Məhkəmə qərarları › İş №3(003)-2754/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2754/2025

17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2754/2025 17.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Bakı şəhər X11 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 342.2.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında Bakı şəhər X11 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Müraciətdə qeyd edilmişdir ki, oğlu xx.xx.2025-ci il tarixində etibarnamə ilə idarə etdiyi Hyundai Elantra, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən, **- YP-*** dövlət qeydiyyat nişanlı yol patrul avtomobili tərəfindən saxlanılmışdır. Polis əməkdaşı X6 onun nəqliyyat vasitəsinin arxa hissəsində vinil olduğunu, ön hissədə isə LED işıqlar quraşdırıldığını əsas gətirərək,heçbir əsas və sübut olmadan onu inzibati məsuliyyətə cəlb etmişlər.Halbuki avtomobilimdə vinil yoxdur, işıq cihazları isə LED deyil, sarı halogen servis lampalarıdır. Əlavə olaraq, polis əməkdaşı inzibati protokolun hadisə yerində tərtib edilməli olduğu halda, bunu pozaraq protokolu yalnız avtomobil duracağa aparıldıqdan sonra tərtib etmişdir. Qanuna əsasən, bu prosedur düzgün deyil. Protokol xətanın baş verdiyi yerdə və dərhal tərtib olunmalıdır.Əgər bundan kənara çıxılırsa, (məsələn,sürücü duracağa aparılır,sonra protokol yazılırsa) bu,prosessual hüquq pozuntusudur. Bu səbəbdən avtomobilə quraşdırılmış hər hansı bir avadanlıq qanunsuz hesab edilərsə, buna görə o, məsuliyyət daşımamalıdır. Odur ki, Bakı şəhər X11 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş inzibati orqan xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən X7 ümumilikdə ərizəsinə uyğun izahat varərək bildirmişdir ki, faktlarla bağlı video sübutları mövcuddur. Belə ki, orada arxa stoplarda vinil olmadığı, işıqların LED olmadığı, protokolun hadisə yerində tərtib edilmədiyi,qeyri-etik rəftar, qanunsuz duracağa aparılma bunların hamısı xx.xx.2025-ci il tarixdə TP7696574 nömrəli inzibati qərarın əsassız və qanunsuz olduğuna dəlalət edir. Onun əməlində İXMnin 342.2.2-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün qərarın qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Müraciətlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. İnzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə göndərdiyi videogörüntüdə vizual olaraq sözügedən avtomobilin "səsboğucu” sistemində dəyişiklik edilməsi, "askı” sistemində isə əlavə avadanlığın quraşdırılması müşahidə olunur. Müraciət müəllifinin ərizəsi və izahatından da görünür ki, X2 Elantra, **-NM-*** dövlət nömrə nişanlı minik avtomobilin əlavə avadanlığın quraşdırılmasını və dəyişikliyin edilməsini inkar edərək hesab edir ki, etmədiyi hərəkətə görə məsuliyyət daşımamalıdır. Lakin səlahiyyətli orqanın təqdim etdiyi video görüntüyə baxış keçirərkn müəyyən edilir ki, həqiqətən X7 idarə etdiyi Hyundai Elantra, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə arxa hissəsində vinil və ön hissədə isə LED işıqlar quraşdırılmışdır. İXM-nin 342.2.2-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Bu maddənin dispozisiyasından görünür ki, nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına görə məhz həmin nəqliyyat vasitələrinin sürücüləri məsuliyyət daşıyırlar. İXM-nin müddəalarına əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İXM-nin 9.1-ci maddəsi). Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İXM-nin 31.2-ci maddəsi). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (İXM-nin 32.2-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhər X11 İdarəsinin X4 İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından X7 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X7 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməsin. Bakı şəhər X11 İdarəsinin X4 İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarı qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar