Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-282/2024 29.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni sahə ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inziabti xəta haqqında protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Şəxs icraatında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5296/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən cəmi 6619,29 manat pul tutularaq "xxxx" ASC-yə və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-740/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən cəmi 1342,31 manat tutularaq "xxxx" KB ASC-yə ödənilməlidir. Qeyd olunan icra sənədləri barədə Şəxs məlumatlandırılmış, könüllü icrası üçün vaxt verilmiş, lakin icra sənədləri üzrə heç bir ödəniş aparmamış və icra sənədlərinin icrasından üzrsüz səbəbdən yayınmışdır. İcra sənədləri üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüş, onun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olub-olmamağını yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmişdir. Lakin heç bir nəticə əldə olunmamışdır. Həmçinin çağırışlara gəlmədiyindən barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və icra şöbəsinə təhvil verilmişdir. Hazırda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, onun icra sənədləri barədə məlumatı var. 2014cü ildə işlədiyi yer bağlanmış, ondan sonra işləmir. Əmək qabiliyyəti də yoxdur, lakin əlillik ala bilmir. Əri də insult keçirdiyinə görə işləmir. İzahatında həmçinin bildirdi ki, icra sənədləri üzrə ondan tələb olunan borclarla da razı deyil. Belə ki, hesab edir ki, ondan şişirdilmiş məbləğlərdə borc tələb olunur. Borcları üzrə 2015-ci ildə ödənişlər etmiş, lakin müvafiq qəbzlər yararsız vəziyyətdə olduğundan və üzəri silindiyindən hazırda təqdim edə bilmir. Hazırda ərinin adına torpaq sahəsi var və həmin torpaq sahəsini satdıqdan sonra əldə edilən pul vəsaiti hesabına ödənişlər edəcəklər. Məhkəmə, proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5296/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə əsasən borclu Şəxs cəmi 6619,29 manat və 20 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-720/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə əsasən borclu Şəxs cəmi 1342,31 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. - xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, borclu Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Həmçinin iş materiallarından görünür ki, borculunun adına əmlakın (daşınar və daşınmaz, bank hesabları və s.) olub-olmaması barədə icra məmuru tərəfindən müxtəlif orqanlara sorğular edilmiş, lakin borclunun adına icra sənədi üzrə tələbin yönəldilə biləcək hər hansı bir əmlak aşkar edilməmişdir. Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs evli olmaqla, iki azyaşlı uşağı vardır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədləri barədə məlumatı var, lakin icra sənədlərindəki göstərilmiş tələbləri qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Belə ki, 2015-ci il tarixli icra sənədləri olmasına baxmayaraq, hal-hazıradək hər hansı bir məbləğdə ödənişlərin onun tərəfindən aparılması barədə sübut təqdim edilməməklə məhkəmə tədqiqatında da bu hal müəyyən edilməmişdir. Bununla da məhkəmə qeyd edir ki, Şəxs tərəfindən icra sənədləri üzrə tələblər uzun müddətdir ki, üzrsüz səbəbdən icra edilmir. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs himayəsində iki azyaşlı uşağının olmasını məhkəmə, iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halın olmasını, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq, onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqəsdəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-282/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-282/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver