Məhkəmə qərarları › İş №3(003)-2811/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2811/2025

17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2811/2025 17.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlu, X1 Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 şikayət ərizəsilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X1 verdiyi şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati xəta hadisəsi Bakı şəhəri, Nəsimi rayonu ərazisində törədilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi məsələsi həll edilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta Nəsimi rayonu ərazisində törədildiyindən və X2 şikayətə yaşayış yeri üzrə baxılmasına dair vəsatət vermədiyindən Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3 və 129.1.3-cü maddəsini rəhbər tutaraq QƏRARAALDİM: X1 Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar