Məhkəmə qərarları › İş №3(003)-2815/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2815/2025

17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2815/2025 17.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X12 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1994-cü il tarixdə İsmayıllı rayonu Gəraybəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İsmayıllı rayonu, Gəraybəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 izahatında bildirdi ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-264/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən X7 2 övladı ilə hər həftənin şənbə günü saat 12:00-dan 18:00-dək Bakı şəhəri ərazisində görüşməlidir. Şəxs xx.xx.2025-ci il tarixdə görüşün keçirilməsinə maneçilik törətmişdir. Məhkəmə qərarının icrasından yayındığına və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında uşaqların ataları tərəfindən şiddət gördüyünə və atalarının məktəbdə mübahisə yaratdığına görə görüşmək istəmədiyini bildirsə də, bu fakt öz təsdiqini tapmamaqla yanaşı məhkəmə qərarının icrasından yayınmağa və icra məmurunun qanuni tələblərini yerini yetirməməyə əsas vermir. xx.xx.2025-ci il tarixli psixoloqun iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, hər iki uşaqla söhbət aparılmış və aparılan söhbət zamanı uşaqların anası tərəfindən manipulyasiya olunduğu aşkar edilmişdir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, X7 dəfələrlə zəng edərək şənbə günü olmasına baxmayaraq uşaqların anasının işdə olduğunu, uşaqların isə ona müxtəlif bəhanələrlə təhvil verilmədiyini, həmçinin uşaqların nənəsinin evdə olmasına baxmayaraq qapını açmadığın, uşaqlarla görüşə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, X7 ilə nikahları pozulduqdan sonra maddi ehtiyacları olduğu üçün işləməyə başlayıb. Uşaqlar da onun anası ilə birlikdə qalır. X5 da uşaqları hər dəfə məhz onun anası təhvil verir. Məhkəmə qərarının icrasından yayınmır və görüşə heç bir maneçilik törətmir. Sadəcə olaraq X7 görüş vaxtı uşaqlara şiddət göstərdiyindən, uşaqlarının təhsil aldığı məktəbə gedərək orada mübahisə yaratdığından uşaqlarda psixoloji travma yaranmış və bu səbəbdən də, uşaqlar qorxaraq ataları ilə görüşməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 izahatında bildirdi ki, məhkəmə qərarı əsasında uşaqları ona Şəxs təhvil verməli olduğu halda, işləməsi səbəbindən anası təhvil verir. Uşaqları təhvil verərkən hər dəfə maneçilik törədilir. Şənbə günü 08 noyabr 2025-ci il tarixdə uşaqlarla görüşmək istəsə də, uşaqların xəstə olması bəhanə gətirilərək görüşün baş tutmasına imkan verilməmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə də görüşün baş verməsinə maneçilik törədilmişdir. Özü tərəfindən uşaqlara heç bir şiddət göstərilmir, əksinə təqdim edilmiş Şəxs ilə “Whatsapp” yazışmalarına əsasən uşaqlara şiddətin məhz Şəxs tərəfindən edildiyi də müəyyən edilmişdir. “Whatsapp” yazışmalarından da görünür ki, o uşaqları müəyyən edilmiş vaxtda ona təhvil vermir. İş materiallarına əlavə edilmiş MN ******* nörməli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-264/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən X7 2 övladı ilə hər həftənin şənbə günü saat 12:00-dan 18:00-dək Bakı şəhəri ərazisində görüşməlidir. İcra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və məhkəmə qərarının icrasından qərəzli yayındığına görə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin 2(037)-264/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, X4 15 iyul 2019-cu il təvəllüdlü X11 və 13 noyabr 2020-ci il təvəllüdlü X10 ilə ünsiyyətdə olması üçün müddət - hər həftənin şənbə günü saat 12:00-dan 18:00-dək Bakı şəhəri ərazisində müəyyən edilmişdir. Uşaqların ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onların yaşayış yeri üzrə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində hər həftənin şənbə günü saat 12:00-da Şəxs tərəfindən X5, həmin gün saat 18:00-da X7 tərəfindən Şəxs təhvil verilməlidir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon İcra və probasiya şöbəsinin rəisi X6 icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-264/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş aktdan görünür ki, psixoloq Nigar Qasımova hər iki uşaqla söhbət apararaq bu qənaətə gəlmişdir ki, davamlı olaraq eyni sözləri təkrar etdiklərinə görə uşaqlar digər valideyni tərəfindən manipulyasiya edilir. Bu da uşaqların inkişafına emosional zərər yetirir. Eyni zamanda psixoloq bildirdi ki, uşaqların danışığından aşkar olunur ki, anaları işdə olduğundan nənələri ilə vaxt keçirirlər və ataları ilə görüşməklərinə maneçilik törədilir. İş materiallarına əlavə edilmiş Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə yazdığı izahatından görünür ki, X7 ilə övladlarının görüşməsinə maneçilik törətməmişdir. X7 uşaqlarının təhsil aldığı məktəbə gedərək orada mübahisə yaratmış və bu səbəbdən də övladları qorxub atası ilə görüşmək istəməmişdir. İş materiallarına əlavə edilmiş “Whatsapp” yazışmalarından görünür ki, Tələbkarın görüş vaxtının olmasını bildirməsinə baxmayaraq Şəxs xx.xx.2025-ci il tarixdə uşaqların ataları ilə görüşünün keçirilməyəcəyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi barədə məlumatı var, lakin icra sənədi üzrə uşaqların ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onların yaşayış yeri üzrə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində hər həftənin şənbə günü saat 12:00da Şəxs tərəfindən X5 təhvil verilməsi üzrə icra sənədinin tələblərini yerinə yetirməmiş və yerinə yetirməkdən yayınmışdır. İcra sənədi üzrə tələbin yerinə yetirilməməsinə səbəb isə, uşaqların ataları tərəfindən şiddət görməsi və atalarının məktəbdə mübahisə yaratması səbəbindən uşaqların atası ilə görüşdən imtina etməsidir. Lakin bu hal öz təsdiqini tapmamaqla yanaşı məhkəmə qərarının icra edilməməsinin üzürlü hesab edilməsi üçün əsas deyildir. Belə ki, “Whatsapp” yazışmalarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə uşaqların ataları ilə görüşünün keçirilməyəcəyini bildirmişdir. Şəxs məhkəmədə izahatında qeyd edilən yazışmanın onun tərəfindən yazıldığını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə dair izahatını onun özünümüdafiəsinə yönəlmiş izahat kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar