Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-270/2022 16.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Naxçıvan MR, Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X17 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 16 fevral 2022-ci il tarixli, MN ******* saylı; 16 fevral 2022-ci il tarixli, MN ******* saylı; 16 fevral 2022-ci il tarixli, MN ******* saylı; 16 fevral 2022-ci il tarixli, MN ******* saylı və 16 fevral 2022-ci il tarixli, MN ******* saylı protokollar tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X17 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək bildirmişdir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs 17 dekabr 2021-ci il tarixdə “Lalafo.az” saytı vasitəsilə “Poco” markalı mobil telefonu zərərçəkmiş şəxs X1 məqsədi ilə zərərçəkmiş şəxsdən ödəmə terminalı vasitəsilə 170 manat məbləğində pul almış və nəticədə ona qarşı dələduzluq etmişdir. Xəzər RPİ 3-cü PŞ-nin təhqiqatçısı Namiq Binnətovun 23 dekabr 2021-ci il tarixli qərarı ilə X6 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru Nicat Əsədzadənin 24 dekabr 2021-ci il tarixli qərarı ilə X7 qarşı törədilmiş xırda talama hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati icraat açılmışdır. Daha sonra Şəxs 18 dekabr 2021-ci tarixdə zərərçəkmiş şəxs X3 onu işə düzəltmək məqsədi ilə ödəmə terminalı vasitəsilə 30 manat məbləğində pul almış və nəticədə ona qarşı dələduzluq etmişdir. Xəzər RPİ 3-cü PŞ-nin təhqiqatçısı Səfa Usubovun 30 dekabr 2021-ci il tarixli qərarı ilə X4 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru Fərid Hüseynlinin 05 yanvar 2022-ci il tarixli qərarı ilə X5 qarşı törədilmiş xırda talama hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati icraat açılmışdır. Daha sonra Şəxs 14 yanvar 2022-ci tarixdə zərərçəkmiş şəxs X8 onu işə düzəltmək məqsədi ilə ödəmə terminalı vasitəsilə 58 manat məbləğində pul almış və nəticədə ona qarşı dələduzluq etmişdir. Xəzər RPİ 3-cü PŞ-nin təhqiqatçısı Nihad Mustafayevin 28 yanvar 2022-ci il tarixli qərarı ilə X10 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru Sübhan Cəbiyevin 28 yanvar 2022-ci il tarixli qərarı ilə X13 qarşı törədilmiş xırda talama hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati icraat açılmışdır. Daha sonra Şəxs 15 yanvar 2022-ci tarixdə zərərçəkmiş şəxs X11 onu ciddi evlilik saytında qeydiyyatdan keçirmək məqsədi ilə ödəmə terminalı vasitəsilə 58 manat məbləğində pul almış və nəticədə ona qarşı dələduzluq etmişdir. Xəzər RPİ 3-cü PŞ-nin təhqiqatçısı Rəhman Məmmədovun 31 yanvar 2022-ci il tarixli qərarı ilə X14 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Daha sonra Şəxs 04 fevral 2022-ci il tarixdə “Lalafo.az” saytı vasitəsilə 5 ədəd qapını zərərçəkmiş şəxs X2 məqsədi ilə zərərçəkmiş şəxsdən ödəmə terminalı vasitəsilə 100 manat məbləğində pul almış və nəticədə ona qarşı dələduzluq etmişdir. Xəzər RPİ 3-cü PŞ-nin təhqiqatçısı Namiq Binnətovun 10 fevral 2022-ci il tarixli qərarı ilə X6 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır.Aparılmış araşdırma zamanı hər beş inzibati xətanın Şəxs tərəfindən törədiidiyi müəyyən edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmədiyini qeyd edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan 23 dekabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X6 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan 30 dekabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X4 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan 28 yanvar 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X10 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan 31 yanvar 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X14 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və və hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan 10 fevral 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X12 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və və hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamadır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmədiyini qeyd etmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslərin şikayəti əsasında toplanmış material üzrə ətraflı araşdırma aparılmamış, yalnız formal əsaslar ilə cinayət işinin başlanılmasının rədd edilməsi və hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Belə ki, iş materiallarından göründüyü kimi zərərçəkmiş şəxslərə qarşı törədilmiş dələduzluq əməlləri birbaşa deyil ödəmə terminalları vasitəsi ilə həyata keçirilmişdir. Zərərçəkmiş şəxslərin polis şöbəsinə ünvanladıqları şikayət ərizələrində pul vəsaitləri köçürdükləri bank hesabları, habelə onlara qarşı dələduzluq əməlini törətmiş şəxsin onlarla əlaqə yaratdığı mobil telefon nömrələri qeyd edilmişdir. Lakin təhqiqatçılar tərəfindən həmin bank hesablarının və mobil telefon nömrələrinin kimə məxsus olması və ya kimin istifadəsində olması barədə ətraflı araşdırma aparılmamışdır. Qeyd edilənlənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta hadisələrinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 16 fevral 2022-ci il tarixli, MN ******* saylı; 16 fevral 2022-ci il tarixli, MN ******* saylı; 16 fevral 2022-ci il tarixli, MN ******* saylı; 16 fevral 2022-ci il tarixli, MN ******* saylı və 16 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş 16 fevral 2022-ci il tarixli, MN ******* saylı; 16 fevral 2022-ci il tarixli, MN ******* saylı; 16 fevral 2022-ci il tarixli, MN ******* saylı; 16 fevral 2022-ci il tarixli, MN ******* saylı və 16 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-270/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-270/2022
16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver