Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-278/2022 07.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs Etibar oğlunun və onun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 528.1ci maddəsi ilə Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş 17 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Xəzər Rayon Məhkəməsinin 2(003)-1988/2021 saylı 31 avqust 2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 2920 (iki min doqquz yüz iyirmi) manat məbləğində dəymiş maddi zərərin və 30 manat pul ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2950 (iki min doqquz yüz əlli) manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs Etibar oğluna verilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan Xəzər rayon Məhkəməsinin 2(003)-1988/2021 saylı 31 avqust 2021-ci il tarixli icra vərəqəsini indiyə qədər icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 oğlu inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 1988/2021 saylı 31 avqust 2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 2920 (iki min doqquz yüz iyirmi) manat məbləğində dəymiş maddi zərərin və 30 manat pul ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2950 (iki min doqquz yüz əlli) manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs Etibar oğluna verilməlidir. 17 fevral 2022-ci il tarixdə borclu Xəzər rayon İcra şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında göstərmişdir ki, icra sənədi üzrə məlumatı olmadığı üçün ödəniş etməmişdir. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarlarını indiyə qədər tam icra etməmişdir. Şəxs ilə aparılan söhbətlərin heç bir nəticəsi yoxdur. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs Etibar oğlu göstərdi ki, məhkəmənin 31 avqust 2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 2920 (iki min doqquz yüz iyirmi) manat məbləğində dəymiş maddi zərərin və 30 manat pul ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2950 (iki min doqquz yüz əlli) manat alınaraq ona verilməlidir. Bütün bunları nəzərə alaraq borcunun ödətdirilməsinə köməklik göstərilməsini və borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs Etibar oğlunun vəkili Vəkil oxşar məzmunlu izahat verdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, məhkəməsinin 31 avqust 2021-ci il tarixli icra vərəqəsi üzrə tələblə razı deyildir, çünki, onun heç bir borcu yoxdur, özünü borclu hesab etmir. Belə ki, onun faktiki yaşadığı ünvan ünvan 3ndə olan ünvan isə qeydiyyatda olduğu ünvandır və o, 2016-cı ildən orada deyil, göstərilən ünvanda qeydiyyatsız yaşayır. Məhkəmə iclasları barədə bildirişlər ona çatmamış, ona qarşı irəli sürülmüş həmin iddia barədə xəbəri olmamış, məhkəmə prosesi iştirakı olmadan keçirilmişdir. Bu səbəbdən də Xəzər Rayon Məhkəməsinin 2(003)-1988/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qətnaməsini almamışdır. Adı çəkilən qətnamənin çıxarılmasını icra şöbəsində olarkən xəbər tutmuşdur. Bundan sonra Xəzər Rayon Məhkəməsinin hakimi cənab Zaur Tağıyevə ərizə ilə müraciət edərək həmin qətnamənin rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir. Onun ərizəsinə əsasən qeyd edilən qətnamənin surəti ona 07 aprel 2022-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Həmin qətnamənin əslini bu gün aldığından, o, apellyasiya şikayəti yazaraq yuxarı instansiya məhkəməsinə müraciət edəcəkdir. Beləliklə, o, adı çəkilən qətnamədən apellyasiya şikayəti vermək hüququndan hələlik istifadə etmədiyinə görə, hesab edir ki, həmin məsələ üzrə yekun qərar qəbul edilməyənə qədər, yəni borclu olduğu tam sübuta yetirilməyənə qədər onun barəsində hər hansı inzibati tənbeh tədbiri görülə bilməz. Borclu olduğu sübuta yetirilərsə, borc məbləğini ödəməkdən yayınmayacaqdır. İcra məmurlarının çağırışlarına vaxtlı-vaxtında gəlir və bundan sonra da gələcəkdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs Xəzər Rayon Məhkəməsinin hakimi cənab Zaur Tağıyevə ərizə ilə müraciət edərək sözügedən qətnamənin rəsmi qaydada ona təqdim edilməsini xahiş edilmiş, həmin qətnamənin surəti ona 07 aprel 2022-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Şəxs məhkəmə iclasında həmçinin göstərdi ki, o, Xəzər Rayon Məhkəməsinin 2(003)-1988/2021 saylı 31 avqust 2021-ci il tarixli qətnaməsindən yuxarı instansiya məhkəməsinə apellyasiya şikayəti ilə müraciət edəcəkdir. Məhkəmə hesab edir ki, Şəxs adı çəkilən qətnamədən apellyasiya şikayəti vermək hüququndan hələlik istifadə etmədiyinə görə, həmin məsələ üzrə yekun qərar qəbul edilməyənə qədər, yəni borclu olduğu tam sübuta yetirilməyənə qədər onun barəsində hər hansı inzibati tənbeh tədbiri görülə bilməz. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Şəxsnın hərəkətlərində hazırda Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci madəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – 01 yanvar 1984-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Xəzər rayonu Binə qəsəbəsi N.Abbasov küçəsi döngə 1 ev 30 ünvannda qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-278/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-278/2022
07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver