Məhkəmə qərarları › İş №3(003)-2728/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2728/2025

24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2728/2025 24.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Xəzər Rayon Prokurorluğunun nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, "Azərbaycan Hava Yolları” QSC-nin X6 Baş İdarəsinin Uçuşların X2 şöbəsinin rəhbəri vəzifəsində işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Bakı şəhəri Xəzər rayon prokurorluğundan daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərarla vəzifəli şəxs Şəxs "xxxx" QSC-nin X6 Baş İdarəsinin Uçuşların X2 şöbəsinin rəhbəri vəzifəsində işləyərək hava limanında ikinci terminalının şimal zonasının 2-ci mərtəbəsində yerləşən 16-cı çıxışının pilləkən qəfəsinin tavanında elektrik lampasının dəyişdirilməsi işinə başlanılmazdan əvvəl daşına bilən çoxfunksiyalı nərdivana baxış keçirib onun texniki cəhətdən etibarlı, qatlanan hissələrinin kilidlərinin saz vəziyyətdə olması müəyyən edilmədən nərdivandan istifadə edilməklə hündürlükdə işlərin görülməsinə yol verildiyinə görə “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydalan”nın 10.13-cü bəndinin tələbini pozması nəticəsində "xxxx" QSC-nin X6 Baş İdarəsinin Uçuşların X2 şöbəsinin elektrik-montyoru işləyən Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində hava limanının ikinci terminalın şimal zonasının ikinci mərtəbəsində yerləşən 16-cı çıxışının pilləkən qəfəsinin tavanında elektrik lampasının dəyişdirərəkən qatlanan hissələrinin kilidləri saz vəziyyətdə olmayan nərdivandan yıxılaraq sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almış, bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Xəzər Rayon Prokurorluğunun nümayəndəsi X5 çıxış edərək bildirmişdir ki, "xxxx" QSC-nin X6 Baş İdarəsinin Uçuşların X2 şöbəsinin elektrik-montyoru işləyən Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində hava limanının ikinci terminalın şimal zonasının ikinci mərtəbəsində yerləşən 16-cı çıxışının pilləkən qəfəsinin tavanında elektrik lampasının dəyişdirərəkən qatlanan hissələrinin kilidləri saz vəziyyətdə olmayan nərdivandan yıxılaraq sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almışdır. "xxxx" QSC-nin X6 Baş İdarəsinin Uçuşların X2 şöbəsinin rəhbəri vəzifəsində işləyəndə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək bildirmişdir ki, o, Heydər Əliyev adına X9 Uçuşların X4 Şöbəsinin rəhbəri vəzifəsində işləyir. Vəzifə öhdəlikləri hava limanı ərazisində olan bütün elektrik təchizatlarına nəzarət etmək və onların dayanıqlığına cavabdeh olmaqdan ibarətdir. xx.xx.2025-ci il tarixdə qeyri-iş günü olduğu üçün evdə olmuşdur. Təxminən saat 21 radələrində həmin gün növbədə olan mühəndis Mehman Mirzəyev ona zəng edərək Zərərçəkmiş şəxs iş zamanı dəmir nərdivandan yıxılaraq xəsarət alması barədə məlumat vermişdir. Həmin zaman səhhəti ilə bağlı hava limanına bilməmişdir. Lakin şöbənin əməkdaşlarından birini hadisə yerinə yönləndirmiş, daha sonra həmin əməkdaş Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılması barədə məlumat vermişdir. Hava limanı ərazisində işçilərin təhlükəsizliyinə və iş keyfiyyətinə nəzarət onun tərəfindən həyata keçirilir. Həmçinin, hadisə zamanı mühəndis Mehman Mirzəyevin və Zərərçəkmiş şəxs istifadə etdikləri dəmir nərdivanın işə başlanılmamışdan əvvəl saz vəziyyətdə olması mühəndis Mehman Mirzəyev tərəfindən yoxlanılmalı idi. Bununla belə, Zərərçəkmiş şəxs istifadə etdiyi nərdivanın saz vəziyyətdə olub-olmamasını özü də yoxlaya bilərdi. Barəsində tərtib edilmiş qərardan narazı olduğunu qeyd edərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını proses iştirakçılarının izahatlarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X16 Xəzər rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 829 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər iki daban sümüyünün yerdəyişən sınıqları xəsarətləri aşkar edilir. Həmin xəsarətlərin törənmə müddəti hadisənin baş veridyi tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksperizasi Mərkəzinin “X3 Ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/5937 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydalarının 10.13-cü bəndinin tələbi pozulmuşdur ki, bu da hadisənin baş verməsinə səbəb olmuşdur. Heydər Əliyev adına Hava Limanında 2-ci Terminalın Şimal zonasının 2-ci mərtəbəsində yerləşən 16-cı çıxışının pilləkən qəfəsinin tavanında elektrik lampasının dəyişdirilməsi işinə başlanılmazdan əvvəl daşına bilən çoxfunksiyalı nərdivana baxış keçirilərək onun texniki cəhətdən etibarlı, qatlanan hissələrinin kilidlərinin saz vəziyyətdə olması müəyyən edilmədən nərdivandan istifadə edilərək hündürlükdə işlərin görülməsinə yol verildiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydalarfnm 10.13-cü bəndinin tələbi, həmin işlərin görülməsinə rəhbərlik etmiş şəxslər tərəfindən pozulmuşdur. Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda Zərərçəkmiş şəxs özü tərəfindən qayda və təlimatların pozulması halı müəyyən edilmir. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatından görünür ki, o, Heydər Əliyev adına X9 X13 X10 rəhbəri vəzifəsində işləyir. Vəzifə öhdəlikləri 2.2-ci UETT qovşağının bütün işçilərinin texniki istismar, texniki təhlükəsizlik və oddan qorunma təhlükəsizliyi qaydalarının yerinə yetirilməsini təmin etməkdən, eyni zamanda elektrik X15 idarəsinin mühəndisinin əməyinin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatın 2-ci Xüsusi tələblər hissəsinin 2.5-ci Yalnız UEİTTX-nin rəisinin tapşərdığı və təlimatlandırdığı işi yerinə yetirmək bəndinin tələblərinə riyaət etməkdən ibarətdir. xx.xx.2025-ci il tarixdə 20:00-da növbəni qəbul edərək işə başlamış, təxminən 21 radələrində hava limanında elektrik-montyor vəzifəsində işləyən Zərərçəkmiş şəxsla birlikdə ərazidə yeni işıqların quraşdırılması ilə əlaqədar 16-cı çıxışa getmişlər. Əvvəlcə o, dəmir nərdivana çıxaraq tavan hissəyə elektrik kabellərini yerləşdirmiş, daha sonra Zərərçəkmiş şəxs həmin dəmir nərdivanın üzərinə çıxaraq elektrik işlərini yerinə yetirməyə davam etmişdir. Həmin zaman dəmir nərdivanı əli ilə saxlamış, Zərərçəkmiş şəxs ondan iş alətlərindən birini ona verməsini istədikdə həmin aləti yerdən götürüb Zərərçəkmiş şəxs vermək üçün dəmir nərdivanı buraxmışdır. Aləti yerdən götürən zaman dəmir nərdivan qırılmış və Zərərçəkmiş şəxs yıxılaraq hər iki ayaq topuqlarından xəsarət almışdır. Həmin vaxt Zərərçəkmiş şəxs iş fəaliyyətinə və təhlükəsizliyinə o, nəzarət etmişdir. Belə ki, Zərərçəkmiş şəxs istifadə etdiyi dəmir nərdivanın saz vəziyyətdə olması əvvəlcədən onun tərəfindən yoxlanılmalı idi. Həmin hadisə nəticəsində Zərərçəkmiş şəxs xəsarət alması ilə bağlı diqqətsizlik göstərdiyi üçün peşmandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulmasına görə – min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə zamanı müəyyən edildi ki, "xxxx" QSC-nin X6 Baş İdarəsinin Uçuşların X2 şöbəsinin elektrik-montyoru işləyən Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində hava limanının ikinci terminalın şimal zonasının ikinci mərtəbəsində yerləşən 16-cı çıxışının pilləkən qəfəsinin tavanında elektrik lampasının dəyişdirərəkən qatlanan hissələrinin kilidləri saz vəziyyətdə olmayan nərdivandan yıxılaraq sağlamlığa az ağır zərər vurmaya aid xəsarət alması ilə bağlı Bakı şəhəri Xəzər rayon prokuroru baş ədliyyə müşaviri X7 tərəfindən aparılmış araşdırma zamanı təhlükəsizlik qaydalarının müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər iki daban sümüyünün yerdəyişən sınıqları xəsarətləri aşkar edilir. Həmin xəsarətlərin törənmə müddəti hadisənin baş veridyi tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Toplanmış material üzrə cinayət hadisəsi olmadığından 01 dekabr 2025-ci il tarixdə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Araşdırma nəticəsində "xxxx" QSC-nin X6 Baş İdarəsinin Uçuşların X2 şöbəsinin rəhbəri vəzifəsində işləyən Şəxs tərəfindən təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq bu qaydaların pozulması, yəni onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən olunduğundan, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar