Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2857/2025 09.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X2 Hidayət qızının sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Bakı şəhəri X6 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən Şəxs İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilərək müvafiq qərardadla Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün materiallar məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi, eləcə də barəsində inzibati xətanı törətməsinə dair protokol tərtib edilmiş şəxs xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin və barəsində inzibati xətanı törətməsinə dair protokol tərtib edilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri X6 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs **-NX-*** dövlət nömrə nişanlı “Hyundai Sonata” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə onun əməlində İXM-nin 333.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” xx.xx.2025-ci ilk tarixli protokoldan görünür ki, sərxoşluq vəziyyətini müəyyən etmək üçün nəzərdə tutulmuş “ACE-Z” markalkı 642155 nömrəli xüsusi texniki vasitədən istifadə edərkən Şəxs şərxoş halda nəqliyyat vasitəsini idarə etməsi, alkoqolun miqdarının 0,409 promil olması müəyyən edilmiş, sürücü Şəxs bir daha spirtli içki qəbul edib avtomobili sərxoş vəziyyətdə idarə etməməsinə söz vermişdir. İXM-nin müddəalarına əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İXM-nin 9.1-ci maddəsi). Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İXM-nin 31.2-ci maddəsi). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (İXM-nin 32.2-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). İXM-nin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətdiyi əməl nəticəsində həm özünün, həm də ətrafdakı şəxslərin həyatına təhlükə yaratmasını, istər özü, istərsə də başqa şəxslər tərəfindən gələcəkdə bu cür hallara yol verməsinin qarşısını almaq məqsədilə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan orta həddə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmə hüququ 09 (doqquz) ay müddətinə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə şikayət və ya protest verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(003)-2857/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2857/2025
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver