Məhkəmə qərarları › İş №3(003)-274/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-274/2022

14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-274/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1 vəkili Vəkil iştirakı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin 04 oktyabr 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair verilmiş şikayət ərizəsi əsasında toplanmış inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 04 oktyabr 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində tətbiq olunan tənbeh tədbiri ilə o səbəbdən razı deyil ki, iş üzrə X10 Xidmətinə şikayət etmiş X8 qeyd etdiyi 2020-ci il üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilməsi üçün müraciəti ilə bağlı səlahiyyətləri daxilində bütün tədbirləri görmüşdür. Belə ki X15 rəsmi olaraq məktəbdə tərbiyəçi vəzifəsində işləmişdir. Riyaziyyyat müəllimi kimi işləməsi üçün isə müəllimlərin işə qəbulu imtahanından keçə bilməmişdir. Buna görə də tərbiyəçi vəzifəsində qalmışdır. 2020-ci il tarixdə isə növbəti məzuniyyətə çıxması ilə bağlı elektron formada ərizə vermişdir. Həmin ərizədə isə vəzifəsini müəllim kimi göstərmişdir. Müəllim üçün əmək məzuniyyəti 56 gün, tərbiyəçi üçün isə 42 gün təşkil edir. Ona görə də, Rahib Ağayevə ərizəsində vəzifəsini tərbiyəçi olaraq dəyişməli olduğunu bildirsə də, o, bundan imtina eləmişdir. Əmək məzuniyyəti ilə bağlı ərizəsində vəzifəsini dəyişməsindən imtina eləməsi ilə bağlı barəsində məktəbin rəhbər işçilərinin iştirakı ilə akt tərtib etmişdir. X16 heç bir qərəzi olmamışdır. Əksinə 2018-ci ildə MİQ-imtahanından 26,1124 bal toplamasına rəğmən (keçid balı 48dir), uzun müddət işləməsini nəzərə alıb dərs saatları verilməsi üçün Təhsil Nazirliyinə müraciət etmişdir. Nazirlikdən gələn cavabda isə gələcək illərdə MİQ imtahanından keçməsi şərti ilə dərs saatı verilməsinə icazə verilmişdir. X5 nə 2019, 2020 və 2021-ci il tarixlərində imtahanda iştirak belə etməmişdir. Onun tərbiyəçi vəzifəsində qalmasının səbəbkarı isə özüdür. MİQ imtahanından keçməli olması ilə bağlı Nazirliyin məktubu ilə özünü də, tanış etmişdir. Məzuniyyəti ilə bağlı problemi də, R.Ağayev özü qəsdən yaratmışdır. Çünki 2020-ci il tarixli məzuniyyətlə bağlı müraciət ərizəsində vəzifəsinin tərbiyəçi olaraq qeyd etməsi ilə bağlı düzəliş etməli olduğunu özünə bildirsə də, o, imtina etmişdir. Təhsil Nazirliyi 30 sentyabrda ödəniş tapşırığı vermişdir. 40175,53 manat ödəmə ilə tapşırığının sənədi onlarda vardır. X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən 13 sentyabr 2021-ci il tarixə və 04 oktyabr 2021-ci il tarixə dəvət olunsa da, o, artıq kompensasiyanın ödənildiyini bildirsə də, bu nəzərə alınmamış və X10 Xidmətinin Bakı şəhərinin İdarəsi 04 oktyabr 2021-ci il tarixli, MN ******* saylı qərarı vermişdir. Onlar ödəniş tapşırığını Müfəttişliyin Qərarından öncə etdikləri üçün düşünür ki, bu Qərar ləğv olmalıdır. Qərarı 12 oktyabrda rəsmi qaydada aldığı üçün 10 gün müddətində məhkəməyə şikayət etmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 1 saylı region üzrə X7 MN seriyalı ******* nömrəli 04 oktyabr 2021-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə şikayəti əsassız olduğundan rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02.02.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclaında iştirak edən X1 vəkili Vəkil şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqan xəbərdar olunmasına baxmayaraq, orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş X10 Xidməti Bakı şəhər İdarəsinin baş əmək müfəttişi X12 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 24 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X8 müraciətinə əsasən Əmək Məsəlləsinin 135-ci maddəsinin tələbləri pozularaq istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsi aşkar edilmişdir. Nəticədə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 №-li Respublika xüsusi internat məktəbinin direktoru X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 192.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin rəisi X13 tərəfindən qəbul edilmiş MN ******* nömrəli 04 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 müraciətinə baxılarkən istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsi müəyyən edilmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 30 sentyabr 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 №li Respublika xüsusi internat məktəbinin hesabına 40175,53 manat pul köçürülmüşdür. İş materiallarında olan əmrlər kitabından çıxarışdan görünür ki, X15 02 yanvar 1995-ci ildə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. 31 avqust 1995-ci ildə tədris işləri üzrə direktor müavini vəzifəsinin icrası ona həvalə edilmişdir. 01 may 1996-cı ildə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. 26 fevral 1996-cı ildə tədris işləri üzrə direktor müavini vəzifəsinin müvəqqəti icrası həvalə olunmuşdur. 01 sentyabr 1997-ci ildə tədris işləri üzrə direktor müavini vəzifəsindən tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə keçirilmişdir. 02 aprel 2001-ci ildə 2 ost tərbiyəçilik yükü verilməklə tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. İş materiallarından və proses iştirakçılarının məhkəmə iclaslarında verdikləri izahatlardan məlum olmuşdur ki, X15 Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 №-li Respublika xüsusi internat məktəbində tərbiyəçi vəzifəsində işləyir. O, 18.08,2021-ci il tarixində E.Mirzəyev adma Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi İnternat məktəbin direktoru X3 adına ərizə ilə müraciət edərək 2020-di ildə ona verilməmiş əmək məzuniyyətinə görə kompensasiya verilməsini xahiş etmişdir. Daha sonra R.Ağayev 20.08,2021-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək 2020-ci ildə ona verilməmiş əmək məzuniyyətinə görə kompensasiya verilməməsi ilə bağlı 6 nömrəli Respublika Xüsusi İnternat məktəbin direktoru X6 barədə şikayət etmişdir. Daha sonta sentyabr ayında R.Q.Ağayevə əmək haqqı ilə birlikdə 2020-ci il üçün verilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilmişdir. Lakin buna baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin 04 oktyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, X15 Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 №-li Respublika xüsusi internat məktəbinin direktoru X4 etdiyi müraciətdə 2020-ci ildə məzuniyyətə buraxılmasına görə ona ödəniləcək kompensasiyanın verilməsi ilə yanaşı 2015-ci ildə bağlanmış əmək müqaviləsinə onun xəbəri olmadan dəyişiklik ediməsi məsələsinə aydınlıq gətirilməsini də xahiş etmişdir. Məktəb tərəfindən onun müraciəti ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət olunmasına dair məktub verilmişdir. X15 qeyd olunan məsələlər ilə əlaqədar 17.08.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən isə R.Ağayevin etdiyi müraciətinə 2020-ci ildə məzuniyyətə buraxılmasına görə ona ödəniləcək kompensasiyanın verilməsi məsələsinə münasibət bildirilmiş, lakin 2015-ci ildə bağlanmış əmək müqaviləsinə onun xəbəri olmadan dəyişiklik edilməsi məsələsi isə araşdırılmamış, həmin məsələ ilə bağlı X3 əməlində hər hansı inzibati xəta pozuntusunun olması müəyyənləşdirilməmiş və ümumiyyətlə həmin məsləyə münasibət bildirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə qəbul edilmiş 04 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin 04 oktyabr 2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinə geri qaytarılsın. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar