Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-280/2024 08.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, X1 iştirakı ilə, X11 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X9 şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhəri İdarəsinin xx.xx.2023-cü il tarixli (MN 1614053) inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən şikayətin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" QSC xx.xx.2023-cü il tarixdə onun hüquqi savadsızlığından istifadə edərək xidmət müqaviləsinə imza etdirmişlər. Belə ki, "xxxx" QSC direktoru ona bildirmişdir ki, işçilərin VÖEN olmadığı üçün onlarla əmək müqaviləsi bağlaya və onların hesabına ödəniş edə bilmir. Ona görə də adına VÖEN olduğundan ödənişləri onun hesabına ödəsin, işçilərinin pulunu o ödəyər. Həmin işçilərin onunla əmək müqaviləsi bağlanması öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi İXM-nin 192.1-ci maddəsinə əsasən 11 dekabr 2023-cü il tarixdə ona 4000 manat məbləğində inzibati tənbeh vermə haqqında (MN N- 1614053) qərar qəbul etmişlər. Hesab edir ki, X8 Xidməti Bakı şəhər idarəsi işi obyektiv araşdırmamışdır. Belə ki, X8 Xidməti Bakı şəhər İdarəsi işçilərin hansı təşkilatda işləməsi, onların kiminlə və ya hansı təşkilatla müqavilə bağlanmasına aydınlıq gətirməyərək işə səti yanaşmışlar. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin 11 dekabr 2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında (MN 1614053) qərarı tamamilə əsassızdır. Məhkəmə iclasında X9 şikayətini müdafiə edərək şikayətinin təmin olunmasını xahiş etdi və izahatında həmçinin bildirdi ki, onlar, yəni bir qrup işçilər İsmayıl rayonunda “DOST” mərkəzinin tikintisində işləmişlər. Həmin vaxtı onun VÖEN-i olmuşdur. Ona deyilmişdi ki, əlavə işçilər lazımdır. Ona görə o, uşaqları prorabla tanış etmiş və onlar prorabla danışmışlar. Bundan sonra şirkətin rəhbəri ona bildirmişdi ki, həmin şəxslər sosial yardım aldıqlarına görə adlarına VÖEN açdırdıqları təqdirdə sosial yardımın verilməsi dayandırılacaq, ona görə həmin şəxslərin pullarını onun hesabına ödəsinlər. Bundan sonra onun hesaba pul köçürülmüş, o da həmin köçürülmüş pul məbləğlərini həmin şəxslərə vermişdir. İşlərinin yekunlaşmasına 2 gün qalmış isə səbəbsiz yerə onları işdən çıxarmışlar. Bununla bağlı şikayət etmişlər. Əmək müfəttişliyindən yoxlama aparılmış həmin şirkəti cərimələnmiş, həmçinin eyni zamanda onu da cərimələmişlər. Hesab etmişlər ki, xidməti müqaviləsi olduğundan həmin şəxslər onun işçiləri sayılırlar. Xidməti müqaviləsinin bağlanmasında məqsəd fasad işlərinin, dəmirkonstruksiya işlərinin görülməsi olmuşdur. Amil Hüseyinovla bərabər işləmişlər, X15rdaşıdır. Amil qardaşını özü gətirmişdir. O, Amil və Ramil Hüseynovu hər hansı bir işin görülməsinə cəlb etməmişdir. "xxxx" QSC tərəfindən onlara verilməli olan pul məbləğləri onun hesabına köçürüldüyündən hesab edilmişdir ki, həmin şəxslər onun işçiləri olmuşdur. Amil sosial yardım almış və işləməsinin bilinməsini istəməmişdir. Müdirin bildirdiyinə görə də pullar onun hesabına köçürülmüşdür. Həmçinin bildirdi ki, işçiləri o, tapıb gətirmişdir. Onlar sosial yardım aldıqlarına görə rəsmi əmək müqaviləsinin bağlanmasını istəməmişlər. Müdir isə bildirmişdir ki, verilən əmək haqları onun hesabına köçürülsün və o həmin şəxslərə köçürülmüş pul məbləğlərini verər. Bundan sonra həmin şəxslər işləmişlər və görülən işlərə görə əmək haqqı onun hesabına köçürülmüş və o, köçürülmüş pul məbləğlərini həmin şəxslərə vermişdir. Şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X11 Xidmətinin Bakı şəhəri İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - X11 Xidmətinin Bakı şəhəri İdarəsinin baş əmək müfəttişi X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inziabti xəta haqqında protokolun surətindən görünür ki, X6 və X12 AR Əmək Məəcəlləsinin 49-cu il maddəsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2023-cü ilin may ayından iyul ayınadək müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmələri nəticəsində X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - X11 Xidmətinin Bakı şəhəri İdarəsinin rəis müavini X13 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 və X12 AR Əmək Məcəlləsinin 49-cu il maddəsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2023-cü ilin may ayından iyul ayınadək müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmələrinə görə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinərək barəsində 4000 manat məbləğdində inzibati qaydada cərimə tətbiq edilmişdir. -sifarişçi "xxxx" QSC ilə icraçı X9 arasında bağlanmış EL/X/23/30 nömrəli, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsindən görünür ki, həmin müqavilə qüvvədə olduğu müddət ərzində sifarişçinin tələbinə uyğun xidmət göstərilməsi, görülən işlərə görə xidmət haqqının ödənilməsi barədə bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz; -12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; -17-ci maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. -135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halları inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan ibarətdir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, şikayətin əsaslığına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş (baxmayaraq ki, şikayətçiyə bu barədə məhkəmə tərəfindən şərait yaradılmış), mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Gəlinən nəticə ilə bağlı məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, X6 və X2 rayonunda tikintisi aparılan obyektdə işləmişlər. Həmin tikinti obyektində X9 "xxxx" QSC ilə bağladığı xidmət müqaviləsi əsasında həmin tikinti şirkətinin sifarişlərini yerinə yetirərək X6 və X7 tikinti obyektində işlərin görülməsinə cəlb etmiş və onlara verilən əmək haqqı X3 bank hesabına köçürülmüş və sonuncu tərəfindən onlara gördükləri işlərə görə əmək haqqı verilmişdir. Bu hallar inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş protokolla və şikayətçinin məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq olunur. Qeyd olunan hallar ona dəlalət edir ki, X6 və X12 tikinti obyektində işlərin görülməsinə X9 tərəfindən cəlb olunmuşlar, onların gördükləri işlərə görə əmək haqqı da məhz sonuncu tərəfindən verilmiş, aralarında müvafiq qüvvədə olan əmək müqaviləsinin olması və ya X6 və X4 "xxxx" QSC tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri barədə isə hər hansı bir sübut təqdim edilməməklə iş üzrə müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, X11 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyil. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı X11 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-280/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-280/2024
08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver