Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2817/2023 01.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Zərər çəkən şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Neftçala rayonunun Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Hərbi şəhərcik, 843 nömrəli ailəvi yataqxana ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-752/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs borca görə 12900 manat və ödənilmiş dövlət rüsumuna görə 15 manat tələbkar X2 xeyrinə tutulmalıdır. Həmçinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7971/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən cəmi 427 ABŞ dolları məbləğində pul və 20 manat dövlət rüsumu kreditor BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Ondan icra sənədləri üzrə borcun ödənilməsi tələb olunmasına və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Həmçinin çağırışlara gəlmədiyindən barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsi tərəfindən saxlanılmış və icra şöbəsinə təhvil verilmişdir. İzahatında həmçinin bildirdi ki, borclu Şəxs, əvvəllərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiri tətbiq edilmişdir. İcra sənədləri üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüş, onun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olub-olmamağını yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmişdir. Lakin heç bir nəticə əldə olunmamışdır. Hazırda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkən şəxs X4 izahatında bildirdi ki, borclu Xatirə bacısıdır. Ona borcun ödənilməsi üçün şərait yaratmışdır. Belə ki, ona şərait yaratmışdır ki, o ayda 200 manat ödəniş etsin. 2023-cü ilin fevral ayında 200 manat, mart ayında 150 manat, aprel ayında 150 manat, o biri aylarda isə 50 manat ödəmiş, sonra isə ödənişləri dayandırmışdır. O, tək qadındır və heç bir qazancı yoxdur. Borclu isə borcunu ödəmədiyindən dolana bilmir. Ona görə də Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, maddi imkanı pis olduğundan ödəniş edə bilməmişdir. Hazırda isə hissə-hissə, yəni ayda 200 manat olmaqla ödənişlər edə bilər. İzahatında həmçinin bildirdi ki, o, icra məmurunun çağırışlarından yayınmamışdır. Belə ki, Şuşa şəhərində aşbaz işləyir, ona görə də icra şöbəsinə gələ bilməmişdir. Barəsində yüngül tənbeh tətbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-752/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs tələbkar X2 xeyrinə borca görə 12900 manat və ödənilmiş dövlət rüsumuna görə 15 manat pul vəsaiti tutulmalıdır. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7971/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən borclu Şəxs cəmi 427 ABŞ dolları məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə və 20 manat məbləğində dövlət rüsumu tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. - xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs barəsində axtarış elan ediləsi qərara alınmışdır. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən borclu Şəxs Xəzər rayon İcra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. -Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Şəxs saxlanılaraq Xəzər rayon icra şöbəsinə təhvil verilmişdir. Həmçinin iş materiallarından görünür ki, borculunun adına əmlakın (daşınar və daşınmaz, bank hesabları və s.) olub-olmaması barədə icra məmuru tərəfindən müxtəlif orqanları sorğular edilmiş, lakin borclunun adına icra sənədi üzrə tələbin yönəldilə biləcək hər hansı bir əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs icra sənədləri üzrə müəyyən olunmuş borcunu qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Həmçinin iş materiallarından görünür ki, icra məmuru tərəfindən icra şöbəsinə gəlməsi barədə çağırışlarından yayındığına görə barəsində axtarış elan olunmuş və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsi tərəfindən saxlanılaraq icra şöbəsinə təhvil verilmişdir. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halın olmasını, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq, onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqəsdəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-2817/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2817/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver