Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-288/2021 11.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1967-ci il tarixdə Naxçıvan MR Şərur rayonunun Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən xx xxxxxx 2021-ci il tarixdə saat 18:10 radələrində “Mersedes ML” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs idarə etdiyi avtomobil ilə Xəzər rayon Buzovna qəsəbəsi Alballıq yolunda fəliyyət göstərən “Fərid” marketin qarşısından yolun əks istiqamətinə keçmək üçün avtomobili hərəkətə gətirib, Buzovna qəsəbəsi istiqamətindən, Maştağa qəsəbəsi istiqamətində gedən yola daxil olub, avtomobili yolda qanunla əks istiqamətə dönmə əməliyyatı aparılması nəzərdə tutulmayan qoşa xətdin üzərindən geriyə manevr edib döndərmək istədikdə, Buzovna qəsəbəsi istiqamətindən Maştağa qəsəbəsi istiqamətində öz yolunda hərəkətdə olan “Peugeot” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 idarə etdiyi avtomobilin qarşısına çıxmışdır, öz yolunda hərəkət edən “Peugeot” markalı avtomobil sürücü Şəxs idarə etdiyi “Mersedes ML” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfinə çırpılmışdır, “Mersedes ML” markalı və Peugeot” markalı avtomobillərin toqquşmadan sonra, zərbənin təsirindən “Peugeot” markalı avtomobil yolun əks istiqamətinə tərəf sürüşüb, yolun əks istiqamətində yolun kənarında dayanmış ağ rəngli “Changan” markalı avtomobilin sol arxa qanadına çırpılmışdır. “Mersedes ML” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Mersedes ML” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Öskul Nəzakət İsmayıl qızı və “Peugeot” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı övtomobilin sürücüsü X2 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, xx xxxxxx 2021-ci il tarixdə idarə etdiyi “Mersedes ML” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayon Buzovna qəsəbəsi Alballıq yolunda fəliyyət göstərən “Fərid” marketin qarşısından yolun əks istiqamətinə keçmək üçün avtomobili hərəkətə gətirən zaman öz yolunda hərəkətdə olan “Peugeot” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmışdır və həmin avtomobilin onun idarə etdiyi “Mersedes ML” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfinə çırpılmışdır. Avtomobillərin toqquşmadan sonra, zərbənin təsirindən “Peugeot” markalı avtomobil yolun əks istiqamətinə tərəf sürüşüb, yolun əks istiqamətində yolun kənarında dayanmış ağ rəngli “Changan” markalı avtomobilin sol arxa qanadına çırpılmışdır. Toqquşma nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Mersedes ML” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Öskul Nəzakət İsmayıl qızı və “Peugeot” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı övtomobilin sürücüsü X2 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, o məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 62.4cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2021-ci il tarixli, 35 saylı rəyində görünür ki, X1 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – təpə nahiyyəsinin əzilmiş yarası və hematomiyası küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2021-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2021-ci il tarixli, 39 saylı rəyində görünür ki, Öskul Nəzakət İsmayıl qızının məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – baş-beyin silkələnməsi halında olan qapalı kəllə beyin travması, sol gicgah nahiyyəsinin əzilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx xxxxxx 2021-ci il tarixli baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli qərardan müəyyən olunur ki, xx xxxxxx 2021-ci il tarixdə saat 18:10 radələrində “Mersedes ML” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs idarə etdiyi avtomobil ilə Xəzər rayon Buzovna qəsəbəsi Alballıq yolunda fəliyyət göstərən “Fərid” marketin qarşısından yolun əks istiqamətinə keçmək üçün avtomobili hərəkətə gətirib, Buzovna qəsəbəsi istiqamətindən, Maştağa qəsəbəsi istiqamətində gedən yola daxil olub, avtomobili yolda qanunla əks istiqamətə dönmə əməliyyatı aparılması nəzərdə tutulmayan qoşa xətdin üzərindən geriyə manevr edib döndərmək istədikdə, Buzovna qəsəbəsi istiqamətindən Maştağa qəsəbəsi istiqamətində öz yolunda hərəkətdə olan “Peugeot” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 idarə etdiyi avtomobilin qarşısına çıxmışdır, öz yolunda hərəkət edən “Peugeot” markalı avtomobil sürücü Şəxs idarə etdiyi “Mersedes ML” markalı **-DZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfinə çırpılmışdır, “Mersedes ML” markalı və Peugeot” markalı avtomobillərin toqquşmadan sonra, zərbənin təsirindən “Peugeot” markalı avtomobil yolun əks istiqamətinə tərəf sürüşüb, yolun əks istiqamətində yolun kənarında dayanmış ağ rəngli “Changan” markalı avtomobilin sol arxa qanadına çırpılmışdır. “Mersedes ML” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Mersedes ML” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Öskul Nəzakət İsmayıl qızı və “Peugeot” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı övtomobilin sürücüsü X2 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxsnın əməlindən peşman olduğu iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxsnın Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-288/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-288/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver