlu və arvadı evdə olmuşdur. Arifə ilə Elmira onlarla mübahisə etmişlər. Ondan əvvəl Aytənlə günorta vaxtı görüşmüşlər, lakin həmin zamanı aralarında heç nə olmamışdır. Belə ki, küçədə Aytəni maşında görmüş və ona yaxınlaşmışdır. Lakin avtomobildə oğlunu gördüyündən oradan uzaqlaşmışdır. Aytən rəfiqələri ilə yaşadığı evə gəlib mübahisə yaratdığına görə sonuncudan bunun səbəbini öyrənmək üçün yaşadığı evə getmiş, lakin Aytənin oğlunun evdə olduğunu gördüyü üçün çıxıb getmişdir. Həmin gün təxminən saat 23:00-da Aytən ona zəng etmiş və görüşmək istəməsini bildirmişdir. Bundan sonra o, taksi ilə Aytənlə görüşmək üçün Türkan qəsəbəsində dəniz sahilinə gəlmişdir. Aytən oraya öz avtomobili ilə gəlmiş, avtomobildən düşərək onunla söhbət etməyə başlamış, lakin o, həmin zaman Aytənin avtomobilində daha bir nəfərin, ola bilsin ki, Elmiranın olmasını zənn etmiş, həmin vaxt Aytənlə arasında heç bir münaqişə, dava dalaş baş verməmiş, Aytənlə söhbətə başladığı vaxtdan bir neçə dəqiqə sonra post patrul maşını gəlmiş, həmin maşında 3 nəfər polis əməkdaşı olmuşdur. Ondan nə baş verdiyini soruşmuşlar, o isə söhbət etdiklərini bildirmişdir. Polis əməkdaşları isə bu barədə araşdırılma aparılması üçün onu bölməyə dəvət etmişlər. O, isə hansı səbəbə görə polis bölməsinə dəvət olunmasını polis əməkdaşlarından soruşan zaman, polis əməkdaşları şöbədə bilərsən deyib onun zorla post patrul avtomobilinə əyləşdirərək polis bölməsinə aparmışlar. Yəni həmin vaxt polis əməkdaşlarına qarşı hər hansı bir tabesizlik etməmişdir. xx.xx.2023-cü il tarixdə isə onunla Aytən arasında heç bir hadisə baş verməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində izahatı alınmış X4 bildirmişdir ki, 2018-ci ildən Elçinlə tanışdir və aralarında dostluq münasibətləri olmuşdur. Sonradan ona nalayiq təkliflər ediyinə görə ondan ayrılmışdır. Ona etdiyi şantajları, səs yazıları telefonunda olmuş, lakin silinmişdir. Onun dost-tanışlarına pul təklif etmiş, aralarını düzətlmək üçün kömək etmələrini xahiş etmişdir. Onu şantaj etmişdir ki, görüşə gəlməsə oğluna əxlaqsız olduğunu deyəcəkdir. Hara getmiş, Elçin oraya gəlmişdir. Evinə, iş yerinə gəlmişdir. O dəfərlərlə bu barədə polisə şikayət etmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evin qarşısında Elçin onu narahat edib təhqir etmiş, həmçinin üzərinə hücum çəkərək döymək istəmişdir. Həmin vaxtı rəfiqəsi Elmira da orada olmuş və baş verən hadisəninin lelefon vasitəsi ilə videosunu çəkmişdir. Bunda görə də 28 avqust 2023-cü il tarixdə ərizə ilə polisə şikayət etmişdir. xx.xx.2023-cü il tarixdə işi ilə əlaqədar getməli yer olduğundan oğlu ilə görüşmüş, lakin işi alınmadığından getməmişdir. Bu zaman avtomobildə əyləşmişlər. Elçin onların əyləşdikləri avtomobilin yanında öz avtomobilini saxlayaraq yerə düşüb onların yanına gəlmiş və əyləşdikləri avtomobilin şüşəsini döymüşdür. Təxminən saat 14:00 olmuşdur. O, danışmaq üçün avtomobildən çıxmış, lakin Elçin söhbət etmədən çıxıb getmişdir. Oğlu maşından düşmək istəmiş, lakin qoymamışdır. Həmin zaman oğlu Elçinə demişdir ki, avtomobilə otursun və onunla söhbət etsin. Bu barədə onun ailəsinə bildirmək üçün həmin gün Arifə ilə Elçingilə getmişdir. Onları Elçinin arvadı qarşılamış və ona ərinin onu narahat etdiyini demişdir. Onlardan qayıtdıqdan sonra Elçin onun yaşadığı evə gəlmiş və onu oğlu görmüş, küçəyə çıxdıqda Elçinin artıq çıxıb getdiyini görmüşdür. Bundan sonra Xəzər rayon polis şöbəsində sahə rəisi işləyən Eldəniz adlı tanışına zəng vurub bu barədə ona məlumat vermiş, sahə rəisi ona Elçinlə görüşməsini və həmin yerdən onlara “məkan” atmasını bildirmiş, bundan sonra Elçinə zəng vuraraq görüşmələrini bildirmiş, Elçinlə danışdıqdan sonra avtomobili ilə rəfiqələri Arifə və Elmiranı da götürüb yaşadığı evdən 2-3 km məsafədə yerləşən dəniz sahilinə getmiş, ora çatan zaman oradan sahə rəisinə “məkan” ataraq olduqları yeri bildirmişdir. Elçin də taksi ilə ora gəlmişdir. O, avtomobilindən düşüb Elçinlə söhbət etməyə başlamış, rəfiqələri isə avtomobildə qalmışlar. Onlar sözlü mübahisə edən zaman polis əməkdaşları oraya gələrək Elçinə maşına əyləşməyi təklif etmişlər. Elçin hansı səbəb görə onlarla getməli olduğunu polis əməkdaşlarına bildirib etiraz edən zaman, polis əməkdaşları Elçini zorla post patrul avtomobilinə mindirərək polis şöbəsinə aparmışlar. O da rəfiqələri ilə öz şəxsi avtomobili ilə polis şöbəsinə getmişdir. xx.xx.2023-cü il tarixdə isə Elçinlə arasında hər hansı bir hadisənin olmasını hazırda xatırlamır. Hazırda Elçin barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində izahatı alınmış X8 izahatında bildirdi ki, 3-4 ay olar ki, Elçin ona hər gün zəng vurur və Aytəni sevdiyi, aralarını düzəltməyini bildirir. Onlar Aytənlə hara gedirlərsə Elçin ora gəlir, təhqir edir, yalvarır və mübahisə edir. 28 avqust 2023-cü il tarixdə olan hadisəni görməmişdir. Həmin ilin oktyabr ayının 9-da da hər hansı bir hadisənin şahidi olmamışdır. xx.xx.2023-cü il tarixdə Aytən ona zəng edərək Elçinin yenə onu narahat etdiyini, oğlunun pis vəziyyətdə olduğunu, onunla danışmadığını bildirmişdir. Bundan sonra onlar Elçinin evinə getmişlər ki, bu barədə onun ailəsinə desinlər. Onların evində olan zaman Elçin gəlmiş və onları təhqir etmişdir. Onlar evə qayıtdıqdan bir müddət sonra Elçinin hasardan boylandığını görmüşlər. Bundan sonra Aytən Elçinə zəng vuraraq dəniz qırağında görüşmələrini bildirmişdir. Dəniz qırağında olan zaman o, maşında olmuşdur. Aytən yerə düşərək Elçinlə söhbət etmişdir. Bir qədər sonra oraya polislər gəlmişlər. O, avtomildə olduğu üçün polislərlə Elçinin nə danışdığını eşitməmişdir. Az sonra polislər Elçini zorla post patrul avtomobilinə əyləşdirərək polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə Aytənlə onun evinə daxil olanda Elçin maşını arxalarınca sürmüş, onların olduqları maşını saxlatdırmış və Aytəni çağırmışdır. O, həmin hadisənin videosunu da çəkmişdir. Elçin Aytənə onun əxlaqsız olması barədə oğluna söyləyəcəyini bildirmişdir. Polis çağırmışlar və Elçin qaçıb çıxıb getmişdir. Həmin zaman Aytəni pis sözlərlə təhqir etmişdir, xx.xx.2023-cü il tarixdə isə hər hansı bir hadisənin şahidi olmamışdır. xx.xx.2023cü il tarixdə Aytən zəng edərək Elçinin yenə onu narahat etdiyini, oğlunun pis vəziyyətdə olduğunu, onunla danışmadığını bildirmişdir. Bundan sonra o, Aytən və digər rəfiqəsi olan Arifə ilə Elçinin evinə getmişlər. Onların evində olan zaman Elçin gəlmiş və onları təhqir etmişdir. Onlar evə qayıtdıqdan bir müddət sonra Elçinin hasardan boylandığını görmüşlər. Bundan sonra Aytən Elçinə zəng vuraraq dəniz qırağında görüşmələrini bildirmişdir. Dəniz qırağında olan zaman o, Arifə ilə maşında olmuşdur. Aytən yerə düşərək Elçinlə söhbət etmişdir. Bir qədər sonra oraya polislər gəlmişlər. O, avtomildə olduğu üçün polislərlə Elçinin nə danışdığını eşitməmişdir. Az sonra polislər Elçini zorla post patrul avtomobilinə əyləşdirərək polis şöbəsinə aparmışlar. Məhkəmə proses iştirakılarını, şahid ifadələrini dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Aytən Qasımovaya və Arifə Cəfərovaya qarşı Türkan qəsəbəsi ərazisində xırda xuliqanlıq etmiş və bu səbəbdən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir. -xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023cü il tarixdə Türkan qəsəbəsi ərazisində PPX naryadının əməkdaşlarına qarşı tabesizlik etmiş və bu səbəbdən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir. - MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokolların aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati icraatın açılması, eyni zamanda tərəflərin “münaqişəli ailə” kimi qeydiyyata götürülməsi üçün qərarın ərazi aidiyyəti üzrə xidmət aparan sahə inspektoruna həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Şəxs əvvəllər tanıdığı X2 dəfələrlə yaşadığı ünvanın yaxınlığında olan küçədə və s. yerlərdə narahat etdiyi, yəni ictimai yerdə kobud ictimai qayda pozuntusu törətdiyinə görə barəsində inzibati tədbir görülməsi zərurəti yaranmışdır. -AZA seriyalı 016942 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:10-da inzibati qaydada tutulmuşdur. -Xəzə RPİ-nin PPXB-nün polis nəfərləri R.Nağıyevin, Z.Əsgərovun, V.Yusiflinin raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə Türkan qəsəbəsində xidmət aparan zaman yolun kənarında bir nəfər şəxsin qadınla mübahisə etdiyini görmüşlər və onlara yaxınlaşmışlar. Həmin şəxs onların qanuni tələblərinə tabe olmadığı üçün onu 1-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddənin tərkibini yaradır. İşin məhkəmə araşdırılması zamanı xx.xx.2023-cü il tarixdə Şəxs tərəfindən Türkan qəsəbəsində Aytən Qasımovaya və Arifə Cəfərovaya qarşı xırda xuliqanlıq hərəkətlərinin törədilməsi öz təsdiqini tapmamışdır. Belə ki, iş materialarından, həmçinin proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarından, şahid ifadələrindən xx.xx.2023-cü il tarixdə Şəxs tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində Aytən Qasımovaya və Arifəyə Cəfərovaya qarşı xırda xuliqanlıq hərəkətlərinin törədilməsi müəyyən olunmur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dispozisiyasına əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddənin tərkibini yaradır. Məhkəmə iş materiallarında olan sənədlərə, və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Türkan qəsəbəsində PPX naryadının əməkdaşlarına qarşı tabesizlik etmişdir. Bu hal isə işin araşdırılmış hallarından müəyyən olunmur. İşin məhkəmə iclasında araşdırılmış hallarından və tədqiq edilmiş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Xəzər rayon polis idarəsinin PPXB-nün polis nəfərləri xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə X1 olduğu yerə gələrək Şəxs onlarla polis şöbəsinə getməli olduğunu bildirdikdə sonuncu bunun səbəbini onlardan soruşub etiraz edən zaman zorla Şəxs post patrul avtomobilinə mindirərək polis şöbəsinə aparmışlar. Polis əməkdaşları raportda Şəxs onların qanuni tələblərinə tabe olmadığı üçün sonuncunu polis şöbəsinə dəvət etdiklərini bildirsələr də, onların qanuni tələblərinin nədən ibarət olduğunu, Şəxs həmin qanuni tələblərə tabe olmamasının özünü nədə göstərdiyini göstərməmişlər. Həmçinin işin məhkəmə araşdırması zamanı müəyyən edimişdir ki, Şəxs polis əməkdaşlarının hər hansı bir qanuni tələbinə tabesizlik göstərməmiş, polis əməkdaşları tərəfindən ümumiyyətlə ona qarşı hər hansı bir qanuni tələb irəli sürülməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.” Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Şəxs, dərhal məhkəmə iclas zalından azad olunsun. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-2684/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2684/2023
11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver