Məhkəmə qərarları › İş №3(003)-2758/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2758/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2758/2025 11.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, X7 İdarəsi İTŞ-nin baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Nəqliyyatda Baş Polis İdarəsini X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X7 İdarəsi İTŞ-nin baş inspektoru X4 tərəfindən, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X4 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə X7 İdarəsinin post patrul xidməti əməkdaşları tərəfindən hava limanı ərazisində icazə olmadan sərnişin daşıma fəaliyyəti ilə məşğul olduğu üçün barəsində araşdırılma aparılması üçün X7 İdarəsinə gətirilmiş, bu zaman Şəxs saxlama otağında olarkən avtomobil açarının növbətçi hissədə saxlanmasına etiraz etmiş və X7 İdarəsində polis əməkdaşları ilə mübahisə edərək ictimai qaydanı pozmuşdur, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, polis əməkdaşlarına müqavimət göstərmək niyyəti olmamış, saxlanma yerində qorxduğu üçün protokolda qeyd edilən əməli nu və protokolda göstərilənləri təsdiq edərək törətdiyi əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Nəqliyyatda Baş Polis İdarəsini X7 İdarəsinin post patrul xidməti bölüyü manqa komandiri polis baş serjantı X2 izahat verərək bildirdi ki, Şəxs taksi fəaliyyəti ilə məşğul olarkən saxlayıb X7 İdarəsində saxlanma yerinə təhvil vermiş, bir qədər sonra şəxsin avtomobilin açarını götürmək üçün növbətçi köməkçisi polis baş leytenantı Vüsal Məmmədovla uca səslə mübahisə etdyini və müqavimət göstərdiyini qeyd etmişdir. Məhkəmə iclasında Nəqliyyatda Baş Polis İdarəsini X7 İdarəsinin Növbətçi hissəsinin növbətçi köməkçisi polis baş leytenantı X3 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə post patrul xidməti əməkdaşları tərəfindən Şəxs gətirilmiş və müvəqqəti saxlanma yerində yerləşdirilmişdir. Daha sonra Şəxs avtomobilin açarını götürmək üçün müvəqqəti saxlanma yerindən çıxmaq istəmiş və bu zaman ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati qaydada tutma haqqında 11 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 03:30-da tutulmuşdur. X7 İdarəsi İTŞ-nin baş inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə X7 İdarəsində polis əməkdaşları ilə mübahisə edərək ictimai qaydanı pozmuşdur, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə tərəflərin izahatlarını, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İXM-nin müddəalarına görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (maddə 31.2). İXM-nin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz (maddə 31.4). Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər (maddə 34.3). Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz (maddə 34.4). İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz (maddə 31.4.-1). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (maddə 32.2). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (maddə 84.1). Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, törətdiyi əməlin təhlükəliliyini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, İXM-nin 34.3-cü maddəsinə əsasən ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 510 və 535.1-ci maddələri nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarix saat 03:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə şikayət və ya protest verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar