Məhkəmə qərarları › İş №3(003)-2809/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2809/2025

26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2809/2025 26.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X6 İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: X2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X6 İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Müraciət müəllifi şikayətini onunla əsaslandırmışdır ki, heç bir qanun pozuntusu etmədiyi halda xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanda Bakı şəhəri X6 İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq işıqforun qadağanedici qırmizi işığında keçməsi bildirilmiş və hər hansı bir sübut, videogörüntü təqdim edilmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X6 İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə inzibati qaydada tənbeh edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X6 İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclaslarında X2 şikayətini müdafiə edərək müraciətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X6 İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 09:49-da X2 idarə etdiyi “Kia Forte” markalı 77YG035 dövlət qeydiyyat nişanlı avtomobillə işıqforun qadağanedici işarəsi verilərkən yolayrıcını keçmiş, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Şikayətin əsasını inzibati xətanın törədilməsi istinad edilən onun inzibati xəta hadisəsi törətməməsi, idarə etdiyi “Kia Forte” markalı 77YG035 dövlət qeydiyyat nişanlı avtomobillə işıqforun qadağanedici işarəsi verilərkən yolayrıcını keçməməsi təşkil edir. Məhkəmə verilmiş şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X6 İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə göndərilən videomaterialdan aydın olur ki, X2 xx.xx.2025-ci il tarixdə saat 09:49-da idarə etdiyi “Kia Forte” markalı 77YG035 dövlət qeydiyyat nişanlı avtomobillə işıqforun qadağanedici işarəsi verilərkən digər avtomobillər saxladığı halda hərəkətini davam etdirib yolayrıcını keçmişdir. Qeyd edilənlər subyektiv amillərin təsirindən uzaq, obyektiv sübut növü hesab edilən videogörüntü ilə sübuta yetirilir. Belə olan halda məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, inzibati orqan işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün araşdırma aparmış və əsaslı olaraq X2 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilmişdir. Odur ki, işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X6 İdarəsinin mübahisələndirilən TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və İXM-in 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X6 İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə şikayət və ya protest verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar