Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-286/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" ASC) nümayəndəsi X1 iştirakı ilə "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 482.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən (bundan sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsi) daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən "xxxx" ASC tərəfindən “ALS Laboratuar Hizmetleri LTD” şirkətinə **********2 nömrəli aviaqaimə əsasında göndərilən 26.11.2021-ci il tarixli **********9382 sorğu nömrəli gömrük bəyannaməsi əsasında 1 yer brutto çəkisi 57 kq 182,40 ABŞ dolları dəyərində “İlkin formalarda silikonlar” adlı yük kimi ixrac gömrük proseduru altında bəyan edilən yük nəzarətə götürülmüşdür. Yükün yoxlanılması zamanı 1 ədəd taxta qutu açılmış və qutuda 12 ədəd paket olduğu müəyyən olunmuşdur. Həmin paketlərə yoxlama keçirilərkən üzərində Z-21-001-01 rəqəm hərfləri qeyd edilmiş 1-ci paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 24 ədəd kiçik həcmli sellofan paketlər (Z-21- 001-01 — Z-21-001-24), üzərində Z-21-002-01 rəqəm hərfləri qeyd edilmiş 2-ci paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 34 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-002-01 — Z-21-002-34), üzərində Z-21-003-01 rəqəm hərfləri qeyd edilmiş 3-cü paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 29 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-003-01 — Z-21-003-29 ), üzərində Z-21- 004-01 rəqəm hərfləri qeyd edilmiş 4-cü paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 23 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-004-01 — Z-21-004-23 ), üzərində Z-21-005-01 rəqəm hərfləri qeyd edilmiş 5-ci paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 28 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-005-01 — Z-21-005-28), üzərində Z-21-006-01 rəqəm hərfləri qeyd edilmiş 6-cı paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 18 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-006-01 — Z-21-006-18), üzərində Z-21-007-01 rəqəm hərfləri qeyd edilmiş 7-ci paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 25 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-007-01 — Z-21-007- 25), üzərində Z-21-008-01 rəqəm hərfləri qeyd edilmiş 8-ci paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 20 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-008-01 — Z-21-008-20), üzərində Z-21-009-01 rəqəm hərfləri qeyd edilmiş 9-cu paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 18 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-009-01 — Z-21-009-18), üzərində Z-21-010-01 rəqəm hərfləri qeyd edilmiş 10-cu paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 21 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-010-01 — Z-21-010-21), üzərində Z-21-011-01 rəqəm hərfləri qeyd edilmiş 11-ci paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 25 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-011-01 — Z-21-011-25), üzərində Z-21-012-01 rəqəm hərfləri qeyd edilmiş 12-ci paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 37 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-012-01 — Z-21-012-37) aşkar edilmişdir. Aşkar olunan əşyalar qablaşdırılıb protokol əsasında götürülmüşdür. Bununla bağlı "xxxx" ASC-nin barəsində Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X2 tərəfindən 14 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə 00800-0245/21 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında "xxxx" ASC) nümayəndəsi X3 göstərdi ki, səlahiyyətli qurum kimi Gömrük İdarəsi tərəfindən inzibati xətalar qanunvericiliyinin maddi və prosessual normaları kobud şəkildə pozulduğundan, habelə iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması təmin edilmədiyindən "xxxx" ASC-nin əməlində isə hər hansı inzibati xətanın tərkib əlamətləri müşayiət olunmadığından sonuncunun barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Məsələ ilə bağlı qeyd edilməlidir ki, "xxxx" ASC ilə "xxxx" MMC (bundan sonra - Cəmiyyət) arasında 17 noyabr 2021-ci il tarixdə Xidmət müqaviləsı (bundan sonra - Müqavilə) imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə icraçı qismində Cəmiyyət "xxxx" ASC-nin sifarişi əsasında yüklərin ilkin yerindən təyinat yerinə daşınması, çatdırılması, gömrükləmə, anbarlama, çeşidləmə, yükdaşırma və s. xidmətləri göstərməsini öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən icraçı zəmanət verir ki, xidmətləri sifarişçinin göstərişlərinə uyğun olaraq vaxtında və yüksək keyfiyyətlə göstərəcək, həmçinin xidmətlərin yerinə yetirilməsi üçün yüksək səviyyəli mütəxəssisləri cəlb edəcək. Eyni zamanda müqavilənin 4.2.1-ci yarımbəndinə əsasən bu müqavilədə gösttərilən vaxtda və lazımi keyfiyyətdə xidmətləri göstərib təhvil vermək icraçının vəzifələri sırasına aid edilmişdir. İşin faktiki hallarının qısa təsviri ilə vurğulanmalıdır ki, ASK” ASC tərəfindən Türkiyədəki şirkətə çatdırılması üçün geoloji analiz üçün mineral nümunələrin müvafiq rəsmiləşdirmə aparılmaqla xaricə göndərilməsi sifariş edilmişdir. Lakin icraçı şirkətin texniki səhvi nəticəsində gömrük rəsmiləşdirilməsi zamanı malların adı səhv yazılmışdır. Belə ki, tərəflərindən təqdim edilən 2135-01 nömrəli 08 dekabr 2021-ci il tarixli hesab-fakturanın 3-cü bölməsində göstərilən məlumat (mineral samples for labaratory analyzes – geoloji üçün mineral nümunələr) şirkət tərəfindən "xxxx" ASC-nin məlumatı və razılığı olmadan (silicon in its initial form - ilkin formalarda silikon) adı ilə əvəz edilmişdir. Qeyd edilməlidir ki, Gömrük Məcəlləsinin (bundan sonra — Məcəllə) 22.1-ci maddəsinə görə gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir. Həmin Məcəllənin 22.3-cü maddəsinə görə gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır. Bu Məcəllənin 22.4-cü maddəsinə əsasən gömrük brokerinin təmsil etdiyi şəxslərlə münasibətləri tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir. Əlavə olaraq qeyd edirik ki, İXM-in 482.3-cü maddəsi mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə inzibati məsuliyyət müəyyən etmişdir. Bununla bağlı qeyd olunur ki, Məcəllədə gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilməsi üçün gömrük prosedurları və xüsusi gömrük prosedurları müəyyən edilmişdir. Belə ki, sözügedən Məcəllənin 1.0.18-ci maddəsinə görə gömrük proseduru — bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biridir. Məcəllənin 28-ci təsli və 166-cı maddəsində isə xüsusi gömrük prosedurlarının əhatə dairəsi konkret olaraq göstərilmişdir. Belə ki, həmin maddəyə görə mallar aşağıdakı xüsusi gömrük prosedurları altında yerləşdirilə bilər: 166.0.1. tranzit (beynəlxalq və daxili tranzit): 166.0.2. saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc): 166.0.3. sərbəst zona, 166.0.4. xüsusi istifadə (müvəqqəti idxal və son istifadə), 166.0.5. emal (daxildə və xaricdə emal). Məcəlləyə görə ixrac — xüsusi gömrük proseduru deyil və qanunvericiliklə o, gömrük proseduru kimi müəyyən edilmişdir. Ona görə də, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsi ilə başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. "xxxx" ASC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan 29 noyabr 2021-ci il tarixli yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC tərəfindən **********9382 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac gömrük proseduru altında bəyan olunan yükün yoxlanılması zamanı, 1 ədəd taxta qutu açılmış və qutuda 12 ədəd paket olduğu müəyyən olunmuşdur. Həmin paketlərə yoxlama keçirilərkən, üzərində Z-21-001-01 rəqəm hərfləri qeyd edilmiş 1-ci paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 24 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-001-01 — Z-21-001-24), üzərində Z-21-002-01 rəqəm hərfləri qeyd edilmiş 2-ci paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 34 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-002-01 — Z-21-002-34), üzərində Z-21-003-01 rəqəm hərfləri qeyd edilmiş 3-cü paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 29 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-003-01 — Z-21-003-29 ), üzərində Z-21-004-01 rəqəm hərfləri qeyd edilmiş 4-cü paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 23 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-004-01 — Z-21-004- 23 ), üzərində Z-21-005-01 rəqəm hərfləri qeyd edilmiş 5-ci paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 28 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-005-01 — Z-21-005-28), üzərində Z-21-006-01 rəqəm hərfləri qeyd edilmiş 6-cı paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 18 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-006-01 — Z-21-006-18), üzərində Z-21-007-01 rəqəm hərfləri qeyd edilmiş 7-ci paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 25 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-007-01 — Z-21-007-25), üzərində Z-21-008-01 rəqəm hərfləri qeyd edilmiş 8-ci paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 20 ədəd kiçik həcmli sellofan paketlər (Z-21- 008-01 — Z-21-008-20), üzərində Z-21-009-01 rəqəm hərfləri qeyd edilmiş 9-cu paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 18 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-009-01 — Z-21-009-18), üzərində Z-21-010-01 rəqəm hərfləri qeyd edilmiş 10-cu paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 21 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-010-01 — Z-21-010-21), üzərində Z-21- 011-01 rəqəm hərfləri qeyd edilmiş 11-ci paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 25 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-011-01 — Z-21-011-25), üzərində Z-21-012-01 rəqəm hərfləri qeyd edilmiş 12-ci paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 37 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-012-01 — Z-21-012-37) aşkar olunmuşdur. Aşkar olunan və götürülən əşyalar qablaşdırılmış və HNBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsinə əsasən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin: 1.0.18-ci maddəsinə əsasən gömrük proseduru – bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biridir; 1.0.19-cu maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir. 1.0.35-ci maddəsinə əsasən malların buraxılışı – malların yerləşdirildiyi gömrük proseduru nəzərə alınmaqla, onların gömrük orqanları tərəfindən şəxsin istifadəsinə və ya sərəncamına verilməsidir; 1.0.38. malların yoxlanması – malların xassələrinin, mənşəyinin, vəziyyətinin, miqdarının və dəyərinin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğunluğunu müəyyən etmək məqsədi ilə onların fiziki yoxlanması üzrə gömrük orqanları tərəfindən yerinə yetirilən hərəkətlərdir; 1.0.47-ci maddəsinə əsasən sərbəst dövriyyə üçün buraxılış – qanunvericilikdə nəzərdə tutulmuş bütün gömrük rüsumları və vergilər ödənildikdən və lazımi gömrük rəsmiləşdirilməsi yerinə yetirildikdən sonra gətirilən malların gömrük ərazisində sərbəst dövriyyəyə buraxılmasından ibarət gömrük prosedurdur; 83.1.1-ci maddəsinə əsasən sərbəst dövriyyəyə buraxılanadək gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq gömrük nəzarəti altında olurlar. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən **********9382 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac gömrük proseduru altında bəyan olunan yükün yoxlanılması zamanı, 1 ədəd taxta qutu açılmış və qutuda 12 ədəd paket olduğu müəyyən olunmuşdur. Həmin paketlərə yoxlama keçirilərkən, üzərində Z-21-001-01 rəqəm hərfləri qeyd edilmiş 1-ci paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 24 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-001-01 — Z-21-001-24), üzərində Z-21-002-01 rəqəm hərfləri qeyd edilmiş 2-ci paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 34 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-002-01 — Z-21-002-34), üzərində Z-21-003-01 rəqəm hərfləri qeyd edilmiş 3-cü paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 29 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-003-01 — Z-21-003-29 ), üzərində Z-21-004-01 rəqəm hərfləri qeyd edilmiş 4-cü paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 23 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-004-01 — Z-21-004- 23 ), üzərində Z-21-005-01 rəqəm hərfləri qeyd edilmiş 5-ci paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 28 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-005-01 — Z-21-005-28), üzərində Z-21-006-01 rəqəm hərfləri qeyd edilmiş 6-cı paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 18 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-006-01 — Z-21-006-18), üzərində Z-21-007-01 rəqəm hərfləri qeyd edilmiş 7-ci paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 25 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-007-01 — Z-21-007-25), üzərində Z-21-008-01 rəqəm hərfləri qeyd edilmiş 8-ci paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 20 ədəd kiçik həcmli sellofan paketlər (Z-21- 008-01 — Z-21-008-20), üzərində Z-21-009-01 rəqəm hərfləri qeyd edilmiş 9-cu paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 18 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-009-01 — Z-21-009-18), üzərində Z-21-010-01 rəqəm hərfləri qeyd edilmiş 10-cu paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 21 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-010-01 — Z-21-010-21), üzərində Z-21- 011-01 rəqəm hərfləri qeyd edilmiş 11-ci paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 25 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-011-01 — Z-21-011-25), üzərində Z-21-012-01 rəqəm hərfləri qeyd edilmiş 12-ci paketdən içərisində müxtəlif formalı mədəni sərvətlərə bənzər predmetlər olan 37 ədəd kiçik həcmli sellofan paketlər (Z-21-012-01 — Z-21-012-37) aşkar olunmuşdur. Aşkar olunan və götürülən əşyalar qablaşdırılmış və HNBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə təqdim edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən **********9382 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac gömrük proseduru altında bəyan olunan yük barəsində düzgün olmayan məlumatlar verməklə Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmmasını nəzərə alaraq, Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Sənaye Korporasiyası” ASC Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1000 (bir min) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-286/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-286/2022
31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver