Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2826/2025 18.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X11 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhər Xəzər rayon İcra Şöbəsinin məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 iştirakı ilə, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhər Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Bakı şəhər Xəzər rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən X6 İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən icra məmuru bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-262/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən X4 hər ay 340 manat məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olub. Tələbin könüllü icra edilməsi haqqında bildiriş borcluya xx.xx.2024-cü il tarixdə təqdim edilib və ölkədən getmək hüququ məhdudlaşdırılıb. xx.xx.2024-cü ill tarixdə inzibati məsuliyyətə cəlb olunub. Qeyd edilən məbləğin ödənilməsi ilə bağlı müxtəlif vaxtlarda hissə-hissə ödənişlər edilib. Aliment üzrə ümumi borc təxmini beş min manatdan artıq təşkil edir, lakin borclu tərəfindən qəbzlər tam şəkildə, eləcə də tələbkar tərəfindən kartdan çıxarış təqdim edilmədiyi üçün dəqiq borc məbləğini deyə bilmir. Məhkəmə iclasında tələbkar X5 analoji fikirlər söyləyib bildirmişdir ki, müxtəlif tarixlərdə, lakin hər ay borclu tərəfindən fərqli məbləğdə ödənişlərin edilməsinə baxmayaraq hazırda aliment üzrə borc dörd min manata yaxın təşkil edir, lakin dəqiq hansı məbləğdə borcun təşkil etməsini yalnız kart hesabından çıxarışını əldə edəndən sonra deyə bilər. Məhkəmə iclasında borclu X9 aliment üzrə məhkəmə qərarının icrasından boyun qaçırmadığını, hər ay aliment üzrə ödəniş etdiyini, günəmuzd fəhlə işlədiyindən, borcu yaranmaması üçün gündəlik qazancından ara-sıra az mirdarda da olsa ödənişlər etməsini, ödənilmiş məbləğlərə dair qəbzlərinin olmasını, lakin bir çox qəbzi itirdiyini, hazırda borcunu tələbkar və icra məmurunun dedikləri məbləğdə deyil, qat-qat aşağı olduğunu bildirmişdir. Növbəti məhkəmə iclasında tələbkar X5 tərəfindən aliment kartından edilmiş çıxarışla müəyyən edilmişdir ki, borclu X9 hər ay aliment üzrə ödəniş etmiş, xx.xx.2023-cü il tarixdən qalıq borcu 2.574 manat təşkil edir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin müddəalarına görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-nin 8.2 və 8.3-cü maddələri). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Şəxs tərəfindən inzibati xətanı törədilməsi sübuta yetirilmədiyindən inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir (İXM-nin 53.2-ci maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXM-nin 105-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Məhkəmə hesab edir ki, hazırki iş materiallarından borclu X6 məhkəmənin qərarını üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 43, 53.2, 105, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X9 tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən İXM-nin 53.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(003)-2826/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2826/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver