Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-29/2025 06.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək inzibati xəta haqqında işə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, inzibati xəta haqqına protokolu tərtib etmiş orqanın və barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində, saat 12:29-də “Daewoo BS 090” markalı, ** TF *** nəqliyyat vasitəsinin sahibi Şəxs MMC tərəfindən “X1” Azərbaycan Respublikasının Qanuni ilə müəyyən edilmiş qaydada və müddətdə dövlət qeydiyyatından keçirilməmiş nəqliyyat vasitəsini icarə də ya digər əşya hüquqlarına (etibarnamə, yol vərəqəsi) dair müqavilə təkrar dövlət qeydiyyatından keçirməməsinə görə əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edildiyindən bu barədə həmin maddə ilə protokol tərtib edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış sorğudan görünür ki, MMC-nin mülkiyyətində olan “Daewoo BS 090” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə, saat 08:52-də idarə etmiş fiziki şəxs barəsində məlumat verilməsi xahiş olunmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, inzibati xəta haqqında protokolda qeyd olunan “Daewoo BS090” avtobus markalı, ** TF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hazırda Şəxs MMC-nin mülkiyyətindədir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “X1” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 339.1-ci maddəsinin dispozisiyasına əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “X1” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməsi və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməsi, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməsi və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarının pozması halları inzibati məsuliyyət yaradır. “X1” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin Xİİİ bəndinə əsasən Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokolun məzmunu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin dispozisiyasında qeyd olunanlarla eynilik təşkil etməklə Şəxs MMC-nin əməlində həmin maddədə göstərilən inzibati xəta hansı formada təzahür etməsi göstərilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İşin araşdırılmış hallarından görünür ki, “Daewoo BS090” avtobus markalı, ** TF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hazırda Şəxs MMC-nin mülkiyyətindədir. Nəqliyyat vasitəsidir. Həmçinin həmin nəqliyyat vasitəsinin icarəyə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında başqa şəxsə verilməsi və ya özgəninkiləşdirilməsi halları iş üzrə müəyyən edilmir və bu hallarla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, qanunvericilikdə avtomobilin icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) başqa şəxsə verildikdə təkrar qeydiyyatdan keçirilmə nəzərdə tutulmuşdur. Lakin, hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini yol vərəqəsi əsasında və ya etibarnamə əsasında idarə etməsi üçün işçisinə yol vərəqəsi, başqa şəxsə etibarnamə əsasında idarə edilməsi üçün verilməsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə hesab edilmədiyindən, bu halda nəqliyyat vasitəsinin təkrar qeydiyyatdan keçirilməsi qanunda nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyil. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 53.2-ci maddəsin əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-29/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-29/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver