Məhkəmə qərarları › İş №3(003)-281/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-281/2023

12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-281/2023 12.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Məzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə Şəxs xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatdan olan və yaşayan haqqında Xəzər Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 04 yanvar 2023-cü il tarixli protokola və iş materiallarına əsasən sürücü Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:33-də «Opel Vectra» minik markalı, **-GU-*** dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə tanışları ilə kafedə oturmuşdur. Həmin gün o, spirtli içki qəbul etməsə də, orada olan tanışları ona bildirmədən ayıq sürücü çağırmışlər. Ayıq sürücünün sürücüsü onu məhəlləyə qədər aparmış, orada o, özü idarə edəcəyini bildirmişdir. Sükan arxasında olan zaman polis əməkdaşları onu saxlamışlar. Yoxlama zaman onun içkili olduğu məlum olmuş, lakin o, spirtli içki qəbul etməmişdir. Daha sonra o, nəticə ilə razılaşmadığına görə yenidə sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinədən keçmiş və onun ayıq olduğu məlum olmuşdur. O, barəsində tərtib olunmuş protokolla razı deyildir. Xəzər Rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə tanışları ilə birlikdə Günəşli qəsəbəsində yerləşən “Ləvəngi” adlanan kafedə oturmuşlar. Oradan ayrılarkən onlar ayıq sürücü çağırmışlar. Ayıq sürücünün sürücüsü onları məhəlləyə qədər aparmış, orada Ağasəf özü idarə edəcəyini bildirmişdir. Sükan arxasında olan zaman polis əməkdaşları Ağasəfi saxlamışlar. Yoxlama zaman Ağasəfin içkili olduğunu bildirilmişdir, lakin Ağasəf spirtli içki qəbul etməmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallanda olan 1/50 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs alkotesterlə aparılmış müayinəsi zamanı alkoqolun konsentrasiyasının göstəricisi 0,536 promil olmaqla sərxoş vəziyyətdə olmuşdur. İş materiallanda olan 2/356 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs alkotesterlə aparılmış müayinəsi zamanı alkoqolun konsentrasiyasının göstəricisi 0,000 promil olmaqla ayıq vəziyyətdə olmuşdur. İş materiallanda olan Avtonəqliyyat vasitəsinin saxlanma və qəbulu barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sərxoş vəziyyətdə idarət etdiyinə görə Şəxs məxsus «Opel Vectra» minik markalı, **-GU-*** dövlət nömrə nişanlı avtomobil cərimə müyadançasına yerləşdirilmişdir. İş materiallanda olan Səhiyyə Nazirliyinin Respublika X2 Hüquqi şəxsdən alınmış məktubdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:30-da sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə tibbi müayinədən keçmiş, 1/50 saylı Akt tərtib olunmuşdur. Müayinənin nəticəsi 0,536 promil olmuşdur. Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:56 radələrində sərxoşluğun bütün hallarının təyini məqsədi ilə tibbi müayinədən keçmiş, 2/356 saylı Akt tərtib olunmuşdur. Yoxlanılan şəxs ayıq müəyyən edilmişdir (0.00 promil). Nəzərə alınsa ki, orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarı orta hesabla 1 saata 0,1-0,2 promil təmizlənir, 0.00 promil olması mümkün hal hesab oluna bilər. Qeyd: Ölçmə vasitəsi alkotestr yoxlanılır və yoxlama şəhadətnaməsi “Sınıq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun olaraq akkreditasiya olunmuş yoxlama laboratoriyası tərəfindən verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. DYPİ-nin əməkdaşı tərəfindən alkotesterlə aparılmış müayinəsi zamanı alkoqolun konsentrasiyasının göstəricisi 0,536 promil olmuşdur. Şəxs avtomobilini sərxoş halda idarə etdiyini etiraf etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar