Məhkəmə qərarları › İş №3(003)-2827/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2827/2025

26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2827/2025 26.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: X3 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Müraciət müəllifi şikayətini onunla əsaslandırmışdır ki, idarə etdiyi 77BU794 dövət qeydiyyat nişanlı nəqliyyat vasitəsini hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metr deyil, 8 metr məsafədə saxladığı halda barəsində qanunsuz olaraq inzibati xəta haqqında qərar qəbul edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin X1 xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X3 şikayətini müdafiə edib müraciətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin X1 xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 11.12. 2025-ci il tarixdə saat 15.11-də X3 idarə etdiyi “Toyota Prius” markalı 77BU794 dövlət qeydiyyat nişanlı avtomobillini hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az məsafədə saxladığı üçün İXM-nin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. İXM-nin 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə - qırx manat məbləğində cərimə edilir. Müraciət müəllifinin şikayətinin əsasını idarə etdiyi “Toyota Prius” markalı 77BU794 dövlət qeydiyyat nişanlı avtomobilli hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından qanunveriliklə qadağan edilməmiş məsafədə saxlaması təşkil edir. Məhkəmə verilmiş şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisələndirilən elektron qərar subyektiv amillərin təsirindən uzaq, tətbiqi xüsusiyyətlərinə görə bir sıra, o cümlədən İXM-nin 346-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətaların aşkar edilməsinə yönəlmiş (İXM-nin 122.1-ci maddəsi) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin X1 xüsusi texniki vasitələrinin göstəriciləri əsasında qəbul edilir. Həmin texniki vasitələr məhz yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati xətaların müəyyən edilməsinə texniki cəhətdən kökləndiyindən məhkəmə hesab edir ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin X1 xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı özlüyündə obyektiv sübut növü kimi qəbul edilməlidir. Odur ki, işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin mübahisələndirilən xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və İXM-in 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin X1 xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə şikayət və ya protest verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar