Məhkəmə qərarları › İş №3(003)-2816/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2816/2025

17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2816/2025 17.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi X2, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə inzibati tənbeh tədbiri tətbiq edilmiş X3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət nəzərdən keçirərək, müəyyən etdim: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EP ******* nömrəli iinzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə inzibati tənbeh tədbiri tətbiq edilmiş X3 nümayəndəsi və vəkili Nümayəndə şikayətini xx.xx.2025-ci il tarixdə təqdim etməklə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd edilmişdir ki, X6 xx.xx.2023-cü il tarixdə 67900 Avro məbləğində vəsaiti xaricə köçürmüş və 2 il müddət keçsə də 67900 Avro məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da o Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirdikdən sonra hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Şikayət ərizəsi barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən imzalanmış, lakin ərizəyə nümayəndə səlahiyyətini təsdiq edən sənəd (etibarnamə) əlavə edilməmişdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.2 və 130.3-cü maddələrinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göründüyü kimi qanunvericilik inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət vermək hüququnu və şikayət vermək müddətini müəyyən etmişdir. Hazırki iş üzrə şikayətçi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət etsə də, buraxılmış müddətin bərpası barədə vəsatəti şikayət ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.4 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı işin icraatını rədd edən hallar mövcudluğunu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilməsi barədə sənədlər, həmçinin qeyd olunan müddətdə verilmədiyi halda isə müvafiq vəsatət şikayət, həmçinin Kamran X1 nümayəndəsi olması barədə sənəd ərizəsinə əlavə edilmədiyindən şikayətə baxılması mümkün deyil və şikayət geri qaytarılmalı, X5 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126, 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə inzibati tənbeh tədbiri tətbiq edilmiş X3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X5 şikayətin qaytarılmasına əsas olmuş nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan apellyasiya şikayəti və ya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar