Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-272/2022 16.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Salyan rayonu, Salyan şəhəri ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq massivi, Yeni yaşayış sahəsi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 16 fevral 2022-ci il tarixli, MN ******* saylı; 16 fevral 2022-ci il tarixli, MN ******* saylı və 16 fevral 2022-ci il tarixli, MN ******* saylı protokollar tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X3 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək bildirmişdir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs 29 oktyabr 2021-ci il tarixdə X2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən fərdi yaşayış evinin daş hasarına çöl hissədən quraşdırılmış qaz sayğacını oğurlayaraq S.Mustafayevə 100 manat məbləğində ziyan vurmuşdur. Xəzər RPİ 3-cü PŞnin təhqiqatçısı Rəhman Məmmədovun 31 oktyabr 2021-ci il tarixli qərarı ilə X2 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Daha sonra 23 noyabr 2021-ci tarixdə X7 məxsus ünvan 3 ünvanında yerləşən evin həyətindən yararsız halda olan yük maşınlarının ehtiyat hissələrini oğurlayaraq E.Şahmarova 500 manat məbləğində ziyan vurmuşdur. Xəzər RPİ 3-cü PŞ-nin təhqiqatçısı Namiq Binnətovun 30 noyabr 2021-ci il tarixli qərarı ilə X4 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Daha sonra 30 noyabr 2021-ci tarixdə X9 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni sahə ünvanında yerləşən evin qaz sayğacının gösdərici mexanzimini oğurlayaraq T.Axundova 300 manat məbləğində ziyan vurmuşdur. Xəzər RPİ 3-cü PŞ-nin təhqiqatçısı Səfa Usubovun 10 dekabr 2021-ci il tarixli qərarı ilə X8 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və və hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Hər üç inzibati xəta hadisəsi ilə əlaqədar Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X3 tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək inzibati icraat açılmışdır. Aparılmış araşdırma zamanı hər üç inzibati xətanın Şəxs tərəfindən törədiidiyi müəyyən edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyini etiraf edərək, əməlindən peşman olmasını qeyd etmiş və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan 31 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X2 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan 30 noyabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X4 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan 10 dekabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X8 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və və hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə tərtib edilmiş inzibati xəta haqqında 16 fevral 2022-ci il tarixli, MN ******* saylı protokol üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən “İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən “Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 104.1.3-cü maddəsinə əsasən “İnzibati xəta haqqında iş üzrə icraat inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda dayandırılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19.12.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur.” Məhkəmə araşdırması zamanı eyni zamanda protokola əlavə edilmiş sənədlərdən və proses iştirakçılarının məhkəmə iclasında vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 29 oktyabr 2021-ci il tarixdə X2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən fərdi yaşayış evinin daş hasarına çöl hissədən quraşdırılmış qaz sayğacını oğurlayaraq S.Mustafayevə 100 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, X2 ərizəsi əsasında toplanmış material üzrə 31 oktyabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. Qüvvədə olan qanunvericiliyin tələblərindən də göründüyü kimi inzibati tənbeh cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə tərtib edilən inzibati xəta haqqında 16 fevral 2022-ci il tarixli, MN ******* saylı protokolda qeyd edilən bu müddət pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.” Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 16 fevral 2022-ci il tarixli, MN ******* saylı və 16 fevral 2022-ci il tarixli, MN ******* saylı protokollara münasibətdə qeyd edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin qeydinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin dispozisiyası oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlinin təkrar törədilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 23 noyabr 2021-ci tarixdə X7 məxsus ünvan 3 ünvanında yerləşən evin həyətindən yararsız halda olan yük maşınlarının ehtiyat hissələrini oğurlayaraq E.Şahmarova 500 manat məbləğində ziyan vurmuşdur. Daha sonra o, 30 noyabr 2021-ci tarixdə X9 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni sahə ünvanında yerləşən evin qaz sayğacının göstərici mexanzimini oğurlayaraq T.Axundova 300 manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlinin törədilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin Məcəllənin 177.2.2-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlinin təkrar törədilməsi ilə bağlı nəzərdə tutulmuşdur. Göründüyü kimi hazırki iş üzrə şəxs tərəfindən eyni əməl təkrar törədilmişdir və hər iki epizod üzrə zərərəçəkmiş şəxslərə dəymiş ziyanın məbləği müvafiq olaraq 500 manat və 300 manat yəni yüz manatdan yuxarı təşkil etmişdir. Bu səbəbdən məhkəmə qeyd edir ki, şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin tərkibi vardır. Qeyd edilənlənləri nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin tərkibi oduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 16 fevral 2022-ci il tarixli, MN ******* saylı və 16 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 fevral 2022ci il tarixli, MN ******* saylı protokol üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş 16 fevral 2022-ci il tarixli, MN ******* saylı və 16 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-272/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-272/2022
16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver