Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-291/2020 14.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Şikayətçi X2, Şikayətçinin vəkili Vəkil, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, X2 Bakı şəhəri Xəzər RPİ 1-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru Güloğlan Əhmədov tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Xəzər RPİ 1-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru Güloğlan Əhmədov tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi öz şikayətini onunla əsaslandırmışdır ki, Xəzər RPİ 1-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru Güloğlan Əhmədov tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə olunmuşdur. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, o, X3 döyməmiş, aralarında sadəcə söz mübahisəsi olmuşdur. Polis tərəfindən araşdırma düzgün aparılmamışdır. Ona görə də onun barəsində qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə X2 şikayəti təmin edilmiş və Xəzər RPİ 1-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru Güloğlan Əhmədov tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan zərərçəkmiş şəxs X6 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraat materialları tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 şikayətin məzmununa uyğun izahat verərək xx xxxxxxxx 2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarınləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin vəkili Vəkil qeyd etmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın verilməsi üçün əsas olan Azərbaycan Respublikası Məhkəmə- X9 X14 və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli, 1084 saylı ekspert rəyi məhkəmə-tibbi ekspert tərəfindən imzalanmamışdır, bu isə həmin ekspert rəyinin etibarsız hesab edilməsi anlamına gəlir. Bu səbəbdən xx xxxxxxxx 2019cu il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarınləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 Bakı şəhəri Xəzər RPİ 1-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru Güloğlan Əhmədov tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə ilk olaraq apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilən şikayətçinin xx xxxxxxxx 2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət verib-verməməsi məsələsinə münasibət bildirərək qeyd edir ki, həmin qərar onu qəbul edən şəxs tərəfindən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxsə rəsmi təqdim edilməmişdir. Bu faktı qərarı qəbul etmiş Bakı şəhəri Xəzər RPİ 1-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru Güloğlan Əhmədov məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir. Şikayətçi də eyni məzmunda izahat verərək həmin qərarı onu qəbul etmiş şəxs Xəzər RPİ 1-ci Polis Şöbəsinin sahə rəisi G.Əhmədov tərəfindən ona rəsmi təqdim edilmədiyini qeyd etmiş və qərarın surətini rəsmi qaydada yalnız xx.xx.2019-cu il tarixdə Xəzər rayon İcra və Probasiya Şöbəsindən əldə etdiyini və elə həmin tarixdə də qərardan şikayət ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin xx xxxxxxxx 2019-cu il tarixli, 1084 saylı rəyində görünür ki, X4 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin, sağ sol əlin İ barmağının, sağ süd vəzisinin, sağ və sol saidin, sağ budun, sol baldırın qançırları, döş qəfəsinin, sağ saidin sıyrıqları aşkar edildi. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin, sağ bazunun, sol əlin, sağ baldırın qançırları, döş qəfəsinin, sağ saidin sıyrıqlarının törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxxxx 2019- cu il tarixdə və şəraitdə; sağ süd vəzinin, sağ və sol saidin, sağ budun qançırlarının törənmə müddətləri isə onun məhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxxxx 2019-cu il tarixdə və şəraitdə küt əşya (əşyalar) təsirindən törənmələri istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı-ayrılıqda dərəcələri təyin edilmir. Lakin adıçəkilən rəy məhkəmə-tibb eksperti Nəsimi Əlinağıyev tərəfindən imzalanmamışdır. İş materilallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxxxx 2019-cu il tarixli qərardan müəyyən olunur ki,baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Xəzər RPİ 1-ci PŞ-nin sahə rəisi, polis mayoru Güloğlan Əhmədovun xx xxxxxxxx 2019-cu il tarixli, MN seriyalı ******* saylı qərarından görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüququn müxtəlif sahələrinin hüquqi tənzimlənməsi Konstitusiyada demokratik, hüquqi dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplərə əsaslanmalıdır. Konstitusiya prinsipləri isə öz aralarında ayrılmaz əlaqədədir və hüquq subyektlərinin öz qanuni mənafelərini həyata keçirməsi, qoruması və müdafiəsi üçün eyni əhəmiyyət kəsb edən hüquqi başlanğıcların vahid məcmusunu formalaşdırırlar. Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən aparılmış tədqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla, məhkəmə eksperti (ekspertləri) öz adından yazılı rəy verir və onu imzalayır. Məhkəmə ekspertinin (ekspertlərinin) imzaları məhkəmə ekspertizası idarəsinin möhürü ilə təsdiq olunur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xəzər RPİ 1-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru Güloğlan Əhmədov tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X7 Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, şikayət vermiş şəxsin törətdiyi əməlin istinad edildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir. Həmin maddənin qeyd hissəsində bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxsin sağalamlığına vurulmuş xəsarətlərin dərəcəsinin təyin edilməsi və ya ümumiyyətlə zərərşəkmiş şəxsin sağalamlığına xəsarətlərin dəyib-dəyməməsi məqsədi ilə təhqiqatçı tərəfindən məhkəmə-tibb ekspertizasının keçirilməsi ilə əlaqədar qərar qəbul olunur və qərarın icrası müvafiq ekspertlərə tapşırılır. Məhz müvafiq ekspert rəyindən sonra törədilmiş əmələ hüquqi qiymət verilir və əməlin inzibati xəta və ya cinayət əməli olması (və ya ümumiyətlə olmaması) müəyyən edilir və bundan sonra müvafiq hərəkətlər aparılır. Lakin iş materiallarından göründüyü kimi zərərçəkmiş şəxs X5 xəsarətlərin vurulması və həmin xəsarətlərin dərəcəsinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin xx xxxxxxxx 2019-cu il tarixli, 1084 saylı ekspert rəyi həmin rəyi tərtib etmiş məhkəmə-tibb eksperti tərəfindən imzalanmamışdır. Bu isə Bakı şəhəri Xəzər RPİ 1-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru Güloğlan Əhmədov tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar üçün əsas olan ekspert rəyinin etibarsız hesab olunması anlamına gəlir. Bundan əlavə şikayətçi Polis Şöbəsində verdiyi izahatında E.Məmmədovanın saçlarından tutmaqla onun baş nahiyyəsinə sillə vurduğunu qeyd etsə də, ekspert rəyində zərərçəkmiş şəxsin bədən və ayaq nahiyyələrindən xəsarət aldığı müəyyən edilmişdir. Məhkəmə bu halı nəzərə alaraq qeyd edir ki, mövcüd qanunvericiliyə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, X2 barəsində Bakı şəhəri Xəzər RPİ 1-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru Güloğlan Əhmədov tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2- ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6- cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biridir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128- 129, 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. X2 barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru Güloğlan Əhmədov tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-291/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-291/2020
14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver