Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2770/2023 26.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, Şəxs Abdurashidovnanın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Bas İdarəsindən daxil olan xx.xx.2023-cü il tarixli, 1000/3-33/2-018750/2023 saylı məktuba əlavə edilən materiala əsasən, Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinə daxil olmuş məlumat əsasında, 31 iyul 2023-cü il tarixdə J25032 saylı Daşkənt- Bakı aviareysi ilə gələn Özbəkistan Respublikası vətəndaşı, X2 Dövlət Gömrük Komitəsi, “Azərterminalkompleks Birliyi"ndən X5 Gömrük İdarəsinə təhkim olunmuş inspektor X3 nəzarətə götürülmüş, “yaşıl kanal”dan keçmək istəyərkən gömrük əməkdaşları tərəfindən saxlanılaraq gömrük yoxlamasından keçirilməsi üçün “qırmızı kanala” yönləndirilmişdir.Şəxs Abdurashidovaya məxsus üzərində VVDAİSHU yazısı olan bənövşəyi rəngli çiyin çantasına üzərində moringo yazısı olan göy rəngli kabin çamadanına və üzərində Prada yazısı olan bənövşəyi rəngli çiyin çantasının içərisindən 2 qutu İQOS markalı elektron siqaret aparatı hər birində 10 qutu olan 2 blok McKing markalı və 2 ədəd McKing markalı elektron siqaretlər üzərində moringo yazısı olan göy rəngli kabin çamadandan 50 blok HEETS markalı elektron siqaretlər və üzərində Prada yazısı olan ağ rəngli qadın əl çantasının içərisindən isə 8 ədəd McKing markalı aksiz markası ilə markalanmamış elektron siqaretlər aşkar edilmişdir. 19 oktyabr 2023-cü il tarixdə Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı,gömrük xidməti mayoru Mehriban Ələsgərova tərəfindən Özbəkistan Respublikasının vətəndaşı X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 10000-00100/23 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və icraata götürülməklə inzibati araşdırma aparılması haqqında qərardad qəbul olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına əsas və səbəb Əməliyyat- İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin İstintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə 17 oktyabr 2023-cü il tarixdə qəbul edilmiş “ cinayət işi üzrə icraata xitam verilməsi haqqında “ qərar ilə Özbəkistan Respublikasının vətəndaşı X1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkib əlamətləri olduğundan materialların ayrılaraq baxılması üçün aidiyyəti üzrə Təhqiqat şöbəsinə verilməsi və həmin maddə ilə nəzərdə tutulan inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların aşkar edilməsidir. İş üzrə materiallarda olan 19 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Özbəkistan Respublikasının vətəndaşı X2 31 iyul 2023-cü il tarixdə saat 04 radələrində J25032 saylı Daşkənd-Bakı aviareysi ilə Özbəkistan Respublikasından Azərbaycan Respublikasına gələrkən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan,lakin belə marka ilə markalanmamış, ümumi dəyəri 3540 manat təşkil edən 200 qutu “HEETS PURPLE WAWE only for İİQOS 3 DUOS” markalı, 100 qutu “HEETS SUMMER WAVE ONLY FOR İQOS 3 DUOS “ markalı, 70 qutu “ HEETS RUBY FUSE only for İQOS 3 DUOS“ markalı, 50 qutu “ HEETS SİLVER SELECTİON only for İQOS 3 DUOS“ markalı, 30 qutu “McKing 1500 King size“ markalı tütün məmulatını və dəyəri 130 manat təşkil edən 2 qutu “Solid 2.0“ markalı elektron siqaret aparatını Bakı Şəhərinin Xəzər rayonu ərazisində yerləşən X4 Hava Limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsində bəyan etməməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2023-cü il tarixli, 3-16-16/2-7/1122-9/5985 nömrəli ekspert rəyindən görünür ki,ekspertiza tədqiqatına təqdim edilmiş aksiz markası olmayan 200 qutu “HEETS PURPLE WAWE only for İQOS 3 DUOS” markalı, 100 qutu “HEETS SUMMER WAVE ONLY FOR İQOS 3 DUOS “ markalı, 80 qutu “ HEETS TURQUOİSE SELECTİON only for İQOS 3 DUOS “ markalı, 70 qutu “ HEETS RUBY FUSE only for İQOS 3 DUOS“ markalı, 50 qutu “ HEETS SİLVER SELECTİON only for İQOS 3 DUOS “markalı, 30 qutu “McKing 1500 King size“ markalı, ştrix koduna görə (ilk üç rəqəmi 487) Qazaxıstan istehsalı olan siqaretindən və 2 qutu “Solid 2.0 “ markalı elektron siqaret aparatından 31 iyul 2023-cü il tarixə olan ümumilikdə orta bazar qiyməti 3670 manat müəyyən edilir.Tədqiqata təqdim edilmiş aksiz markası olmayan həmin tütün məmulatları (siqaretlər) istifadəyə yararlıdır. Beləliklə iş üzrə materiallardan görünür ki, Özbəkistan Respublikasının vətəndaşı X2 3540 manat dəyərində Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 200 qutu “HEETS PURPLE WAWE only for İQOS 3 DUOS” markalı, 100 qutu “HEETS SUMMER WAVE ONLY FOR İQOS 3 DUOS “ markalı, 80 qutu “ HEETS TURQUOİSE SELECTİON only for İQOS 3 DUOS “ markalı, 70 qutu “ HEETS RUBY FUSE only for İQOS 3 DUOS“ markalı, 50 qutu “ HEETS SİLVER SELECTİON only for İQOS 3 DUOS “markalı, 30 qutu “McKing 1500 King size“ markalı tütün məmulatını və 130 manat dəyərində 2 qutu Solid 2.0 “ markalı elektron siqaret aparatını gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Qeyd edilənlərə əsasən X2 barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən iş baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 törətdiyi inzibati xətanı etiraf edərək, əməlindən səmimi peşman olduğunu qeyd etmiş və məhkəmədən barəsində minimum həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 ümumi dəyəri 3670 manat məbləğində olan malları gömrük orqanına mütləq bəyan edilməli olduğu halda bəyan etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə X1 inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin –3670 manat məbləğin qırx faizi miqdarında 1468 manat məbləğində cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. . Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1468 (bir min dörd yüz altmış səkkiz manat) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-2770/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2770/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver