Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2767/2023 25.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Qobustan rayonunun Ərəbşalbaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə inspektoru X5 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X5 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Buzovna qəsəbəsi ərazisində yük avtomobili ilə sutkanın qadağan edilmiş vaxtlarında hərəkətdə olduğu zaman yol patrul xidmətinin əməkdaşları tərəfindən ona saxlamaq işarəsi verilmiş, lakin o, avtomobili saxlamamış və hərəkətini davam etdirmişdir. Yol patrul xidmətinin əməkdaşları onun arxası ilə izləməyə başlamışlar və Şəxs dar yolda hərəkətdə olan zaman onu saxlamağa nail olmuşlar. Bundan sonra sonuncunun avtomobilinin ödənilməmiş cərimlərinin olmasına görə üzərinə həbs qoyulduğu müəuən edilmiş, buna görə Şəxs avtomobili cərimə meydançasına sürməsi təklif edilmiş, lakin Şəxs Yol patrul xidmətinin əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlarla mübahisə etmiş və avtomobili yolun hərəkət hissəsində saxlayaraq, açarları da götürüb getmişdir. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olduğundan tərəfindən müvafiq protokol tərtib edilmişdir. Hazırda Şəxs barəsində qanuna müvafiq qaydada inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək məhkəmə iclasında izahat verərək bildirmişdir ki, birinci saxla işarəsi veriləndə qorxduğundan saxlamamışdır. Belə ki, cərimələri çox olmuş və o, saxlandığı halda avtomobili cərimə meydançasına aparacaqlarını bilmişdir. Sonra isə avtomobildə nasazlıq yaranmış və buna görə yolun kənarında məcbur olub saxlamışdır. Polis inspektorlarına tabesizlik etdiyini etiraf edir. Lakin avtomobilə heç bir müdaxilə etməmişdir. Avtomobil nasaz olduğundan işə sala bilməmişlər. Orada qaldığı təqdirdə cərimə olunacağından qorxduğuna görə qaçmışdır. Buna baxmayaraq səhəri günü özü polis idarəsinə yaxınlaşmışdır. Hazırda əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru X6 ifadəsində bildirmişdir ki, Şəxs hərəkətdə olduğu yolda səhər saat 07:00-dan axşam vaxtlarına kimi yük avtomobilinin hərəkəti qadağandır. Bu səbədən Şəxs avtomobili saxla işarəsi vermişlər. Lakin o, avtomobili saxlamamış, birinci arxa-arxaya sürmüş, daha sonra isə yenə də hərəkətini davam etdirmişdir. Onlar onun arxası ilə izləməyə başlamışlar və avtomobili saxlamasını tələb etmişlər. Daha sonra isə kiçik ölçülü yolda onu saxlamışlar və digər əməkdaş birinci sağ tərəfdən avtomobilə yaxınlaşmış, həmin tərəfdə qapı bağlı olduğuna görə digər tərəfdən avtomobilə daxil olaraq avtomobili söndürməsini tələb etmişdir. Daha sonra isə yoxlama aparılan zaman onun cərimələrinin olduğunu görmüşlər, cərimələrini ödəməsini, əks halda avtomobili cərimə meydançasına aparılacağını bildirmişlər. Şəxs əvvəlcə onlarla razılaşaraq avtomobili cərimə meydançasına sürsə də sonrada avtomobili idarə edə-edə kiminləsə danışdıqdan sonra avtomobilin hansısa avadanlıqlarını əli ilə tərpədərək bilərəkdən avtomobili nasaz vəziyyətə salmış, sonra isə avtomobil yolun hərəkət hissəsində dayandırıb açarlarını götürərək hadisə yerindən qaçıb getmişdır. Sonuncu avtomobili nasaz vəziyyətə saldığına görə 6-7 saat yük avtomobilinin yolun hərəkət hissəsindən götürülməsi mümkün olmamış, buna görə digər avtomobillərin hərəkətinə maneələr törətmiş, sonradan çətinliklə hadisə yerinə çağırılmış elektrik vasitəsi ilə yük avtomobili cərimə meydançasına aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru X1 oxşar məzmunlu ifadə verərək X4 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, proses iştirakılarını izahatlarını, şahid ifadələrini dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan: - MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023cü il tarixdə Buzovna qəsəbəsi ərazisində YPX-nin əməkdaşının ictimai qaydanı qoruyarkən qanuni tələblərinə tabeçilik göstərməməsi səbəbindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir. - MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokolun aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. - BPİ-nin DYPİ YPXA-nın YPX-nın inspektoru polis baş serjantı Ədalət Nəsirovun raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə yük avtomobillərinin hərəkəti qadağan olan saatda ** BC *** dövlət qeydiyyat nişanlı, “Şağman” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman sürücüyə tərəfindən işarə verilmiş, sürücü işarəni görüb tabesizlik göstərərək yük maşınını arxa-arxaya idarə etməyə başlamış və digər nəqliyyat vasitələrinə təhlükə yaradaraq manevr qaydalarını pozmağa başlamışdır. Növbəti tələbləri zamanı sürücünü təhlükəsiz qaydada saxlamışlar və protokol tərtib olunmuşdur. Nəqliyyat vasitəsini sürücü ilə birlikdə duracağa apararkən ictimai yerdə sürücü onun qanuni tələbləinə tabeçilik göstərməyərək ictimai yerdə qanunsuz hərəkətlərini ardıcıl davam etdirməyə başlamışdır. Çətinliklə olsa da yük maşını ilə birlikdə duracağa təmin olunmuş, daha sonra Şəxs 2-ci PŞ-nə gətirilmişdir. -inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli AZA 019933 nömrəli protokolda görünür ki, Şəxs həmin tarixdə saat 09:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.” Həmin Qanunun 3.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə yol hərəkət qaydalarının mühafizəsi vəzifələrini icra edərkən yol patrul xidmətinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu hal onun izahatı, iş üzrə dindirilmiş şahid ifadəsi və iş materialları təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X8 X2 həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-2767/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2767/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver