Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-29/2023 18.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndələri X3 və X4, SOCAR-ın Şəxs nümayəndəsi X2, SOCAR-ın Şəxs nümayəndəsi nümayəndəsi, Vəkil iştirakları ilə SOCAR-ın Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 14 noyabr 2022-ci il tarixli protokola əsasən Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində neft sənayesi və müxtəlif növ tikinti, söküntü, məişət tullantılarının toplanması, qalaqlanması qaydalarının pozulması, yandırılması, ətraf mühitin mühafizə tələblərinə əməl olunmaması aşkar olunmuşdur. Bununla da, SOCAR-ın Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 271-ci maddələrində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X7 izahatında bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə Xəzər rayonu, Şağan qəsəbəsi “Sahil” marketin yaxınlığında mazutluq yanması ilə bağlı Fövqəladə Hallar Nazirliyindən daxil olan müraciət onun və müfəttiş Emin Hüseynli tərəfindən yerində araşdırılmışdır. Araşdırma zamanı Xəzər rayonu, Şağan qəsəbəsi “Sahil” marketə yaxın yaşayış evlərinin yaxınlığında eni 200 metr, uzunluğu 300 metr olan ərazidə neft sənayesi tullantılarının və müxtəlif növ qarışıq (tikinti, söküntü, məişət və s) tullantıların atılaraq qalaqlanması məlum olmuşdur. Araşdırma zamanı Abşeronneft NQÇİ tərəfindən verilmiş arayışa əsasən sözügedən ərazi də, daxil olmaqla Şağan qəsəbəsi ərazisində yerləşən ümumilikdə 69 ha torpaq sahəsinin Şəxs əmrinə əsasən Abşeronneft NQÇİ-nə təhvil verildiyi müəyyən olunmuşdur. Araşdırma zamanı sözügedən ərazidə neft sənayesi və məişət tullantılarının toplanması, qalaqlanması, yandırılması aşkar olunmuş, lakin yandıran şəxsləri müəyyən etmək mümkün olmamışdır. Toplanmış materiallar ərazidən çəkilmiş fotoşəkillər, peyk görüntüləri və Abşeronneft NQÇİ-nin arayış ilə birlikdə 10 noyabr 2022-ci il tarixdə tərtib olunmuş 76043 nömrəli akta əlavə olunmuşdur. Həmin akt əsasında Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində neft sənayesi və müxtəlif növ tikinti, söküntü, məişət tullantılarının toplanması, qalaqlanması qaydalarının pozulması, yandırılması və ətraf mühitin mühafizə tələblərinə əməl olunmamasına görə SOCAR-ın Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 271-ci maddələrində göstərilən inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli, 14 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən SOCAR-ın Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X8 nümayəndə X4 izahatına uyğun, eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında SOCAR-ın Şəxs nümayəndəsi və vəkili Vəkil etiraz təqdim edərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi SOCAR-ın Şəxs (İB) Azərbaycan Respublikası İXM-nin 234.0.5 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair MN seriyalı ******* nömrəli, 14 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün məhkəməyə göndərmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokol qanunsuz və əsassız olduğundan, həmçinin SOCAR-ın “Azneft” İB-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati icraata xitam verilməlidir. Belə ki, SOCAR-ın “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin balansında və 1951-ci ildə istismara verilmiş, sahəsi 69 ha təşkil edən Şağan sahəsi 2012ci ilin mart ayında fəaliyyəti dayandırılmış, ümumi sahəsi 69 ha təşkil edən torpaq sahəsi 05 iyul 2022-ci il tarixli əmr ilə “Abşeronneft” NQÇİ-yə ötürülmüşdür. Həmin ərazidə, yəni Xəzər rayonu, Şağan qəsəbəsi ünvanında olan torpaq sahəsində neft qalıqları (şlam) tullantıları, bərk məişət tullantıları qalaqlandığına görə SOCAR-ın Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində göstərilən inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-1317/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli qərarı ilə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 837/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qərarı ilə Xəzər rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 05 iyul 2022-ci il tarixədək H.Z.Tağıyev adına NQÇİ-nin balansında olmuş Şağan sahəsi 1951-ci ildə istismara verilmiş, 2012-ci ilin mart ayında fəaliyyəti dayandırılmışdır. Şağan sahəsinin 25,2 ha (18,6 ha neftlə çirklənmiş, 6,6 ha şlam anbarı) ərazisi o, vaxtlar neft və neft məhsulları ilə çirklənmiş, 7,5 ha sahəsi isə abadlaşdırılaraq bərpa olunmuşdur. Dəfələrlə H.Z.Tağıyev adına NQÇİ tərəfindən ətraf ərazidə yaşayan sakinlər tərəfindən məişət tullantıları və gərgin ekoloji vəziyyətin yaranmasına səbəb olmuş çirklənmiş sahələr dəfələrlə təmizlənmişdir. Lakin, Şağan qəsəbəsi Yeni məhəllə ünvanında yaşayan bir qrup sakinlər və digər qəsəbə sakinləri tərəfindən nəqliyyat vasitəsilə qeyd olunmuş əraziyə mütəmadi olaraq məişət tullantıları atılır. Bununla əlaqədar olaraq, müvafiq tədbirlərin görülməsi üçün Xəzər rayon Polis idarəsinə, məişət tullantılarının yığılması məqsədilə konteynerlərin qoyulması üçün Xəzər rayon Buzovna bələdiyyəsinə və Xəzər rayon İcra hakimiyyətinə dəfələrlə rəsmi şəkildə müraciət edilmişdir. Qeyd olunan müraciətlər haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də, mütəmadi olaraq məlumat verilmişdir. Dəfələrlə həmin əraziyə maşınlarla tullantı atan şəxslər müəyyən edilib inzibati məsuliyyət cəlb edilmişdir (məktublar, fotoşəkillər və Xəzər RPİ-nin məktubu etiraza əlavə edilmişdir). Nə “Azneft” İB, nə də “Abşeronneft” NQÇİ tərəfindən həmin ərazilərə məişət tullantılarının yerləşdirilməsinə dair icazə və ya göstəriş verilməmiş, məişət tullantılarının yerləşdirilməsi ərazisi kimi müəyyən edilməmişdir. Həmin əraziyə məişət tullantıları gecə vaxtları avtomaşınlarla kənar şəxslər tərəfindən boşaldılır. Nə “Azneft” İB, nə də “H.Z.Tağıyev adına” NQÇİ həmin ərazini sənaye və məişət tullantılarının qalaqlanması yerləri kimi müəyyən etmədiyindən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilə bilməz. Bundan əlavə, MN seriyalı ******* nömrəli, 11 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta haqqında protokolu tərtb etmiş şəxsin haranın əməkdaşı olması göstərilməmiş, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi vaxt və bu xətanın mahiyyəti, şahidlər barədə məlumat göstərilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməmiş, hüquqları və vəzifələri izah edilməmiş, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış, nümayəndənin protokolu imzalamaqdan imtina etməsi göstərilsə də, kimliyi müəyyən edilməmişdir. Bundan başqa inzbati xəta haqqında protokolda tullantıların emal yerinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının hansı bəndlərinin pozulması qeyd edilməmişdir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında SOCAR-ın Şəxs nümayəndəsi X6 nümayəndə Vəkil izahatına uyğun, eyni məzmunlu izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, SOCAR-ın Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 234.0.5 və 271-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçisi X11 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 14 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində neft sənayesi və müxtəlif növ tikinti, söküntü, məişət tullantılarının toplanması, qalaqlanması qaydalarının pozulması, yandırılması, ətraf mühitin mühafizə tələblərinə əməl olunmaması aşkar olunmuşdur. Nəticədə SOCAR-ın Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş SOCAR-ın Şəxs H.Z.Tağıyev adına NQÇİ tərəfindən Xəzər rayon Buzovna Bələdiyyəsinə ünvanlanmış 02 fevral 2016-cı il tarixli məktubdan görünür ki, Buzovna neft yatağı sahələri ilə sərhəd olan mədən ərazilərində bir neçə konteynerlərin qoyulmasının təmin olunması xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş SOCAR-ın Şəxs H.Z.Tağıyev adına NQÇİ tərəfindən Şəxs baş direktoru Daşqın İskəndərova ünvanlanmış SƏ-08/1448 nömrəli, 30 avqust 2016-cı il tarixli məktubdan görünür ki, Şəxs xx.xx.2016-cı il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, «Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi» çərçivəsində 2012-2013-cü illər ərzində H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna-Maştağa, Şağan ərazilərinə bitişik sahələrlə məskunlaşmış əhali tərəfindən məişət, inşaat və digər tullantıların daşınaraq atılması nəticəsində əmələ gəlmiş 9 qeyri-qanuni tullantı sahəsinin «Təmiz Şəhər» tərəfindən təmizlənməsinə baxmayaraq, məişət tullantılarının yığılması və daşınması müvafiq dövlət orqanları tərəfindən təmin edilmədiyindən, həmin sahədə tullantıların əhali tərəfindən atılmasının qarşısının alınması mümkün olmamış, təmizlənmiş sahələrin 3-də yenidən tullantıların atılması qeydə alınmışdır. Bu məqsədlə əlaqədar olaraq Xəzər rayonunun müvafiq orqanlarına və ərazinin mühafizəçi üçün "xxxx" MMC-nin 12 saylı mühafizə komandasına rəsmi müraciət edilmişdir. Həmin ərazilərin qeyri-qanuni tullantı sahələrinə çevrilməsinin qarşısının alınması məqsədilə NQÇİ tərəfindən dəfələrlə tullantı daşıyan maşınların sürücüləri barədə tədbir görülməsi üçün Xəzər rayon Polis idarəsinə, 2-ci Polis bölməsinə və mədən əraziləri ilə qonşuluqda məskunlaşmış əhali üçün tullantıların yığılması məqsədilə konteynerlərin qoyulması üçün Xəzər rayon Buzovna bələdiyyəsinə rəsmi müraciətlər olunmuş, lakin bu müraciətlərin heç biri müsbət nəticə verməmişdir. İş materiallarına əlavə edilmiş SOCAR-ın Şəxs H.Z.Tağıyev adına NQÇİ tərəfindən Xəzər rayon Polis idarəsinin rəisi A.Muradova ünvanlanmış 04 oktyabr 2016-cı il tarixli məktubdan görünür ki, 03 oktyabr 2016-cı il tarixdə, saat 13:00-da 2 saylı mədən ərazisində **-FL-*** dövlət nişanlı nəqliyyat vasitəsinin məişət tullantılarını əraziyə boşaldarkən saxlanılmış və ərazidən uzaqlaşdırılmışdır. Qeyd olunanlara əsasən nəqliyyat vasitəsinin sahibinin müəyyən edilərək barəsində qanunvericiliyə uyğun tədbir görülməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon Polis idarəsi tərəfindən SOCAR-ın Şəxs H.Z.Tağıyev adına NQÇİ-nə ünvanlanmış 28 oktyabr 2016-cı il tarixli məktubdan görünür ki, 03 oktyabr 2016-cı il tarixdə, saat 13:00 radələrində 2 saylı mədən ərazisində «Fiat Doblo» markalı, **-FL-*** dövlət nişanlı nəqliyyat vasitəsinin qanunsuz olaraq məişət tullantılarını əraziyə boşaltdığı üçün 21 oktyabr 2016-cı il tarixdə avtomobilin sürücüsü X1 RPİ-nin DYPŞ-nə dəvət edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə AZ 021097 nömrəli inzibati protokol tərtib edilərək 50 manat miqdarında cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş SOCAR-ın Şəxs H.Z.Tağıyev adına NQÇİ tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru Ə.Rəcəbova ünvanlanmış 10 oktyabr 2016-cı il tarixli məktubdan görünür ki, Buzovna-Maştağa, Şağan ərazilərinə bitişik sahələrlə məskunlaşmış əhali tərəfindən məişət, inşaat və digər tullantıların daşınaraq atılması nəticəsində əmələ gəlmiş 9 qeyriqanuni tullantı sahəsinin «Təmiz Şəhər» tərəfindən təmizlənmişdir. Buna baxmayaraq əhali tərəfindən bu sahələrinə yenidən çirklənməsi davam etməkdədir. Belə ki, 2 saylı Neft-qaz çıxarma sahəsinin əməkdaşları tərəfindən 07 oktyabr 2016-cı il tarixdə, saat 09:15-də 2 saylı mədən ərazisində **-ZN-*** dövlət nişanlı nəqliyyat vasitəsinin sürücüsü məişət tullantılarını əraziyə tökərkən saxlanılmış və ərazidən uzaqlaşdırılmışdır. Tullantı konteynerlərinin müvafiq yerlərdə çoxaldılması, ərazinin bərk məişət tullantılarından təmizlənməsinin qarşısını almaq üçün tərəflərindən Buzovna bələdiyyəsinə rəsmi müraciət edilmişdir. İş materiallarına əlavə edilmiş SOCAR-ın Şəxs H.Z.Tağıyev adına NQÇİ tərəfindən Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şağan qəsəbə inzibati ərazi üzrə nümayəndəsi Təvəkkül Səlimova ünvanlanmış 01 may 2019-cu il tarixli məktubdan görünür ki, Şağan qəsəbə inzibati ərazi üzrə nümayəndəsinin 29 mart 2019-cu il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, «Şağan qəsəbəsində yerləşən «mazutluq» adlanan ərazi H.Z.Tağıyev adına NQÇİ-nin balansındadır, ərazinin ümumi sahəsi 69 ha təşkil edir və onun 25 ha sahəsi istehsalat fəaliyyəti nəticəsində çirklənməyə məruz qalmışdır. «Azneft» İB ilə «Ekol Mühəndislik Xidmətləri» QC arasında bağlanmış müqaviləyə əsasən müəssisədə istehsalat fəaliyyəti nəticəsində çirklənməyə məruz qalmış 10 ha ərazi 2010cu ildə «Ekol Mühəndislik Xidmətləri» tərəfindən bioremidiasiya üsulu ilə bərpa edilmişdir. «Ekol Mühəndislik Xidmətləri» tərəfindən davamlı olaraq 2011-ci ildə 164,7 ha, 2012-ci ildə 38,8 ha və 2018-ci ildə 32,0 ha ərazi mexaniki rekultivasiya olunaraq bərpa edilmişdir. Halhazırda NQÇİ-nin balansında olan, lakin 2012-ci ildən istehsalat məqsədi ilə istifadə olunmayan Şağan qəsəbəsi ərazisində yerləşən «mazutluq» adlanan ərazinin bərpa edilməsi NQÇİ-nin imkanları xaricindədir. İş materiallarına əlavə edilmiş SOCAR-ın Şəxs H.Z.Tağıyev adına NQÇİ tərəfindən Xəzər rayon İcra Hakimiyyəti Başçısı Elşən Salahova ünvanlanmış 01 may 2019-cu il tarixli məktubdan görünür ki, Xəzər rayon İcra Hakimiyyəti Başçısının 12 aprel 2019-cu il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, «Şağan qəsəbəsində yerləşən «mazutluq» adlanan ərazi H.Z.Tağıyev adına NQÇİ-nin balansındadır, ərazinin ümumi sahəsi 69 ha təşkil edir və onun 25 ha sahəsi istehsalat fəaliyyəti nəticəsində çirklənməyə məruz qalmışdır. «Azneft» İB ilə «Ekol Mühəndislik Xidmətləri» QC arasında bağlanmış müqaviləyə əsasən müəssisədə istehsalat fəaliyyəti nəticəsində çirklənməyə məruz qalmış 10 ha ərazi 2010-cu ildə «Ekol Mühəndislik Xidmətləri» tərəfindən bioremidiasiya üsulu ilə bərpa edilmişdir. «Ekol Mühəndislik Xidmətləri» tərəfindən davamlı olaraq 2011-ci ildə 164,7 ha, 2012-ci ildə 38,8 ha və 2018-ci ildə 32,0 ha ərazi mexaniki rekultivasiya olunaraq bərpa edilmişdir. Hal-hazırda NQÇİ-nin balansında olan, lakin 2012-ci ildən istehsalat məqsədi ilə istifadə olunmayan Şağan qəsəbəsi ərazisində yerləşən «mazutluq» adlanan ərazinin bərpa edilməsi NQÇİ-nin imkanları xaricindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmədə müəyyən olundu ki, MN seriyalı ******* nömrəli, 14 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi vaxt və bu xətanın mahiyyəti, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməmiş, hüquqları və vəzifələri izah edilməmiş, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış, nümayəndənin protokolu imzalamaqdan imtina etməsi göstərilsə də, şəxsiyyəti və ya səlahiyyətli olması müəyyən edilməmişdir. Bundan başqa inzbati xəta haqqında protokolda tullantıların emal yerinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının hansı bəndlərinin pozulması qeyd edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə görə - hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olundu ki, SOCAR-ın “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin balansında olan və sahəsi 69 ha təşkil edən Şağan sahəsi 2012-ci ilin mart ayında fəaliyyəti dayandırılmış, ümumi sahəsi 69 ha təşkil edən torpaq sahəsi 05 iyul 2022-ci il tarixli əmr ilə “Abşeronneft” NQÇİ-yə ötürülmüşdür. SOCAR-ın Şəxs H.Z.Tağıyev adına NQÇİ tərəfindən Xəzər rayon Buzovna Bələdiyyəsinə müraciət olunaraq Buzovna neft yatağı sahələri ilə sərhəd olan mədən ərazilərində bir neçə konteynerlərin qoyulmasının təmin olunması xahiş olunmuşdur. Buna baxmayaraq Şağan qəsəbəsi Yeni məhəllə ünvanında yaşayan bir qrup sakinlər və digər qəsəbə sakinləri tərəfindən nəqliyyat vasitəsilə qeyd olunmuş əraziyə mütəmadi olaraq məişət tullantıları atılmışdır. Bununla əlaqədar olaraq müvafiq tədbirlərin görülməsi üçün Xəzər rayon Polis idarəsinə rəsmi şəkildə müraciət edilmişdir. Bundan başqa “Azneft” İB tərəfindən həmin ərazilərə məişət tullantılarının yerləşdirilməsinə dair icazə və ya göstəriş verilməmiş, məişət tullantılarının yerləşdirilməsi ərazisi kimi müəyyən edilməmişdir. Həmin əraziyə məişət tullantıları kənar şəxslər tərəfindən boşaldılmış və bu hal təqdim olunmuş fotoşəkillərə əsasən müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs SOCAR-ın Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 271-ci maddələrində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-29/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-29/2023
18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver