Məhkəmə qərarları › İş №3(003)-2706/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2706/2025

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2706/2025 05.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X11 İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X11 İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, təsadüf nəticəsində E-Polis portalına daxil olduqda inzibati xətanın törədildiyi ünvan “Bakı, Rasim İmanov (Buzovna), За” kimi göstərilən barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP7582282 nömrəli inzibati protokol və həmin protokol əsasında xx.xx.2025-ci il tarixli TP7657142 nömrəli qərar qəbul edildiyini aşkar etmişdir. Həmin portal üzərindən qeyd olunan protokol və həmin protokol əsasında qəbul olunmuş qərardan şikayət etsə də bu günə kimi heç bir münasibət olmamışdır. Eyni zamanda, barəsində tərtib olunmuş protokol əsasında qəbul olunmuş qərar İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələbinə zidd olmaqla onun iştirakı və xəbəri olmadan qəbul edilmiş və ona göndərilməmişdir. Elə ona görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bildirir ki, barəsində tərtib olunan protokolda qeyd olunan Volksvagen İD.6 markalı **-RM-*** dövlət nömrə nişanlı avtomaşın ilə xx.xx.2025-ci il tarixində protokolda inzibati xəta törətməsinə dair iddia olunan ünvan kimi göstərilən “Bakı, Rasim İmanov (Buzovna), За” ünvanında xx.xx.2025-ci il tarixində olmamış və heç bir inzibati xəta tərətməmişdir. Bildirir ki, barəsində tərtib olunmuş protokolda qeyd olunan ünvanda heç vaxt olmamışdır. Hesab edir ki, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP7582282 nömrəli inzibati protokol və həmin protokol əsasında qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7657142 nömrəli qərar qanunvericiliyin normalarının pozulması ilə əsassız olmaqla yanaşı İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələbinə zidd şəkildə onun xəbəri və iştirakı olmadan qəbul olunmuş olduğundan ləğv edilməli və inzibati işə xitam verilməlidir. Bununla əlaqədar onun vəsatətini nəzərə alaraq barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP7582282 nömrəli inzibati protokol əsasında qəbul olunmuş ona məlum olmayan və ona göndərilməsi təmin edilməyən xx.xx.2025-ci il tarixli TP7657142 nömrəli qərarı və protokolda qeyd olunaraq iddia olunan Bakı, Rasim İmanov (Buzovna), За ünvanında inzibati xəta törətməyinə dair sübutların cavabdeh tərəfindən məhkəməyə təqdim olunmasının təmin edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli İXP7582282 nömrəli inzibati protokol əsasında qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7657142 nömrəli qərarı ləğv edərək inzibati işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayətini müdafiə edərək, izahatında göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X11 İdarəsi tərəfindən ona dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X11 İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib və iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X11 İdarəsinin polis kapitanı X6 tərəfindən xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 11:47-də Bakı şəhəri Rasim İmanov (Buzovna) 3 a ünvanında VOLSVAGEN İD 6 CROZZ MİNİK markalı 77RM155 dövlət qeydiyyat nişanlı nəqliyyaat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 61.1.9-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüquqları vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. İşin araşdırılmış hallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X11 İdarəsinin polis kapitanı X6 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 xx.xx.2025-ci il tarixdə saat 11:47-də Bakı şəhəri Rasim İmanov (Buzovna) 3 a ünvanında VOLSVAGEN İD 6 CROZZ MİNİK markalı 77RM155 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X2 şikayətində protokolun onun iştirakı olmadan tərtib edildiyini, xx.xx.2025-ci il tarixdə saat 11:47-də Bakı şəhəri Rasim İmanov (Buzovna) 3 a ünvanında olmadığını, protokol və qərar tərtib edilərkən prosessual pozuntulara yol verildiyini bildirmişdir. X5 VOLSVAGEN İD 6 CROZZ MİNİK markalı 77RM155 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə saat 11:47-də Bakı şəhəri Rasim İmanov (Buzovna) 3 a ünvanında olmadığını bildirsə də, şikayətçi tərəfindən bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X11 İdarəsi tərəfindən müəyyən edilmiş müddətdə videogörüntülər məhkəməyə təqdim edilməmişdir. Şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X11 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və X4 istinad edilən xətanın əsaslığına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, sözgedən uyğunsuzluqlar, həmçinin xx.xx.2025-ci il tarixdə saat 11:47-də Bakı şəhəri Rasim İmanov (Buzovna) 3 a ünvanında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilib-törədilməməsi, xx.xx.2025-ci il tarixdə saat 11:47-də Bakı şəhəri Rasim İmanov (Buzovna) 3 a ünvanında VOLSVAGEN İD 6 CROZZ MİNİK markalı 77RM155 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsi, iş üçün əhəmiyyətli olan digər hallar araşdırıldıqdan sonra, inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi mümkündür. Göründüyü kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsi tərəfindən TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X11 İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X11 İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X11 İdarəsinə göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar