Məhkəmə qərarları › İş №3(003)-287/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-287/2023

31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-287/2023 31.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi X4 iştirakları ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında 00800-0275/22 nömrəli, 06 yanvar 2023-cü il tarixli protokola əsasən "xxxx" MMC Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən az miqdarda malları bəyan etməmişdir. Həmçinin Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən malları düzgün bəyan etməmişdir. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X3 göstərdi ki, "xxxx" MMC tərəfindən 14 oktyabr 2022-ci il tarixli, **********5112 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş noutbukdan ibarət yüklərə gömrük baxışı həyata keçirilərkən gömrük bəyannaməsinin 1-ci mal mövqeyində 3 ədəd “Asus-Tuf Gaming” nişanlı portativ hesablayıcı maşın olan notbuklar bəyan olunduğu təqdirdə 5 ədəd, yəni 2 ədəd notbukun gömrük orqanına düzgün bəyan olunmadığı, həmçinin 15 ədəd “HP Victus Gaming”, 5 ədəd “HP Envy”, 2 ədəd “Acer Swift 3” və 1 ədəd “Acer Swift 3” markalı hesablayıcı maşın olan notbukların gömrük orqanına bəyan edilmədiyi aşkar edilmiş və araşdırma aparılması üçün saxlanılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2022-ci il tarixli, 9/7645 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 5 adda notebookların ümumilikdə 19 oktyabr 2022-ci il tarixə orta bazar qiyməti təxminən 17800 manat müəyyən edilmişdir. Lakin texniki səhv olaraq 22 dekabr 2022-ci il tarixli, 9/7645 nömrəli rəyin tədqiqi hissəsindəki cədvəlin 2-ci bəndində olan “HP Victus Gaming” markalı notebookun 1 ədədinin qiyməti 1800 manat olmaqla ümumi qiyməti 1800 manat göstərilmişdir. Bu səbəbdən Məhkəmə Ekspertizası Mərkəzinin İqtisadi ekspertizalar şöbəsinin baş eksperti X5 izahatı alınmış və o, izahatda bildirmişdir ki, 22 dekabr 2022-ci il tarixli, 9/7645 nömrəli rəyin tədqiqi hissəsindəki texniki səhv nəzərə alınaraq cədvəlin 2-ci bəndində olan “HP Victus Gaming” markalı notebookun 1 ədədinin qiyməti 1800 manat olmaqla 15 ədədinin ümumi qiyməti 27000 manat hesab edilməli və “HP Victus Gaming” markalı notebook adlı mal miqdar artanda məbləğ dəyişməyən mallara aid edildiyi üçün təqim edilmiş 25 adda notebookların ümumilikdə 19 oktyabr 2022-ci il tarixə orta bazar qiyməti 17800 manat deyil, 43000 manat müəyyən edilir. Məhkəmədən "xxxx" MMC-nin barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X6 bildirdi ki, şirkətin ünvanına mal gələrkən invoys və digər müşayiət sənədlərinə əsasən bəyan olunur. Lakin bu partiya göndərilən malların invoysu göndərilmədiyindən və satıcı bu barədə məlumat vermədiyindən nə qədər malların gəlməsini bilməmişlər. Bu səbəbdən inzibati xəta hadisəsi onlardan asılı olmayan səbəblərdən baş vermişdir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, "xxxx" MMC Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən az miqdarda malları bəyan etməmişdir. Həmçinin Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən malları düzgün bəyan etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Məhkəmə "xxxx" MMC-nin özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2022-ci il tarixli, 5/1302 nömrəli rəyindən görünür ki, təqdim edilmiş iki ədəd “ASUS” markalı, “FX517ZR” modelli, üç ədəd “ACER” markalı, “N20C12” modelli, beş ədəd “HP” markalı, “AX211NGW” modelli və on beş ədəd “Victus” markalı, “MT7921” modelli notebook tipli komputerlər aktivləşdirilməmişdirlər İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2022-ci il tarixli, 9/7645 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 5 adda notebookların ümumilikdə 19 oktyabr 2022-ci il tarixə orta bazar qiyməti təxminən 17800 manat müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasına əsasən - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyasına əsasən - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, "xxxx" eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə tənbeh edilməlidir. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. "xxxx" MMC tərəfindən ilk dəfə inzibati xətanın törədilməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. "xxxx" MMC-nin məsuliyyətini ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olmuş 43000 manat dəyərində malların 40 (qırx) faizi məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Eyni zamanda "xxxx" MMC-nə izah edilir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bildirişlərindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 103,65 manat təşkil edir. Məhkəmə hesab edir ki, 103,65 (yüz üç manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci "xxxx" MMC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Resab AZ 34CTRE********************) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olmuş 43000 manat dəyərində malların 40 (qırx) faizi, 17200 (on yeddi min iki yüz) manat məbləğində cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan mallar – iki ədəd “ASUS” markalı, “FX517ZR” modelli, üç ədəd “ACER” markalı, “N20C12” modelli, beş ədəd “HP” markalı, “AX211NGW” modelli və on beş ədəd “Victus” markalı, “MT7921” modelli notebook tipli komputerlər qərar qanuni qüvvəsini aldıqdan sonra müvafiq gömrük rəsmiləşdirilməsi aparılaraq "xxxx" MMC-nə geri qaytarılsın. İş üzrə 103,65 (yüz üç manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci "xxxx" MMC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Resab AZ 34CTRE********************) hesabına keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar