Məhkəmə qərarları › İş №3(003)-289/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-289/2022

14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-289/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 07.02.2022-ci il tarixli, 00800/0019 saylı qərarının ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair X7 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 07.02.2022-ci il tarixli, 00800/0019 saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin əlli faizi həcmində yəni 10965 manat miqdarda cərimə növündə tənbeh növü tətbiq edilməsi barədə 000800/0019 saylı, 07.02.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərar 04 fevral 2022-ci il tarixli, 00800-0023/22 nömrəli protokola əsasən qəbul edilmişdir. Şikayətçi qeyd edir ki, o, 02 fevral 2022-ci il tarixində, saat 16:00 radələrində TK 7757 saylı, Bakı-Ankara aviareysi ilə getmək üçün X5 Aeroportuna gəlmişdir. O, gömrük nəzarətindən keçərkən, gömrük əməkdaşları şifahi sorğusuna cavab olaraq çantasında 12000 ABŞ dolları, üzərində (cibində) isə 5700 ABŞ dolları olduğunu bildirmişdir. Həmin andaca səhv etdiyini anlayaraq, çantada 19600 ABŞ dolları, üzərinmdə (cibində) isə 5300 ABŞ dolları olduğunu bildirmişdir. Sonra gömrük əməkdaşları onun çantasına və üzərinə baxış keçirmişdirlər və şikayətçinin dedikləri öz təsdiqini tapmışdır. Bütün bu proses nəzarət kamerasının altında baş vermişdir. Lakin buna baxmayaraq gömrük əməkdaşları şikayətçini xüsusi otağa dəvət ediblər və onunla xüsusi təhlükəli bir cinayətkar kimi rəftar etmişdirlər. Xidmət əməkdaşları onu sorğu-suala tutmuş, xüsusi çəkiliş etmiş və bütün bunlar əlbəttə ona təsir etmişdir. Şikayətçiyə guya gömrük orqanlarından aparmaq istədiyi 12900 ABŞ dolları valyutanı gizlətdiyi bildirilmişdir. Şikayətçi bunun yalnış olduğunu qeyd etmişdir. Onun çantasına və üzərinə baxış keçirilməmişdən əvvəl artıq o, aparmaq istədiyi bütün məbləği açıqlamışdır. Hətta üzərində (cibində) olan valyutanı artıq demişdir. Çantadakı və üzərindəki bütün məbləğ bir yerdə olub və heç bir xüsusi yerdə gizlədilməmişdir. Həmçinin üzərindəki (cibindəki) bütün məbləğ bir yerdə olub və heç bir xüsusi yerdə gizlədilməmişdir. Şikayətçi həmçinin onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun ona təqdim edilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən X6 Arif oğlu ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində inzibati tənbeh vermə qərarı qəbul edilərkən evli olması, himayəsində azyaşlı uşağının olması və ilk dəfə inzibati xəta törətməsi kimi yüngülləşdirici halların nəzərə alınmadığını qeyd edərək, yüngülləşdirici hallar nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan xəbərdar olunmasına baxmayaraq, həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, X3 Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 07.02.2022-ci il tarixli, 00800/0019 saylı qərarı ləğv edilməli və X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair yeni qərar qəbul edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 07.02.2022-ci il tarixli, 00800/0019 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10965 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Məhkəmə iclasında müəyyən edilmişdir ki, X7 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 07.02.2022-ci il tarixli, 00800/0019 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinərək 10965 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarın verilməsinə əsas olmuş inzibati xəta haqqında protkolda qeyd edilmişdir ki, X7 02 fevral 2022-ci il tarixində, saat 16 radələrində TK 7757 saylı Bakı-Ankara aviareysi ilə getmək üçün X5 Aeroportuna qəlib, biletini qeydiyyatdan keçirmişdir. İ.Mahmudlu gömrük qrafindən keçərkən, şifahi sorğu-sual olunmuş və üzərində 12000 ABŞ dolları olduğunu bildirmişdir. Bundan sonra İ.Mahmudlu çantasına yoxlama keçirilməsi məqsədilə yoxlama otağına dəvət olunmuşdur. Videoçəkilişdən istifadə edərək keçirilmiş yoxlama zamanı İ.Mahmudluya məxsus üzərində “Giorgio Armani” sözləri yazılmış qara rəngli bel çantasının içərisindəki sellofan paketin içindən əvvəlcədən gömrük orqanına şifahi səkildə bəyan etdiyi 152000 ABŞ dollarından başqa, gömrük orqanına düzgün bəya nolunmamış 76 ədəd hər biri 100 ABS dolları nominalında pul əskinazları (7600 ABS dolları) aşkar olunmuşdur. Daha sonra İ.Mahmudlunun üzərində şəxsi yoxlama keçirilmiş və əynindəki şalvarın sol cibindən 53 ədəd hər biri 100 ABŞ dolları nominalında pul əskinazları olmaqla, cəmi 5300 ABS dolları aşkar edilmişdir. Aşkar olunan valyuta qablaşdırılaraq protokol əsasında götürülmüsdür. İnzibati xətanın qarşısı alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin 12900 ABS dollarının dəyəri Azərbaycan Respublikası Mərkəzi Bankının xarici valyutalar üzrə məzənnəsinə uyğun olaraq 21930 manat təşkil etmişdir. Şikayətçi məhkəmə iclasında tərətdiyi inzibati xətanı etiraf edərək qeyd etmişdir ki, onun həmin inzibati xətanı törətmək niyyəti olmamışıdır, sadəcə anlaşılmamazlıq nəticəsində tərəfindən həmin inzibati xəta törədilmişdir. Şikayətçi həmçinin qeyd etmişdir ki, inzibati orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun evli olması, himayəsində azyaşlı uşağının olması və ilk dəfə inzibati xəta törətməsi kimi yüngülləşdirici hallar nəzərə alınmamış və o, inzibati xətanın obyekti olan malların dəyərinin əlli faizi miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır və onun barəsində haqlı olaraq inzibati orqan tərəfindən həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Lakin məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən qərar qəbul edilərkən inzibati xəta törətmiş şəxsin öz izahatında qeyd etdiyi və həmin inzibati xətanın baş verməsinə səbəb olmuş hallar nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə bu hissədə qeyd edir ki, inzibati orqan tərəfindən inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən “İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər”. Məhkəmə X2 peşmançılığını, himayəsində azyaşlı uşağın olmasını, ilk dəfə inzibati xəta törətməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X3 Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 07.02.2022-ci il tarixli, 00800/0019 saylı qərarı ləğv edilməli və X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair yeni qərar qəbul edilərək, o, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin - 21930 manat məbləğin otuz faizi (6579 manat) məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 07.02.2022-ci il tarixli, 00800/0019 saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 23 avqust 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 6579 (altı min beş yüz yetmiş doqquz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar