Məhkəmə qərarları › İş №3(003)-2769/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2769/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2769/2023 07.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 uglının, X1 iştirakı ilə, xx.xx.2001-ci ildə Özbəkistan Respublikasında doğulmuş, Özbəkistan Respublikası vətəndaşı, Bakı şəhərində doğulmuş, subay, Özbəkistan Respublikası, Nəmənqən şəhəri, 2-ci Xıdır Əliyev küçəsi, ev 8 ünvanında qeydiyyatda olan X9 uglının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən tərtib edilmiş X9 uglının Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 uglı izahatında bildirdi ki, o, Özbəkistan Respublikasından birbaşa Türkiyyə Respublikasına biletlər baha olduğundan Bakı şəhərinə gəlmiş və buradan Türkiyyə Respublikasına gedirdi. Türkiyə Respublikasında qardaşı yaşayır, özü isə aşbazdır və orada özbək və qazax yeməkləri ilə bağlı təlimlər keçirir. Tanışlarının xahişi ilə siqaretləri Özbəkistan Respublikasından almış və Türkiyə Respublikasına aparırmış, satmaq niyyəti olmamışdır. Hazırda əməlindən peşmandır və həmin siqaretlərin müsadirə olunmasını xahiş edir. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, X9 uglı Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin böyük müstəntiqi, gömrük xidməti kapitanı X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, cinayət işinin materiallarından X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə materialın ayrılması, ayrılmış material inzibati tənbeh tədbirinin tətbiq edilməsindən ötrü Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi və Təhqiqat idarəsinin Təhqiqat şöbəsin göndərilməsi, hüquqpozma predmeti olan 200 qutu “PARLİAMENT Silver Blue" markalı, 150 qutu “PARLİAMENT Exotik Cruise” markalı, 150 qutu "Marlboro touch mix” markalı siqaret, 40 qutu “HEETS AMBER SELECTİON only for İQOS 3 DUOS" markalı və 10 qutu “HEETS SUMMER WAVE only for İQOS” markalı elektron siqaretin Dövlət Gömrük Komitəsi “Azrterminalkompleks” Birliyinin anbarına saxlanca verilməsinin nəzərə alınması qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli, 10000-00102/23 saylı protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin İstintaq şöbəsində ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında 24 may 2023-cü il tarixdə qəbul edilmiş qərar ilə Özbəkistan Respublikasının vətəndaşı X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibi olduğundan materiallar ayrılaraq baxılması üçün aidiyyəti üzrə Təhqiqat şöbəsinə verilmişdir. Cinayət işindən ayrılmış materiala əlavə edilmiş “yoxlama əşyaların və sənədlərin götürülməsi haqqında” 31 iyul 2023-cü il tarixli protokoldan görünür ki 31 iyul 2023-cü il tarixdə saat 04 radələrində J25032 saylı Daşkənd-Bakı aviareysi ilə Özbəkistan Ressublikasından Azərbaycan Resublikasına gəlmiş Özbəkistan Respublikası vətəndaşı X6 Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən X8 Hava Limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsində “yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyən zaman gömrük əməkdaşı tərəfindən saxlanılmış və yoxlama zamanı müşayət etdiyi əl yüklərindən külli miqdarda 3300 manat dəyərində Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmalı olan lakin belə marka ilə markalanmamış 200 qutu “PARLİAMENT Silver Blue" markalı, 150 qutu “PARLİAMENT Exotik Cruise” markalı, 150 qutu "Marlboro touch mix” markalı siqaret, 40 qutu “HEETS AMBER SELECTİON only for İQOS 3 DUOS" markalı və 10 qutu “HEETS SUMMER WAVE only for İQOS” markalı elektron siqaret aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8 avqust 2023-cü il tarixli 3-16-16/2-7/1121-9/5984 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş aksiz markası olmayan 200 qutu “PARLİAMENT Silver Blue” markalı, 150 qutu “PARLİAMENT Exotik Cruise” markalı, 150 qutu “Marlboro touch mix” markalı ştrix koduna görə (ilk üç rəqəmi 478) Özbəkistan istehsalı olan siqaretlər, 40 qutu “HEETS AMBER SELECTİON only for 1QOS 3 DUOS" markalı və 10 qutu “HEETS SUMMER WAVE only for İQOS” markalı, ştrix koduna görə (ilk üç rəqəmi 487) Qazaxıstan istehsalı olan elektron siqaretlərin 31 iyul 2023-cü il tarixə olan ümumilikdə orta bazar qiyməti 3300 manat müəyyən edilir. Tədqiqata təqdim edilmiş aksiz markası olmayan həmin tütün məəlumatlarının keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur. Bu hərəkətləri ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 uglı ümumi orta bazar qiyməti 3300 manat məbləğində malları gömrük orqanına mütləq bəyan edilməli olduğu halda bəyan etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” X9 uglının əməlindən peşman olması iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunur. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, X9 uglı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müsadirə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X9 uglı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 200 qutu “PARLİAMENT Silver Blue” markalı, 150 qutu “PARLİAMENT Exotik Cruise” markalı, 150 qutu “Marlboro touch mix” markalı ştrix koduna görə (ilk üç rəqəmi 478) Özbəkistan istehsalı olan siqaretlər, 40 qutu “HEETS AMBER SELECTİON only for 1QOS 3 DUOS" markalı və 10 qutu “HEETS SUMMER WAVE only for İQOS” markalı, ştrix koduna görə (ilk üç rəqəmi 487) Qazaxıstan istehsalı olan elektron siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar