Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-283/2024 01.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Gyulnara Balabekovanın Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Gyulnara Balabekova şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X4 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 23 yanvar 2024-cü il tarixdə X4 müəllim kimi işlədiyi uşaq hazırlıq kursunun binasında hazırladığı 3 məktəb şagirdləri və onların valideynlərin yanında heç bir əsaslı səbəb olmadan onun üstünə qışqırmış, onu təhqir edərək "ifritǝ" demiş, onun iş yerində hazırlaşdırdığı məktəbli uşaqların dərsini bölmüş, dərs keçməyinə mane olmuş, sinif otağının qapısını çırpmış, ictimai qaydanı pozmuşdur. Bütün bu olanlar hamısı sinif otağında məktəbli uşaqların və onların valideynlərinin gözü qarşısında olmuşdur. O, X3 hərəkətlərindən dərin stres və əsəb keçirmiş, qorxmuş, onun dərs keçdiyi uşaqlar və onların anaları da çox qorxmuş, qorxudan əsmiş, şagirdlər hələ də qorxudan dərsə gəlmək istəmirlər. X4 nə ondan, nə uşaqlardan nə də onların valideynlərindən elədiyi hərəkətə görə üzr istəməmiş, əksinə yaxşı elədiyini bildirmişdir. X3 xırda xuliqanlıq hərəkətlərinə görə onun müəllim kimi şagirdlərinin yanında işgüzar nüfuzu aşağı düşmüşdür. Şagirdlərin və valideynlərinin də məhkəmədə şahid kimi dindirilməsini xahiş edir. Qeyd etmək lazımdır ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. X4 öz hərəkətləri ilə qadın müəllimə kimi ona hörmət qoymamış, uşaqlara dərs keçən vaxt dərsini bölmüş, uşaqların yanında da öz aqressiv hərəkətlərini davam etdirmiş, şagirdlərin dərsdə olduğuna heç bir əhəmiyyət verməmiş, əxlaq normalarını və qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud şəkildə pozmuşdur. Xəzər RPİ-nin 1ci polis şöbəsinin rəisi Habil Həsənovun xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarı ilə X4 İXM-nın 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, həmin qərar tamamilə qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və X4 inzibati qaydada həbs edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin sahə müvəkkili Gülağa Əhmədov bildirmişdir ki, A.Quliyevin əvvəllər məhkum edilmədiyini, ilk dəfə məsuliyyətə cəlb edildiyini, əməlindən peşman olduğunu, qadına əl qaldırmadığını, ağır söyüş söymədiyini nəzərə alaraq 50 manat məbləğində cərimə edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş X2 ərizəsini müdafiə etdiyini və şəxsin barəsində daha sərt cəzanın verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş X1 vəkili Vəkil ərizənin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şikayət olunan şəxs X4 bildirmişdir ki, o, Gyulnara Balabekovaya qarşı heç bir təhqiredici söz deməmiş, əl qaldırmamışdır. Həmin ərazidə onun obyekti olduğunu və ora gələn müştərilərin obyekti görmək üçün daima Gyulnara xanımdan xahiş etmişdir ki, maşını orada saxlamasın. Lakin Gyulnara xanım elə bil ki, qəsdlə maşını düz onun obyektinin qarşısında saxlayırdı ki, bu da onun müştərilərini itirməyə səbəb olurdu. Bu dəfə də Gyulnara xanım eyni qaydada maşını saxlamış və o, həmin maşının ordan götürülməsini xahiş etmək üçün Gyulnara xanımın otağına getmiş, lakin xanım əli ilə işarə edərək onun otaqdan çıxmasını və qapını bağlamasını istədikdə bu hərəkət ona pis təsir etdiyi üçün o da kobudluq etmişdir. Lakin onun qadına qarşı əl qaldırmaq və təhqir etmək niyyəti olmamışdır. Ona görə də 50 manat məbləğində cərimə olunmuşdur. Əməlindən peşmandır və hesab edir ki, şikayət əsassızdır. Ona görə də şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi və şikayətçi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin rəisi Habil Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində Gyulnara Balabekovaya qarşı xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlərə yol verdiyi üçün Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi aşkar edilmiş və barəsində 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X2 hazırkı şikayətində X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu, şəxs barəsində inzibati qaydada həbs tətbiq olunmasını bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin rəisi Habil Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh edilmişdir. İş üzrə müəyyən olunmuşdur ki, A.Quliyev əvvəllər məhkum olunmamışdır və törətdiyi əməldən peşmandır. Onun barəsində ilk dəfə inzibati tənbeh tədbiri tətbiq edildiyi üçün 50 manat məbləğində cərimə cəzası yazılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə A.Quliyevin ilk dəfə məsuliyyətə cəlb edildiyini, əməlindən peşman olduğunu və digər amilləri nəzərə alaraq hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da ağırlaşdırılması və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin rəisi Habil Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-283/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-283/2024
01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver