Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-284/2023 31.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında 00800-00006/23 nömrəli, 10 yanvar 2023-cü il tarixli protokola əsasən Şəxs malların sənədlərindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə, yəni keçirilmə zamanı gömrük orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədləri təqdim etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X3 göstərdi ki, Əməliyyat və təhqiqat idarəsi Əməliyyat şöbəsinən daxil olmuş 02 noyabr 2022-ci il tarixli raportda göstərilmişdir ki, «Mover.az» poçt daşımaları şirkəti vasitəsi ilə X2 Azərbaycan Respublikasına ***- *******4 nömrəli aviaqaimə ilə Rəşad Tanrıverdiyevin adına göndərilən, izləmə kodu MVRM********** olan poçt bağlamasında olan malın dəyəri (daşınma xərci ilə birlikdə 204,17 ABŞ dolları) internet resurslarında olan məlumatlarla müqayisə olunmuş, gömrük dəyərinin aşağı olmasında şübhə yarandığına görə sözügedən bağlama araşdırma aparılması üçün protokol əsasında götürülmüşdür. Araşdırma zamanı ABŞ-dan gələn invoys dəyəri 792,95 ABŞ dolları (1359,91 manat) olan bağlamanın sahibi Azərbaycan Respublikasının vətəndaşı Şəxs tərəfindən malın gömrük sərhədindən keçirilməsi zamanı digər mala aid olan sənədləri təqdim etdiyi məlum olmuşdur. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Rəşad Tanrıverdiyev onun qaynıdır. Rəşad 28 dekabr 2022-ci ildə ona etibarnamə vermişdir. O, ABŞ-dan 1 ədəd notebook və gödəkcə sifariş vermiş, lakin İİ qrup gözdən əlil olduğundan və gözləri pis gördüyündən əşyaları bəyan edərkən kodunu düzgün göstərməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək aşağı həddə cərimə təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs malların sənədlərindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə, yəni keçirilmə zamanı gömrük orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədləri təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasındakı nümayəndəliyinin əməlində Azərbaycan Respublikası İXM-nin 481-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini və əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olmuş 792,95 ABŞ dolları dəyərində olan Creator M16A12UE markalı noutbukun qırx faizi məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati xətanın bilavasitə obyekti olmuş Creator M16A12UE markalı noutbuk qərar qanuni qüvvəsini aldıqdan sonra müvafiq gömrük rəsmiləşdirilməsi aparılaraq Şəxs geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 481-ci maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan Creator M16A12UE markalı, 792,95 ABŞ dolları dəyərində noutbukun 40 (otuz) faizi, 317,18 (üç yüz on yeddi dollar on səkkiz sent) ABŞ dolları məbləğində (qərarın icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla) cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan Creator M16A12UE markalı qərar qanuni qüvvəsini aldıqdan sonra müvafiq gömrük rəsmiləşdirilməsi aparılaraq Şəxs geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-284/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-284/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver