Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-291/2024 31.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuz kökəltmə sovxozu ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 31 yanvar 2024-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3631/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(003)-3497/2015 saylı, 16.06. 2015-ci il tarixli, 2(003)-3420/2015 saylı, xx.xx.2015-ci il tarixli, 2(003)-3623/2015 saylı, xx.xx.2015-ci il tarixli, 2(003)-3033/2014 saylı, 07 avqust 2014-cü il tarixli icra vərəqələrinə əsasən müvafiq olaraq 2(003)-3631/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə 1700 (bir min yeddi yüz) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu Şəxs tutularaq X3, 2(003)-3497/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə 804,84 manat məbləğində əsas borc, 325,19 manat məbləğində faiz borcu və 20 manat məbləğində dövlət rüsumu Şəxs tutularaq "xxxx" ASC-yə, 2(003)-3420/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə 640 manat məbləğində əsas borc, 349,65 manat məbləğində cərimə, ümumilikdə 989,65 manat məbləğində pul və 20 manat məbləğində dövlət rüsumu Şəxs tutularaq "xxxx" MMC-yə, 2(003)-3623/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə 3067,90 ABŞ dolları məbləğində əsas borc, 1146,12 ABŞ dolları məbləğində faiz borcu və 20 manat məbləğində dövlət rüsumu Şəxs tutularaq "xxxx" ASCyə, 2(003)-3033/2014 saylı, 07 avqust 2014-cü il tarixli icra vərəqəsi üzrə 1700 manat məbləğində əsas, 155,99 manat məbləğində faiz, 54,14 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1910,13 manat məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumu Şəxs tutularaq "xxxx" X5 Səhmdar Cəmiyyətinə ödənilməlidir. İcra sənədləri icra şöbəsinin icraatına daxil olduqdan sonra borcluya icra sənədləri üzrə borcunu könüllü ödəməsilə bağlı müvafiq qərarlar və bildirişlər təqdim edilmişdir. Lakin borclu Şəxs adıçəkilən icra sənədlərinin icrasından yayınır və icra sənədlərinin icrasını dolayısı şəkildə icra etmir. Borclunun əmlak vəziyyəti yoxlanılmış və adına heç bir əmlak aşkar edilməmişdir. Hazırda icra sənədləri üzrə borc 11566 manat təşkil edir. İcra sənədləri üzrə tərəfindən zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədləri üzrə borcu ödəməyə maddi imkanının çatmadığını, lakin borcu ödəməkdən yayınmadığını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 3631/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 1700 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq X3, 2(003)-3497/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 804,84 manat məbləğində əsas borc, 325,19 manat məbləğində faiz borcu və 20 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-yə, 2(003)-3420/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 640 manat məbləğində əsas borc, 349,65 manat məbləğində cərimə, ümumilikdə 989,65 manat məbləğində pul və 20 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-yə, 2(003)-3623/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 3067,90 ABŞ dolları məbləğində əsas borc, 1146,12 ABŞ dolları məbləğində faiz borcu və 20 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-yə, 2(003)-3033/2014 saylı, 07 avqust 2014-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 1700 manat məbləğində əsas, 155,99 manat məbləğində faiz, 54,14 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1910,13 manat məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumu "xxxx" X5 Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3631/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin 10 gün ərzində könüllü şəkildə icra edilməsi xahiş edilmişdir. Həmin qərar və bildiriş Şəxs tərəfindən rəsmi olaraq xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3497/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin 10 gün ərzində könüllü şəkildə icra edilməsi xahiş edilmişdir. Həmin qərar və bildiriş Şəxs tərəfindən rəsmi olaraq xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3420/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin 10 gün ərzində könüllü şəkildə icra edilməsi xahiş edilmişdir. Həmin qərar və bildiriş Şəxs tərəfindən rəsmi olaraq xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3623/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin 10 gün ərzində könüllü şəkildə icra edilməsi xahiş edilmişdir. Həmin qərar və bildiriş Şəxs tərəfindən rəsmi olaraq xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3033/2014 saylı, xx.xx.2014cü il tarixli icra sənədinin 10 gün ərzində könüllü şəkildə icra edilməsi xahiş edilmişdir. Həmin qərar və bildiriş Şəxs tərəfindən rəsmi olaraq xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 27 yanvar 2023-cü il tarixli qərara əsasən Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş dekabr 2023-cü il tarixli qərara əsasən Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3631/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(003)-3497/2015 saylı, 16.06. 2015-ci il tarixli, 2(003)-3420/2015 saylı, xx.xx.2015-ci il tarixli, 2(003)-3623/2015 saylı, xx.xx.2015-ci il tarixli, 2(003)-3033/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədləri üzrə müəyyən olunmuş borcu qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmışdır. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Ş.Neymətzadə tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Beləliklə bütün qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-291/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-291/2024
31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver