Məhkəmə qərarları › İş №3(003)-2839/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2839/2025

30.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2839/2025 30.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs Santakaterina Luinin və onun nümayəndəsi Santakaterina (Şirəliyeva) Nigar Mehdi qızının iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli EP seriyalı 00800/01131 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Lui Santakaterina tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Santakaterina Lui Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli EP seriyalı 00800/01131 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Müraciət müəllifi şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə vətəndaşı olan X1 Azərbaycan Respublikasına gələrkən özü ilə arvadı Nigar Santakaterinaya gətirdiyi **********17592 və **********83040 İMEİ kodlu 1 ədəd “İphone 16 pro 1 TB” markalı mobil telefonu X4 Aeroportunda **********129 nömrəli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan etmiş, ümumilikdə 494.23 manat məbləğində gömrük rüsumunun ödənişini həyata keçirmişdir. Lakin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini bilmədiyi üçün xx.xx.2025-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına yaxınlaşaraq özü ilə gətirdiyi **********17592 və **********83040 İMEİ kodlu 1 ədəd “İphone 16 pro 1 TB” markalı mobil telefonu bəyan etməməyi ilə əlaqədar ərizə yazmamış, bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 482.1-ci maddəsi ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində 00800-01194/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, 00800/01131 nömrəli İnzibati tənbehvermə haqqında Qərar qəbul edilərək 996 manat cərimə tətbiq edilmişdir. Odur ki, xx.xx.2025-ci il tarixli EP seriyalı 00800/01131 nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Santakaterina Lui və onun nümayəndəsi Santakaterina (Şirəliyeva) Nigar Mehdi qızı şikayəti müdafiə edib müraciətə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli EP seriyalı 00800/01131 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Santakaterina Lui xx.xx.2025-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına yaxınlaşaraq özü ilə gətirdiyi **********17592 və **********83040 İMEİ kodlu 1 ədəd “İphone 16 pro 1 TB” markalı mobil telefonu bəyan etmədiyi üçün İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 996 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. “Fiziki şəxslər tərəfindən verilən sadələşdirilmiş bəyannamənin gömrük ödənişlərinin hesablanması blankı”ndan görünür ki, Santakaterina Lui xx.xx.2025-ci il tarixdə özü ilə gətirdiyi **********17592 və **********83040 İMEİ kodlu 1 ədəd “İphone 16 pro 1 TB” markalı mobil telefonu X4 Aeroportunda **********129 nömrəli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının arayışından görünür ki, Santakaterina Lui yuxarıda qeyd edilən bəyannamə ilə müəyyən edilmiş 494 manat 23 manat məbləğində rüsumu xx.xx.2025-ci il tarixdə ödəmişdir. İXM-in 482.1-ci maddəsi Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə (bu az miqdarda olduqda) inzibati qaydada məsuliyyət nəzərdə tutur. Bu maddənin dispozisiyasından görünür ki, qeyd edilən maddə ilə inzibati məsuliyyət şəxs tərəfindən gömrük sərhədindən keçirilən malların bəyan edilməməsinə görə yaranır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin tələbinə görə gömrük sərhədindən keçmə mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması üzrə hərəkətlərdir (1.0.22-ci mad.). Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir (146.1-ci mad.). Gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması həmin Məcəllənin 214-cü maddəsi, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikasının Qanununa əsasən qadağan edilmiş mallar istisna olmaqla, fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi güzəştli və sadələşdirilmiş qaydada keçirirlər (299.1-ci mad.). İnzibati xətalara dair qanunvericiliyin tələblərinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (İXM-in 53.1.2-ci maddəsi). İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXM-nin 105.1-ci maddəsi). Məhkəmə hesab edir ki, Lui Santakaterina tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasına gələrkən özü ilə gətirdiyi **********17592 və **********83040 İMEİ kodlu 1 ədəd “İphone 16 pro 1 TB” markalı mobil telefonu X4 Aeroportunda **********129 nömrəli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edildiyindən onun əməlində inzibati xəta tərkibi olmadığı üçün onun ərizəsi təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli EP seriyalı 00800/01131 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və barəsində İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Barəsində İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Lui Santakaterinanın verdiyi şikayət təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli EP seriyalı 00800/01131 nömrəli Santakaterina Luinin İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinməsi və inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə şikayət və ya protest verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar